İŞİD-çilər ən azı 1200 yezidi kürdü girov götürüb

esir-5

9 Yanvar 2017 11:11

Xəbər 18 dəfə oxunub

İŞİD-çilər ən azı 1200 yezidi kürdü girov götürüb Mosul şəhərində saxlayırlar.

Faktinfo.az  “Al-Arabia”ya istinadla xəbər verir ki, bunu Ninəva əyalətinin Sincar nahiyəsinin qubernatoru Mahma Xəlil deyib. Onun sözlərinə görə, əsirlər Telafər və əl-Baac yaşayış məntəqələrinin sakinləridir.

M.Xəlil bildirib ki, İraq silahlı qüvvələrinin son əıməliyyatlarında 4 yezidi kürdü əsirlikdən azad edilib. Ümumən ötən il İraq kürdlərinin peşmərgə qüvvələri 2700 yezidini azadlığa qovuşdurublar.

Ağalarov və İsmayılovun iştirak etdiyi oliqarx toyları – Foto

qaynarimage452532

Oliqarx toyları. Son zamanların ən çox diqqət mərkəzində olan mövzularından biri də budur. Dünyanın əksər ölkələrində oliqarxlar ancaq öz dairələrindən olanlarla ailə həyatı qurur, “imperiyaları” möhkəmlətməyin bir yolu da budur. Pulla pul qazanmağın yollarından biri də bu toylardan keçir. Azərbaycanda da qohum olan məmurlar, oliqarxlar kifayət qədərdir. Axar.az Cəbhə.info-ya istinadən Rusiyanın qohum oliqarxlarını təqdim edir. 1.Semyon Krutir və Mariya Çiqinskaya Toyları 2015-ci ildə “Sokolovo” qolf-klubunda olub. Nikah mərasimini Rusiyanın baş ravvini Berl Lazar keçirib. Mariya Çiqinskaya məhşur investor Aleksandr Çiqinskinin qızı və tikinti maqnatı Şalva Çiqinskinin qohumudur. Əri isə moskvalı biznesmen Arkadi Krutirin oğlu Semyondur. Gəlinin paltarını ünlü modelyerlər hazırlayıb və 15 milyon rubla başa gəlib. Toya 800 qonaq dəvət olunub. Aralarında milyarder Roman Abromoviç, Telman İsmayılov, biznesmen Umar Cəbrayılov, Musa Bacayev olub. Qonaqları Filipp Krikorov, Leonid Aqutin, Anjelika Varum və başqaları əyləndirib. Təkcə qonorarlara 20 milyon rubl xərclənib. Bu toy təkcə məhəbbətin xoşbəxt sonluğu olmayıb. Həm də birgə sövdələşmələrə yol açıb. Araşdırmalar göstərib ki, Aleksandr Çiqinskinin şirkətləri Arkadi Krutirin yaratdığı müəssisələrlə sıx bağlıdır. Hər iki şəxs kommersiya müəssisələri üçün ofislərin icarəsi sahəsində tanınıb. 2. Məhəmməd Yerixanov və Məryəm Bacayeva Məhəmmədin atası “Rosselxozbank”ın Çeçenistan regional filialının rəhbəri Usman Yerixanovdur. Onların gəlin kimi seçdiyi isə “Alyans qrup”un rəhbəri Musa Bacayevin qızı Məryəm olub. Gəlinin paltarı Qafqaz ənənlərinə əsasən tikilib. Toya Çeçenistan və Dağıstandan musiqiçilər çağırılıb. 2016-cı il sentyabrda Musa Bacayev kiçik qızı Elinanı ərə verib. Bəy isə “Dorchester Finance” və “Alima Cosmetics” şirkətlərinin varisi Bekxan Mamakayev olub. 3. Pavel Kalturin və Alina Monosova Toy 2015-ci ildə olub. Alinanın atası “Sistem” maliyyə koorporasiyasının vitse-prezidenti Leonid Monosovdur. Bəy isə bir neçə şirkəti olan Vladimir Kalturinin oğludur. Toy 4 mərtəbəli banket zalında keçirilib, içəri kosmosa bənzər formada dizayn edilib. Toyda balet artistləri çıxış edib. Alina da digər rusiyalı oliqarxların qızları kimi Zuhayr Muradın gəlinliyini geyinib. Bəyin kostyumu isə 100 min rublluq olub. 200 qonaq çağırılıb və toya ümumilikdə 60 milyon rubl xərclənib. 4. Sarkis Karapetyan və Salome Kinçuraşvili Toy 2016-cı il iyunda olub. Bəyin atası “Taşır” şirkətlər qrupunun rəhbəridir. Milyarderin 23 yaşlı oğlu 25 yaşlı gürcü qızı ilə evlənib. Gəlinin atası biznesen Teymuraz Kinçuraşvilidir. Toyda qonaqlar arasında Ermənistan prezidenti Serj Sarkisyan da olub və öz məşhur rəqsini oynayıb. Azərbaycan melodiyasının sədaları altında... Alla Puqaçova da müğənnilər arasında olub. Hər iki ailənin uzun müddət əvvələ dayanan maliyyə əlaqələri var. 5. David Berkoviç və Viktoriya Krutoy Viktoriya İqor Krutoyun qızıdır. İqor Rusiya şou-biznesində öz milyonları ilə tanınır. Bəyin anası Tatyana isə Rusiyada bir neçə restoran sahibidir. Gənclər Nyu-Yorkda evlənib. Qonaqlar arasında isə bir çox məşhurlar olub, o cümlədən də Ağalarovlar. 6. Səid Quçəriyev və Xədicə Ujaxova 2016-cı ilin ən bahalı toyu olub. Bəy “Rusneft”in sahibi Mixail Quçəriyevin oğludur. Gəlini isə bu ailə çox axtarıb. Gözəllik, ciddilik, təmizlik kimi tələblərə cavab verən gəlin tapmaq asan deyil. Ailə 4 illik axtarışdan sonra sadə tələbəni seçdi, İnquşetiyadan olan tələbə Xadicə Ujaxova. Gəlinlik paltarı sirafişlə Fransada hazırlanıb. 25 kiiloqramlıq paltar qiymətli daşlarla bəzədilib. 600 qonağın hər birinə qızıldan hədiyyələr təqdim edilib. Müğənnilər Alla Puqaçova, Cenifer Lopes, Enlika İqlesias, Patrisiya Kaas və Stinq qonaqları əyləndirib. Rusiya primadonnası bir neçə mahnıya 300 min avro alıb. İqlesias 500 min avro, Cey Lo 1 milyon avro, Stinq isə 1, 5 milyon avroluq oxuyub. 7. Deniel Kenvey və İrina Koqan Rusiyalı milyarder Valeri Koqanın nəvəsi olan İrina bu ilin yanvarında Londonda ərə gedib. Onun bəy kimi seçdiyi şəxs isə yəhudi əsilli İngiltərə vətəndaşı Deniel Kenvey olub. Ancaq heç yerdə deyilmir ki, o, varlı valideynlərin, yaxud da rıtsar titulu alan kiminsə qohumu deyil. Toyda Elton Con, Antonio Banderas, Meray Keri, Filipp Krikorov, Anna Netrebko və digərləri olub. Stas Mixaylov və Krikorov 150 min avro, Antonio Banderas 1 milyon avroya qədər, Meray Keri 2 milyon avro, Elton Con 3 milyon avro qonorar alıb. Qeyd edək ki, Valeri Koqan Rusiyanın 100 ən varlı şəxsi sırasındadır. Onun ən böyük aktivi “Demododovo” aeroportudur. Rusiyaya az-az gəlir, əsasən ABŞ və İsraildə yaşayır.

19 Fevral 2017 18:06