İstanbul “qatili” danışdı: “Teraktla əlaqəm yoxdur” – Foto

3 Yanvar 2017 19:30

Xəbər 42 dəfə oxunub

İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən “Reina” teraktını törətdiyi iddia edilən qırğız vətəndaşı Yəhya Maşrapov ifadə verib.

Faktinfo.az saytı xəbər verir ki, Qırğızıstan mətbuatına açıqlama verən Maşrapov “Hadisəni törədən terrorçuya bənzədiyim üçün nəzarətə alındım, 1 saat ifadə verdikdən sonra məni azad etdilər”, – deyib.

O, Türkiyədə törədilən amansız terrorla heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, İstanbulda “Reina” gece klubunda baş verən terakt zamanı 39 nəfər həlak olub. Bunlardan 16-sı xarici ölkələrin vətəndaşıdır.

qatil