İstanbuldakı gecə klubuna hücum edən şəxsin kimliyi məlum olub

reina4

8 Yanvar 2017 01:20

Xəbər 43 dəfə oxunub

Türkiyə polisi Yeni il gecəsi “Reina” gecə klubuna hücum etməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib. Faktinfo.az  “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, 39 nəfərin ölümü, 69 nəfərin yaralanması ilə nəticələnən hücumu Özbəkistan əsilli Əbu Məhəmməd Xorasan kod adı ilə tanınan Əbdülqədir Maşaripov törədib. Polis bu şəxsin keçmişi ilə bağlı təfərrüatları müəyyənləşdirir.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:“Tramp ağlına nə gəldi danışmamalıdır”

brenan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan prezident seçilmiş Donald Trampa işə başlayandan sonra “nə gəldi danışmaması” barədə xəbərdarlıq edib. O deyib ki, “bədahətənlik” milli təhlükəsizlik maraqlarına ziddir. Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trampın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub. Brennan həmçinin deyib ki, Tramp Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir: "Məncə cənab Tramp Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyə Brennan bildirib.  (Azadlıq radiosu) Cənab Brennanın “Fox News Sunday” proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaşdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb. Tramp ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib. Bu arada Kreml və Trampın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər. Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi. Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə “danışmaq və tvit” yazmaq yaraşmaz. Kəşfiyyata barmaq tuşlamaq "Bədahətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, – deyən Brennan “burada söhbət təkcə Trampdan getmir, Amerika Birləşmiş Ştatlarından gedir” əlavə edib. MKİ direktoru həmçinin Trampın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib: “Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” O, Trampı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə “kəşfiyyata barmaq tuşlamamağa” çağırıb. Lakin Tramp bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, “Washington Post” qəzetinin qocaman jurnalistlərindən Bob Vudvard da hesabatın sızdırılmasına görə xüsusi xidmətləri günahlandırıb. Taump yazıb ki, media ondan üzr istəməlidir.

16 Yanvar 2017 11:59