Kişilərin ürəyinə gedən yol… – Bu, heç də yemək deyil

7 Yanvar 2017 19:44

Xəbər 32 dəfə oxunub

Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən.

Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, bu yazısını oxuyun.

Kişilərlə söhbət edərkən dəqiq ol

Faktinfo.az  xəbər verir ki, əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi

Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.

Bir kişi ilə söhbəti necə irəli aparmaq olar?

Yeni tanış olduğunuz biri ilə söhbəti irəli aparmaq çox vaxt çətin ola bilər. Bu mərhələdə edə biləcəyiniz ən yaxşı iş ortaq nöqtələrə diqqət etməkdir. Maraq sahələrini, musiqi zövqünü, oxuduğu kitabları, gəzdiyi yerlər barədə söhbət edə bilərsiniz.

Kişiləri sual yağışına tutma

Bütün bunları edərkən ilk dəfə tanış olduğun birini sual yağışına tutmanın doğru olmadığını  bilməlisən. Burada ən əhəmiyyətli məqam dinləməkdir. Sual verib dinləyib, sakit söhbətə daxil ola bilərsən. Əks təqdirdə qarşındakını sorğuya çəkirmiş kimi görünə bilərsən.

Əsgərlik xatirələrini dinləmək

Mövzu mövzunu açır, dinlədikcə söhbət dərinləşir və növbə gəlir əsgərlik xatirələrinə. Bu zaman “Masadan qalxıb “işim çoxdur, getməliyəm” deməyin çox səhv addım olar. Sən yeganə olaraq səbrlə onun ilk xatirsəni dinləməlisən. İkinci xatirəni dinləmək istəmirsənsə sırf ondan xoşun gəlir deyə yalandan təbəssümlə söhbətə qoşulma. Çünki diqqətinin dağıldığını ona hiss etdirə bilərsən. Əvəzində, əsgərlik xatirələrini danışan zaman tualetə getmək istədiyini  söyləyib masadan qalxa bilərsən. Bu sırada tualetdə bir az vaxt keçirsəniz yaxşı olar. Onun üçün də düşünmə fürsəti yaranar. Yox, hələ anlamayıbsa və məzəli əsgərlik xatirələrini danışmağa davam edirsə, sıxıldığını müəyyən etmənin başqa yollarını axtarmaq məsləhətdir.

Mən sadəcə dost kimi…

Dostluq münasibətinizdən məmnunsan, lakin onun səndən romantik mənada gözləntiləri var. Yüksək ehtimalla dostunu itirmək istəmirsən. Təəssüf ki, bu mümkün deyil. Bir tərəf münasibəti başqa bir istiqamətə yönləndirmək istəyirsə, o artıq məasum dostluqdan çox irəli münasibətə doğru irəliləyir. Bu halda sənin üçün ən yaxşı yol vəziyyəti ona açıqca ifadə etməkdir. Beləcə, həqiqətən dəyər verdiyin bir insanı gözləntilərlə dolu naməlum bir istiqamətə sürükləmiş olmazsan.

Kişilərə israr etməyin

Bu vəziyyət münasibətləri korlayan əsas səbəblərdən biridir. Bir tərəfin çox israrçı olması, digər tərəfdə altından çıxa bilmədiyi təzyiq meydana gətirir. Davamlı maraq mərkəzi olmaq boğucu və qorxuducu gələ bilər. İlk söhbətləri etdikdən sonra geri çəkilmək lazımdır. Zamana buraxmaq və sirr oyandırmaq ən gözəl yollardan biridir. Yəni davamlı axtarıb-aramayın.

Telefonlara cavab vermir

Bu nöqtədə deyilə biləcək bir məsləhət var: daha çox israr etməyin. Çox əhəmiyyətli hadisə baş verməyibsə, adətən insanların çoxu telefonlarını yanında daşıyır. Axtarışlarına cavab vermirsə,  günlərlə ondan xəbər almırsansa, burax getsin. Olmayanda olmur.

Dost kimi razılaşdıq. Bəs sonra nə olacaq?

Dost kimi yaxşı anlaşdınız və bundan sonra aranızda nələr olacağını düşünürsənsə, bir müddət  gözləmək lazımdır. İstəsən ilk addımı sən ata bilərsən. Bir axşam qəhvə içməyə dəvət edərək daha çox vaxt keçirə bilərsiniz.

Bəzən tanış olduğumuz biri ilə birlikdə olmağı o qədər çox istəyirik ki, hətta heç vaxt düşünmədiklərimizi edirik. Bu heç də hər zaman pis hal deyil. Əgər o, sizi daha yaxşıya yönəldir, daha gözəl şeylər üçün üçün motivasiya edirsə, möcüzədir. Amma unutmayın ki, bir kişi üçün əsla dəyişdirmək məcburiyyətində olmadığınız şeylər də var:

Dərin V yaxa formasında köynək geyinən kişilər. Belə kişilər möcüzə olduqlarını düşünürlər. Ehtimalla ona əksini sübut etmək üçün yalvaracağınız günlər gələcək.

Gələn həftə qardaşınızın toyudur və siz bir müddətdir heç kiminlə görüşmürsünüz və ya görüşdüyünüz biri var, lakin onu bütün ailənizin qatılacağı belə ciddi bir məclisə aparmaq istədiyinizə əmin deyilsiniz. Elə isə, nə edəcəksiniz, yalnız gənclər və uşaqlarla eyni masanı paylaşacaqsınız? Xeyr, buna ehtiyac yoxdur. Çünki o, parlayan zirehli cəngavər kimi sizə yoldaşlıq etməyə hazır olacaq. Sizinlə güləcək, rəqs edəcək və yəqin ki, bütün ailənizə özünü sevdirməyi bacaracaq bir həyat yoldaşı olacaq.

“Gəlib səni təpiyimin altına salacam” – Bələdiyyə sədri jurnalisti hədələdi…

“Satira” jurnalının baş redaktoru Tapdıq Həsənov yazdığı tənqidi məqaləsinə görə hədələnib. Bu barədə saytımıza jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, son vaxtlar İmişli rayonundakı oliqarxların yerli idarəçiliyi əldə saxlaması, onlara məxsus müəssisələrin enerji haqlarını və vergi öhdəliyini tam həcmdə yerinə yetirməkdən yayınmaları barədə KİV-də tənqidi yazı dərc edib. Həmin məqalədə T. Həsənov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarə rəisi, İmişli şəhərində fəaliyyət göstərən “Kral” şadlıq sarayının, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodunun sahibi Saleh Səmədovun bəzi əməlləri ilə yanaşı, İftixar Əliyev ad-soyadlı bir şəxsin İmişli bələdiyyəsinin başına necə gətirilməyi və nəyə görə bu vəzifədən kənarlaşdırılmasına da toxunub: “İftixar Əliyev uzun müddət idi ki, rayondan kənarda idi. Bu adamın adı 2014-cü ilin seçici siyahısında Qaradağ rayonundakı 26 saylı seçki məntəqəsində keçirdi. Qabaqcadan düşünülmüş şəkildə həmin ilin mayında təcili olaraq İmişliyə qeydiyyata alınıb. YAP-ın rayon təşkilatı da bələdiyə seçkilərinə bir ay qalmış onu ilk təşkilatlardan birinə üzv edib. Beləcə İmişli bələdiyyəsinə YAP-ın namizədi kimi qatılıb, əvvəlcə üzv, ardınca isə sədr seçilib. Təbii ki, öz katibəsini də bu bələdiyyəyə üzv edən Saleh Səmədov üçün İftixar Əliyevi “seçdirmək” çətin olmayıb.” Tapdıq Həsənov daha sonra qeyd edir ki, bələdiyyə sədri özbaşına hərəkətlərinin və vəzifəli şəxsə layiq olmayan davranışının qurbanı olub: “Məzuniyyətdə olduğu bir vaxtda İftixar Əliyev Heydər Əliyev parkında çoxillik küknar ağaclarını kəsdirib. Rayonun icra başçısı ondan nə üçün bu işi gördüyünü soruşduqda, bələdiyyə sədri öz himayədarını nəzərdə tutaraq “ağsaqqal tapşırıb” cavabı verir. Bu cavab rayon rəhbərini qəzəbləndirir və o, əlaqədar təşkilatlara rəsmi qaydada müraciət edərək “yaşıl soyqırım”ı həyata keçirənlərin cəzalandırılmasını istəyir. Demə Saleh Səmədovun sözü çox yerdə keçərlli imiş. Ekologiya və Tbii Sərvətlər Nazirliyinin yerli idarəsi az miqdarda cərimə yazmaqla onlara üzgörənlik edib.” Baş redaktor bildirir ki, məlumatı ictimailəşdirdiyinə görə İftixar Əliyev tərəfindən hədələnib: “Fevralın 23-də günün birinci yarısı o, mobil telefonuma zəng edərək, məni təhqir və təhdid etdi, gəlib Bakının ortasında təpiyinin altına salaraq döyəcəyi ilə hədələdi. Mən daxili işlər nazirinə bu barədə ayrıca müraciət edəcəyəm. Amma buradaca qeyd edim ki, belə ağıl və tərbiyədə olan adamın idarəetmə orqanının başına keçməsi, əslində toplumun faciəsidir.” Qeyd edək ki, şikayət məktubunda adı keçən şəxslərin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq. Faktinfo.az

27 Fevral 2017 12:36

Fətullah Gülənin Azərbaycandakı parlayan üzü… – İddia

Hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı. Faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Gülənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə, bir müddət əvvəl Limanda vergi yoxlamalarının aparldığı zaman baş direktor Taleh Ziyadov bir qanunsuzluqları ört-basdır edə bilmək üçün köhnə tarixlə bir neçə daxili əmrin hazırlanmasına göstəriş verib. Vergi işçiləri həmin qanunsuzluğu aşkarlasalar da, bu qanunsuzluğu və saxtakarlığı ört-basdır etməyə qərar veriblər. Faktiki olaraq ört-basdır edilən qanunsuzluqların nəticəsində isə Limanda fəaliyyət göstərən Gülənçi şəbəkə milyonlarla dollar dövlət vəsaitini mənimsəyiblər. Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq iki ilə yaxındır bu qanunsuz mənimsəmələr davam etdirilir və dövlət büdcəsinə daxil olacaq milyonlarla dollar mənimsənilir. Şəbəkənin qurduğu sistem isə çox sadədir. Güya ki, Limana daxil olan gəmilərin və yüklərin miqdarını artırmaq məqsədi ilə dəniz daşımalarında liman xərcləri bəzi şirkətlər üçün 50 faiz azaldılıb. Əslində isə həmin şirkətlərlə əlbir olan Liman rəhbərliyi "güzəşt” olunan məbləği şirkətlərin rəhbərləri ilə bölüşür. Və nəticədə büdcəyə daxil olacaq olan milyonlarla dollar vəsait şəxsi ciblərə daxil olur. Bu şirkətlərin bəzisinin adlarına diqqət edək: 1. "Karvan Logistics” şirkəti: 2 il ərzində bu şirkətin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərindən 1.5 milyon dollara yaxın qanunsuz gəlir əldə edilib. Yəni faktiki olaraq "Karvan Logistics” şirkətinə olunan "güzəştlərə” görə dövlət büdcəsi 1.5 milyon dollar ziyana düşüb. "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisindən 15000 dollar alınacağı halda, sadəcə 5000 dollar dövlət büdcəsinə ödənilir. "Güzəştə” görə Taleh Ziyadov "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisinə görə 5000 dollar, paralel olaraq şirkət rəhbəliyi də 5000 dollar qazanıb. 2. "İP Altynyoda” şirkəti: Türkmənistan şirkətidir. Bu şirkət hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 3. "Magic Trans FZE” şirkəti: Türkmənistan şirkətidir. Hər gəmi girişinə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 4. "Socar Logistics DMCC” şirkəti: 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. 5. "Cronus Energy AZ” şirkəti: hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. Bu şirkətlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına illik gəmi girişləri yüzlərlə sayda olub və dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurulub. Bütün bu işləri isə Taleh Ziyadovun müşavirləri Xudayar Həsənli və Şahin Yusifov həyata keçirir. Taleh Ziyadovun bu iki müşaviri bir qayda olaraq şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşür və onlara "güzəştlərlə” bağlı təklif verilir. Yemək süfrəsi arxasında əldə olunan razılaşma isə sonradan müqafilə ilə rəsmiləşdirilir. Əslində isə bu şirkətlərə hansısa güzəştlərin edilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Çünki bu şirkətlərin bir qayd olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə edirlər və Rusiyanın Xəzərdəki limanlarında yükaşırma qiymətləri daha bahalıdır. Digər tərəfdən vaxt və məsafə baxımından yüklərin Rusiya limanlarından aşırılması həmin şirkətlərə iqtisadi baxımdan sərf eləmir. Buna baxmayaraq Taleh Ziyadov Azərbaycan büdcəsinin hesabına bu şirkətlərə 70 faizdən artıq "güzəşt” edir. Yəni faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Güdənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bundan başqa cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda yer alan məlumatlarda o da bildirilib ki, Taleh Ziyadovun "güzəşt” biznesi yuxarıda adı keçən şirkətlərlə məhdudlaşmır. Bu şirkətlərin sayı həddindən artıq çoxdur və əlaqədar dövlət qurumları yoxlamalar aparasa, bu şirkətləri müəyyən etmək heç də çətin olmayacaq. O zaman Taleh Ziyadovun Azərbaycan büdcəsinə vurduğu əsil ziyan bəlli olacaq. Redaksiyadan: Büdcə gəlirlərini artırmaq və büdcəyə əlavə 300 milyon manat gətirmək üçün hökümət elektrik enerjisinin və qazın qiymətini qaldırdı. Halbuki hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı…

23 Fevral 2017 13:03

4,4 milyon ödəyib azadlığa çıxır

Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi. Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı. Gununsesi saytını  bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir. Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.

21 Fevral 2017 13:21