Klublarımız Antalyaya gedə bilmədi

10 Yanvar 2017 12:23

Xəbər 20 dəfə oxunub

Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə getməli olan bəzi klublarımızın səfəri təxirə düşüb.

Faktinfo.az  məlumatına görə, buna İstanbula güclü qarın yağması səbəb olub.

“Qəbələ” ötən gün səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə səfərə yollanmalı idi. Lakin Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuş ləğv olunduğundan komanda geri qayıtmalı olub.
“Qəbələ”nin təxirə salınan səfəri axşam saatlarında da baş tutmayıb. Komandanın qardaş ölkəyə səfəri yanvarın 11-nə planlaşdırılır.

“Qəbələ” kimi “İnter” və “Sumqayıt”ın da Türkiyə səfəri təxirə düşüb. Bu komandaların da Türkiyəyə uçuşu sabaha nəzərdə tutulub.

“Bavariya” “Arsenal”ı darmadağın etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir. Faktinfo.az -ın məlumatına görə, bu gün daha 2 matç keçiriləcək. “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edəcək. Bu komandalar son 5 ildə 4-cü dəfə pley-offda üz-üzə gəlirlər. Əvvəlki 3 halda mərhələni adlayan tərəf almanlar olub. Digər matç isə Madriddə oynanılacaq. Turnirin son qalibi “Real” “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkəcək. Beyl kimi aparıcı futbolçusunun olmamasına baxmayaraq, görüşün favoriti ispanlardır. 15 fevral Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 23:45. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1 Qol: Aryen Robben, 11 (1:0), Aleksis Sançes, 30 (1:1), Levandovski, 53 (2:1), Alkantara, 56 (3:1), 63 (4:1), tomas Müller, 88 (5:1) 23:45. “Real” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1 Qol: Lorense İnsinye, 8 (0:1), Kərim Benzema, 19 (1:1), Toni Kross, 49 (2:1), Kasemiro, 54 (3:1) 21 fevral “Bayer Leverkuzen” (Almaniya) - “Atletiko” (İspaniya) “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) 22 fevral “Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) “Sevilya” (İspaniya) - “Lester” (İngiltərə) 14 fevral “ Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) 1:0 PSJ (Fransa) - “Barselona” (İspaniya) 4:0 Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7,8, 14 və 15 mart tarixlərində keçiriləcək. (daha&helliip;)

16 Fevral 2017 01:40