Korrupsionerlər bu ölkədə edam oluna bilərlər

9 Yanvar 2017 14:13

Xəbər 34 dəfə oxunub

Tailandda korrupsiya ittihamı üzrə günahkar bilinən dövlət qulluqçularının vurduqları zərər 1 milyard batı (28,6 milyon dollar) keçərsə, barələrində ölüm hökmü çıxarıla bilər.

 

Faktinfo.az  xarici mediaya istinadən bildirir ki, bu təklif islahatlar üzrə milli komitədə bəyənilib.

Komitənin 162 üzvündən 155-i dəyişikliyin lehinə səs verib. Bundan sonra baxılmaq üçün hökumətə, parlamentə və Konstitusiya komissiyasına göndəriləcək.

 

Tailandda artıq neçə ildir ölüm hökmü icra olunmur.

Bu ölkədə, adətən ölüm hökmü hansısa təntənəli hadisə ilə bağlı kral amnistisiyası ilə ömürlük həbslə əvəzlənir.