Kreml rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirib

30 Dekabr 2016 10:24

Xəbər 32 dəfə oxunub

ABŞ administrasiyası Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlanması məqsədini güdür.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 35 rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirərkən deyib.“Bizim fikrimizcə, Vaşinqtonun, Vaşinqtondakı hazırkı administrasiyanın bu cür addımları, təəssüf ki, gözlənilməz, və demək olar ki, aqressiv xarici siyasətin təzahürüdür. Biz hesab edirik ki, səlahiyyət müddətinin başa çatmasına təxminən üç həftə qalan hazırkı administrasiyanın bu cür qərarları iki məqsəd güdür: onsuz da korlanmış Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlamaq və çox güman ki, ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasının xarici siyasət planlarına zərbə vurmaq”, – deyə Peskov bildirib.Peskov, ikinci tezisin tamamilə ABŞ-ın daxili işi olduğunu qeyd edib. (APA)

Zeynəb Xanlarovadan müharibə çağırışı

Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Özümüz deyib, özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problemi həll edən yoxdur. Elə müharibə edib torpağımızı geri alaq. Öz torpağımızı alırıq da. Bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib. Z.Xanlarova qeyd edib ki, son 25 ildə kifayət qədər qədər şəhidlər vermişik: “Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözləri deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

24 Fevral 2017 14:47

Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub (FOTO)

Pakistanın “Election Times” qəzetində və elektron portalında “Xocalı soyqırımı və Dağlıq-Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə dərc olunub. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Xocalı soyqırımının XX əsrin ən qanlı və mənfur hadisələrindən biri olduğu qeyd olunur və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır. Müəllif həmçinin, cari il fevralın 20-də işğal olunmuş ərazilərdə keçirilmiş qeyri-qanuni referendumun Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pisləndiyini bildirir, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazinin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğunu, bu ölkənin münaqişənin həllində maraqlı olmadığını və status-kvonu möhkəmləndirməyə çalışdığını vurğulayır. Eyni zamanda, BMT-nin qurumları tərəfindən Ermənistanın təcavüzünü pisləyən və işğalçı qoşunların Azərbaycan ərazilərini tərk etməsini tələb edən müvafiq qətnamələrin qəbul olunduğunu xatırladır. Məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndi zayarət etdikləri qeyd olunur. Müəllif münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir. O, ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın münaqişənin həllinə öz töhfəsini verə biləcəyini və bunun üçün Rusiya prezidenti ilə sıx işləməli olduğunu diqqətə çatdırır. Sonda, Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır. (daha&helliip;)

21 Fevral 2017 22:23

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24