Məleykə Abbaszadə: “İmtahanların ödənişli olması ilə bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik”

14 Dekabr 2016 15:21

Xəbər 96 dəfə oxunub

“Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Şura sədri bildirib ki, Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır: “Təbii ki, bu məsələni hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır. Prezidentin aprel ayındakı müvafiq fərmanında Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Eyni zamanda, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Ona görə də yekun qərarı gözləyirik”.

“NƏ QƏDƏR QURU STATİSTİKA SADALAMAQLA MƏŞĞUL OLACAĞIQ”

Saxta diplomla bağlı kimlərsə açıq formada cəzalandırılmalıdır “Elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib” Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində Təhsil Nazirliyi mütəmadi araşdırmalar aparır. Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb: "2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”. Saxta diplomlarla bağlı məsələlərin neçə illərdir ki, müzakirə olunduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov problemin rəsmi qurumlar tərəfindən ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib. Ekspertin sözlərinə görə, ilk olaraq problemin nədən qaynaqlandığını araşdırmaq lazımdır: "Bir vaxtlar TQDK tərəfindən rəsmi rəqəm səsləndirildi ki, 22 min saxta diplom var. Hətta məsələ o həddə gəlib çatdı ki, türkiyəli aktrisa çıxışında bildirdi ki, "mənə lazım olsa gedib Azərbaycandan saxta diplom alacam”. Təəssüf ki, aktrisanın adı yadımda deyil. Əlaqədar məsələdə diplomun saxtalığının nə olması hələ dəqiqləşdirilməyib. Bilinmir ki, diplomların möhürü, yoxsa imzası saxtadı. Kimsə gedib ali məktəbi Rusiyada və ya başqa ölkədə qurtarıb. Amma bu ölkənin diplomu bizdə tanınmayıbsa, diplom sahibinin günahı nədir? Bu məsələ sabiq təhsil naziri Misir Mərdanovun da dövründə qaldırıldı və xeyli vaxt gündəmi zəbt elədi. Hətta M.Mərdanov bir neçə müəllimi işdən azad elədi. Lakin həmin müəllimlər məhkəməyə müraciət elədilər və yenidən iş yerlərinə bərpa olundular”. Ekspert həmçinin bildirib ki, statistikanı gündəmə gətirmək problemin həlli demək deyil. Onun sözlərinə görə, müstəqillik əldə ediləndən sonra 70-dən çox ali və orta ixtisas təhsil müəssisələri yaradıldı. Həmin müəssisələr də problemlərin artması üçün əsas zəmin rolunu oynayıb: "Biz özümüz buna zəmin yaratmışıq. 70-dən çox təhsil müəssisəsinin 30-a qədəri bilavasitə müəllim "istehsal eləmək”lə məşğul oldular. Bu səhvlər rəsmi qurumlar tərəfindən buraxılıb. Axı sovet dönəmində cəmi 4 ali məktəb müəllim hazırlığı ilə məşğul olurdu. Lenin adına Pedaqoji İnstitut, Axundov adına Rus Dili İnstitutu, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu. Bir də Şamaxıda Pedaqoji Texnikum var idi. Yalnız bu 4 təhsil müəssisəsi müəllim yetişdirirdi və müəllimlər də tam dövlət standartlarına müvafiq olaraq işlə təmin olunurdu. Statistikadakı 600 müəllimin içində eləsi var ki, 10 ildi işləyir. İndi onları işdən azad etmək necə olacaq? Nə qədər insanlar gedib saxta diplom aldılar.  

18 Mart 2017 16:33

Rusiyanın ilk və yeganə dövlət katibi BSU-da olub

BSU-nun mətbuat xidməti məlumat verirki, Rusiyanın görkəmli partiya və dövlət xadimi, Rusiya Federasiyasının birinci və yeganə dövlət katibi, sabiq Prezident Boris Yeltsinin əsas müttəfiqi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub. Qonağı universitetin rektoru, professor Nurlana Əliyeva qarşılamış və universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışmışdır. O, hazırda BSU-nun Rusiyanın Federasiyasının 27 ali məktəbi ilə çox sıx əlaqələrə malik olduğunu, həmin ali məktəblərin bir çoxunda Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırmışdır. N.Əliyeva Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulamışdır. Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirmişdir. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd etmişdir. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu qeyd etmişdir: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”. Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirmişdir. Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır. BSU-nun Mətbuat Xidməti

16 Mart 2017 11:58

Fənn müsabiqələrində hansı məqsəd güdülür?

Faktinfo.az xəbər verir ki,05.03.2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqəsinin 1-ci mərhələsində Riyaziyyat,Kimya,Fizika,İnformatika, o cümlədən,7-ci sinifin  Biologiya fənni üzrə suallar müəyyən mənada düzgün tərtib edilməyib.Fənlər üzrə suallar 1-ci altı ayı əhatə etməli olsa da, şagirdlərə tədris olunmayan növbəti ayların dərslərindən suallar salınıb.Nazirlik əməkdaşlarının tərtib etdiyi kitabçadan Biologiya fənni üzrə   tədris olunmayan müsabiqəyə aid  sualları təqdim edirik. Misal:Balığın üzmə qovuğunun həcmi böyüyür və onun xüsusi çəkisi azalır. Bu zaman balığın hərəkətində nə baş verir. 2-ci bir sual: Hüceyrələrində xlorofil sintezi güclənmiş yaşlı evqen.  3-cü sual: Venn Diaqramında X,Y və Z-ə uyğun olanları müəyyən edin. Belə suallar kitabçada onlarladır ki, şagirdlərə bu sualların cavabı növbəti ayın dərslərində keçiləcək.Onda şagirdləri niyə aldadırlar ki,7-ci sinifin 1-ci yarım ilinə qədər keçirilən dərslərdən suallar salınacaq. Elə desinlər ki,Ümumi Zologiya  fənnindən də suallar salına bilər. Belə hallara yol vermək şagirdləri bəri başdan  xəyal qırıqlığına uğradıb, kimlərinsə övladını əvvəlcə Bakı, sonra isə  Respublika üzrə qalib edərək qırmızı diploma təqdim etmək, nəticədə ali məktəbdə əyləşdirmək deməkdir. Artıq bunu valideyinlər də anlayır və bilirlər ki, bu kimi "tədbir"lər hansı məqsədə hesablanıb. Faktinfo.az 

10 Mart 2017 16:49

BDU-nun tələbəsi Universitetdəki rüşvətə etiraz edir

BDU-nun 4-cü kurs tələbəsi Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələb edir və bununla bağlı ən yüksək instansiyalara yazılı müraciət edib. Müraciətlərinə cavab verilmədiyi üçün şikayətini mətbuata yönəldib və ictimailəşməsini istəyir. Biz də bu şikayət məktubunu olduğu kimi dərc edirik “Yaxın günlərdə mətbuatda BDU-nun İlahiyyat fakültəsində dekan müavini Nigar İsmayılzadə haqqında rüşvətlə bağlı məlumatlar yayıldı. Dekan müavininin bu əməlləri ilə bağlı Heydər Əlieyv fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət etdim (07.02.2017). Hətta Heydər Əliyev fondunun səlahiyyətli nümayəndəsinin qəbulunda da oldum. Bunun nəticəsi olaraq bu günə kimi BDU-da heç bir araşdırılma aparılmadı. Hətta BDU rəhbərliyi rektor Abel Məhərrəmov, prorektorlar Sani Hacıyev, İsmayıl Əliyev və İradə Əliyeva tam əksinə olaraq Nigar İsmayılzadənin tərəfini tutdular, hətta məni məhkəməyə verməyə qədər təhdid etdilər. Mən də dedim ki, buyurun məhkəmədə görüşərik. Bundan əlavə gördüm ki, BDU-da N.İsmayılzadənin əməlləri haqqında arşdırma getmir, təkrar olaraq (22.02.2017) vitse-president Mehriban Əliyevaya, DİN-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Təhsil Nazirliyinə məktub yazdım. Çünki, Təhsil Nazirliyi və Korrupsiya İdarəsinin BDU ilə bacara bilmədiyini əvvəlcədən bilirdim. Ona görə ki, BDU rəhbərliyi artıq mütəşəkkil şəkildə rüşvət məsələlərini həll etdiyindən, əlavə olaraq da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməli oldum. Amma, hələ ki, heç bir müsbət araşdırma yoxdur. Nəticə olaraq, Təhsil Nazirliyindən mənə zəng edib, BDU-da rektorun qəbuluna getməyimi söyləyirlər. Mən də deyirəm ki, siz niyə araşdırmırsınız məsələni? Əgər BDU rəhbərliyi N.İsmayılzadənin rüşvətxor əməllərini araşdırmaq istəsəydilər, mən sizə niyə müraciət edərdim ki? Təhsil Nazirliyi olaraq niyə məsələni araşdırmırsınız? O da deyirki, aidiyyəti üzrə Universitet birinci araşdırmalıdır. Təkrar niyə siz bu məsləyə medaxilə etmirsiniz dedikdə isə dəstəyi yerə qoydular (27.02.2017. saat 14:45). Buradan da bu nəticəyə gələ bilirik ki, Təhsil Nazirliyi korrupsiyaya bulaşmış BDU ilə bacar bilmir. Əlavə olaraq bildirək ki, BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə, Yaponiyadakı səfirimiz Gürsəl İsmayılzadənin bacısıdır. G.İsmayılzadə bacısının rüşvət məsələsi gündəmdə olan zaman Bakıya gəlmişdir. İntihar etmiş keçmiş MTN məmuru İlqar Əliyevlə də əlaqələri olmuşdur. Nigar İsmayılzadə dekan müavini vəzifəsinə gələndə İlqar Əliyev hələ sağ idi. Dekan Vasim Məmmədəliyev isə müavini N.İsmayılzadənin bu əməllərinə göz yumur. BDU rəhbərliyi ilə eyni mövqeni tutur” Qarşı tərəfin mövqeyini də dər etməyə hazırıq.

2 Mart 2017 20:29

ATU-da Qiyabiçi tələbələri rektorun “ovçuları kəməndə salır”

"Özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da, gələcəyimizə zərbə vurmaqdadırlar” "Qiyabiçi tələbələri rektorun "ovçuları kəməndə salır”” II müsahibə Bəs, ATU-ya Fətullah Gülən məktəblərindən gətirilmiş digər kadrlar özlərini nə dərəcədə doğruldur? İl yarım ərzində universitetə gətirilmiş "kadrların” cəmi 3-nün elmi dərəcəsi var. V.İsmayılov haqqında yuxarıda qeyd etdim. İkinci "görkəmli alim ” elmi işlər üzrə prorektor Səbuhi Yusifovdur. O, 2000-ci ildə Qafqaz Universitetində "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalvr, 2002-ci ildə isə orada həmin ixtisas üzrə magistr dərəcəsi alıb. Baxın, yenə birdən-birə heç aidiyyatı olmayan ixtisasdan "Yerli idarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda "dissertasiya müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur”. Onun dissertasiya işi hələ araşdırılır. "Dövlət və bələdiyyə idaretməsi” ixtisası üzrə təhsil alan birisinin V.İsmayılov kimi bilmədiyi iqtisadiyyat sahəsinə aid ixtisasdan minimum imtahanını sərbəst verməsi və olmayan biliklə dissertasiya yazması gülüncdür. Elə o səbəbdəndir ki, Səbuhi "abi” də iqtisadiyyat kafedrasında işləməyi tərcih etmir. ATU-da Qafqaz Universitetində aldığı ixtisas üzrə dərs deyib, "alimlik” edə bilmədiyi bələdiyyəçi kimi başını girləyir. S.Yusifov Qafqaz Universitetində nurçu kimi tam yetişmiş "kadrdır”. Onun Ağdaş türk liseyində işləyərkən qazandığı "abi” titulu universitetdə yüksək vəzifə tutmasında önəmli rol oynayıb. Onun yazdığı dissertasiya da V.İsmayılovun işi kimi suallarla doludur. Universitetdəki elmi prorektor kimi fəaliyyəti "Müştəriyə yönəlmə proqramı”na qoşulan mütəxəssislərlə toplantı keçirməkdən ibarətdir. Təsəvvür edin ATU-ya gələndən boş vədlərlə özlərinə 2000-3000 manat maaş yazdıran "görkəmli alimlər” hələ universitetə bir manat belə xeyir verməyiblər. Onlardan olan üçüncü "alim” Hüseyn Azərdir. Onun bakalvr təhsili "Dövlət və bələdiyyə idaredilməsi”, magistr təhsili isə "Gömrük işi” ixtisasıdır. Onun da "yazdırdığı dissertasiya işi” o biri nurçular kimi başqa sahədəndir. O, "Mərkəzləşdirilmiş yem sexi üçün tamrasionlu yem qarşığı texnoloji xəttinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin Gəncədə sifariş etdirmiş və "Kənd təsərrüfatının mexanikləşdirilməsinin texnologiya və vasitələri ” ixtisasına aiddir. Bu başabəla "alim” hamının acığına 2009 və 2011-ci illərdə olmaqla 2 dəfə müdafiə edib, sözügedən nurçular kimi nə o sahədən xəbəri var, nə də dissertasiyanın içində yazılanlardan. V.İsmayılov və S.Yusifov dissertasiya yazdırmaq üçün sifarişi bir az ağıllı veriblər. Onların işində Azər Hüsyndə olduğu kimi riyazi ifadələr, mexanikanın qanunlarına söykənən araşdırmalar və mexanizmlər filan yoxdur. Təhsil aldığı bələdiyyə ixtisası hara, gömrük işi, mexanikləşdirmə hara? Onun da adları yuxarıda gedən "alimlər ” kimi müdafiə etdiyi ixtisasdan minimum imtahanı verə bilməsi sadəcə elmi cəfəngiyyatdır. O da "müdafiə” etdiyi ixtisasdan dərs demir. Bu dissertasiya işlərinin ləğvi ilə əlaqədar təşkilatlara müraciət olunacağına heç kim şübhə etməsin. Professor, ATU-da kadr məsələləri necə həll edilir? Gülənçilər ATU-ni "işğal edib”. Kadr məsələlərini birmənalı şəkildə rektor və ətrafındakı nurçular həll edir. Əsas vəzifələrə ancaq Gülən (Ağlayan: C.H.) məktəblərinin kadrları oturdulur. Müsabiqə, seçki formal xarakter daşıyır. Yol verilən ədalətsizliyə etiraz edənlər cəzalandırılır. Məsələn, 2015-ci ilin oktyabrında ATU-da müsabiqə yolu ilə dekan seçkisi keçirilirdi. Fakültənin birinə dekan seçilmək üçün müsabiqədə mən də iştirak etdim. Seçkidə qalib gəldim, lakin rektor nəticələri saxtalaşdırmağa rəvac verdi. Müsabiqədə iştirak etmək hüququ olmayan və seçkini uduzan nurçu Hüseyn Azəri rektor əmri ilə dekan təyin etdi. 19 yanvar 2016-cı il tarixdə Kəpəz Rayon Məhkəməsi rektorun müvafiq əmrini ləğv etdi. Bu nəticədən hiddətlənən rektor və nurçular ATU-da olan 4 fakültədən 3-nü bir-birinə qarışdırıb, yeni fakültələr yaratdılar və H.Azəri onlardan birinə yenə dekan təyin etdilər. Bu məqamdan istifadə edib 4 fevral 2016-cı il tarixdə mənim müdiri olduğum, respublikada yeganə "Tekstil və yüngül sənayenin texnolgiyası” kafedrasını ləğv etdilər. Heç bir aidiyyatı və əlaqəsi olmayan çörək, şərab, mürrəbə və s. qida məhsullarının texnologiyası üzrə kadr hazırlayan mütəxəssisləri ilə parça, trikotaj, ayaqqabı və s. tekstil və yüngül sənaye ixtisasçılarını bir yerə yığıb "həftə-becər” kafedra düzəltdilər. Özü də bunu o vaxt etdilər ki, ölkə başçısı cənab İlham Əliyev tekstil və yüngül sənaye sahələrinin inkişafının vacibliyini önə çəkmişdi. 1 fevral 2016-cı il tarixdə maliyyə naziri cənab Samir Şərifov və Gəncə şəhər İH-nin başçısı cənab Elmar Vəliyevin iştirakı ilə keçirilmiş iclasda mən də cənab prezidentimizin fikirlərinin doğru olduğunu vurğulayaraq ölkədə və regionda bu sahələrin inkişafının vacibliyini təsdiqləyən fikirlər söyləmiş və təkliflər vermişdim. Rektor və nurçular, mənafeylərinə xidmət etmədiyimə və bəd əməllərinə biganə qalmadığıma dözümsüzlük göstərərək, təqibləri davam etdirib, nəhayət məni 28 dekabr 2016-cı il tarixdə işdən ikinci dəfə çıxartdılar. Nurçuların işlədiyi il yarıım müddətdə universitetdən 2 elmlər doktoru, dosent, 1 fəlsəfə doktoru etiraz əlaməti olaraq işdən çıxıblar, mənimlə birlikdə, çox savadlı 1 müəllim də işdən çıxarılmışdır. Bundan əlavə ATU-nun rəhbərliyi 100-dən çox tədris-köməkçi heyətdən olan işçiləri işdən çıxarıb, əvəzinə nurçu kadrları yerləşdiriblər. Əsas vəzifələrə oturanlar Fətullahın məktəblərində təhsil alanlar və vəzifə üçün "doğulmuşlar”dır. Başqa bir fakt-nurçu Nicat Nəsirli elmi dərəcəsi (adı) olmadan iqtisadiyyat fakültəsində bir ildən çox dekan vəzifəsini icra edib. N. Nəsirli də bələdiyyəçidir. O, hansı haqqla dekan olub, fakültə elmi şurasına necə rəhbərlik edib? Onu ora oturdanlar görəsən kollektiv qarşısında xəcalət çəkiblərmi? İndi bu "görkəmli bələdiyyəçi” kadr Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə aparılıb... Hələ başqa "fenomen” tarix müəllimi, tədris şöbəsinin müdiri Axundov Piri "abi”ni tanıyın. O, 2002-2010-cu illər arasında Quba, Zaqatala və Gəncə şəhərlərində Fətullah Gülənin liseylərində müəllim işləyib. Gəncədə xarici ölkələrə tələbə göndərənlərdən biri olub. İndi deyilənə görə ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsində oturdulub. Görünür onun 4 noyabr 2016-cı ildə tələbə və müəllimlərdən 5-10 manat pul yığma və universitetdəki Heydər Əliyev Müzeyində digər "önəmli abilərə” ad günü keçirmə kompaniyasındakı fəal iştirakı rektorun çox xoşuna gəlib. Bəlkə də, Piri "abi”nin V.İsmayılovla birgə "ölü can” saxlamaları rektorun diqtəsi ilə baş verib. Ya da onun yeni vəzifəsi hər üçünün, 2015-2016-cı ilin tədris ilində ayağını universitetə basmayan və bir qəpik pul ödəməyən M461a qrupunun magistri Leyla Əhmədovanın "təhsil alması” hesabına, əlaltılarına il boyu maaş verməyin mükafatıdır. (Bu haqda təhsil nazirinə və rektora müraciət olunub ki, müvafiq ölçü götürülsün.) Nurçuların Gəncədə əsas bələdçisinin Piri "abi”nin olması təsadüfi deyil. Dərs yükü olmadan kafedrada hamını 0,5 ştatda saxlayaraq, həyat yoldaşını tarix müəllimi, qaynını isə universitetin hüquqşünası vəzifəsinə gətirmək onun mükafatıdır. (Yeri gəlmişkən, bizim kənddə Sarı Nəbi adında bir sürücü olub (Allah rəhmət eləsin.) Sovxozun qarajına təzə maşınlar gəlibmiş. Ondan soruşurlar ki, ay Nəbi dayı təzə maşınlardan sənə də verəcəklərmi? O, bir az durub, deyir: yox ay bala, zavod maşın buraxanda üstündə dığa da buraxır...) Cahangir müəllim, belə çıxır ki, universitetdə tədrisin keyfiyyətindən birmənalı danışmaq da asan deyil... Bəli elədir ki, var. "Atın qabağına ət, itin qabağına ot qoyublar” . Mən bu "alimlərə” dəfələrlə izah etdim ki, pul verib bilik almaq istəyən tələbələrə fənlər doğru-düzgün və keyfiyyətlə tədris olunmalıdır. Amma özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da gələcəyimizə zərbə vurmaqdadırlar. Diqqət edin, tədris işləri üzrə prorektor bilmədiyi və sosioloq ixtisasına uyğun gəlməyən "Fəlsəfə”, "Elmi tədqiqat işlərinin əsasları ” və s. fənləri tədris edir. Elmdən xəbəri olmayan birisinin məsələn, "Dizayn ” və "İqtisadiyyat” ixtisaslarının magisrtlərinə hansı "Elmi tədqiqat işlərinin əsasları”nı tədris edə bilər ki? Sosioloq hara, dizayn hara, iqtisadiyyat hara? Elə bu özbaşnalığın nəticəsidir ki, ayaqqabı, toxucu üzrə mütəxəssislərə "Trikotajın texnlogiyası”na aid fənlərin tədrisi həvalə edilir. Burada hansı keyfiyyətdən söhbət gedə bilər? Sadəcə müəllimlər jurnalları doldururlar. Başqa misal deyim, 2015-2016-cı il tədris ilində "Trikotajın texnologiyası ” ixtisasında təhsil alan M481a qrupunda magistrlərə rektor A. Süleymanov dərs deməli idi. Amma o, bir saat belə dərsə gəlmədi, magistrlər isə imtahandan "əla” qiymətlər aldılar. Həmin qrupda mənim tədris etdiyim "Trikotajın keyfiyyətinin texnoloji təminatı ” fənnindən 16.06.2016-cı il tarixdə imtahan olub, cavabları yoxlatmadan magistrlərə "37 ” bal yazılıb. Bu yanvarda "Trikotajın texnologiyası” ixtisasında oxuyan magistrlərə 2 kursda 8 imtahan olub. Onların cavablarını universitetdə yoxlaya bilən mütəxəssis yoxdur. Cavabları yenə də istədikləri kimi qiymətləndiriblər. Nəticələri nurçuların "gözbağlayıcıları” müəyyənləşdirirlər. N. Nəsirlinin cəmi 10 dəqiqə dərs dediyi qrupda tələbələrin hamısı yüksək qiymətlər alıblar. Necə? Professor, əvvəlki müraciətlərinizdə universitetdə korrupsiya və rüşvətxorluq kimi qanunazidd faktlardan da bəhs etmişiniz... Əlbəttə, sadəcə rüşvət alan da, verən də "tutulmayan oğru, oğru deyil” məntiqi ilə işləyirlər. Bu gün universitetdə təhsil alan 500 nəfərə yaxın qiyabiçi tələbə elə bilirsiniz özü imtahan verir? Qətiyyən yox, 20-30 nəfər istisna olmaqla, qalanını rektorun "ovçuları kəməndə salır”. Əyani oxuyan 1500-ə yaxın tələbənin ən yaxşı halda 20-30%-iözü imtahan verir. Dərs keçilməyən yerdə hansı bilikdən, imtahandan söz gedə bilər? Buraxılış işləri və dövlət imtahanlarını da rektor və ətrafı tələbələrə peşkeş etmirlər. Diqqət edin, 4 noyabr 2016-cı il tarixində universitetdə turnuketdən keçmək üçün karta təxminən 2000 tələbədən 5 manat və 250-dən çox müəllim və texniki heyətdən 10 manat olmaqla, təxminən 17000 manat pul yığdılar. Təhsil Nazirliyinə, Gəncə şəhər İH-nə şikayətlər oldu. Tələbələr internetdə paylaşdılar. Sağ olsunlar, Gəncə şəhər İH-nin rəsmiləri zamanında reaksiya verdilər, suçlular ifşa olundular. Onların təkidi ilə yığılan pullar geri qaytarıldı. Sonradan sonraya13 noyabrda rektoru və təlim-tərbiyə üzrə prorektoru Təhsil Nazirliyinə çağırdılar. Prorektor istefa verdi. Deyilənə görə indi onun yerinə pul yığılmasının təşkilatçılarından biri Piri "abi” prorektor vəzifəsində oturdulub. Bu faktı ona görə dedim ki, 5-10 manata əl uzadan universitet yetkililəri 2000 tələbəyə "buyur keç” deyəsi deyillər. Əslində nurçular öz fəaliyyət prinsiplərini çox tez açıq bəyan etdilər. 6 avqust 2015-ci il tarixdə universitetə prorektor və başqa mühüm vəzifələrə gətirilən "kadrlar” 25 günün tamamında, 31 avqustda rektorun 223 saylı əmri ilə 2000-3000 manat əlavə əmək haqqı verilməsinə təminat aldılar. 25 gün işləyən adamlar nazir və icra başçısının birlikdə aldığı maaşdan çox maaş ala bilirlərsə və 5-10 manata göz dikirlərsə, görün universitetin maliyyə durumu indi hansı vəziyyətdədir. Kimliklərini, mütəxəssislik səviyyələrini bir az əvvəl dediyim təcrübəsiz nurçular ATU-ya şəbəkələşməyə və pul dalınca gəldiklərini göstərdilər. "Yadınızdadırsa, bir "Mozalan” nömrəsində rəhmətlik Eldəniz Zeynalov bir baş həkim rolunda oynayırdı. Yeni baş həkimin xalatında cibin olmadığını görən həkimlər təşviş keçirirdilər ki, daha pul-para görməyəcəklər. Sonra məlum oldu ki, baş həkim sadəcə xalatı tərsinə geyinibmiş. Əslində onun xalatının düz üzündə ciblərin sayı daha çox, həm də böyük imiş.” Yəni ATU-də hansısa müsbət sayılacaq nəsnədən danışmaq mümkün deyil? Rəhbər vəzifəyə can atırlar.Əsas vəzifələrə ancaq nurçuları təyin edirlər ki, onların gizlinləri üzə çıxmasın. Nurçu "rəhbərlərin”gizli toplantılarında onlardan olmayanların iştirakı mümkün deyil. Onlar Türkiyədəki Fətullahçılar kimi özlərini hamıdan üstün sayır, təkcə özlərinin kadrlarına bel bağlayırlar. Fətullahçılar kimi, nurçu olmayanları öz tərəflərinə çəkib, istifadə edir, sonrada onları güdaza verirlər. Onlara mane olanları şər-böhtanla işdən uzaqlaşdırırlar, elə Türkiyədəki FETO-çular kimi. Dini imanları puldur. Şəbəkələri daxilinə qeyri-nurçuları buraxmırlar. Yalançıdırlar. Çox çevikdirlər. Yalanı düz kimi qələmə verməyi çox asanlıqla edirlər. Dildən pərgardırlar. Bu kimi keyfiyyətləri ilə sadəlövh insanları çaşdıra bilirlər və s. İşlədikləri ilyarım müddətində, üzr istəyirəm, bir mövcud tualetin üstünə ağlay yapışdırıb, içinə də "kitayski” avadanlıq quraşdıraraq, ümumi təmirə 37 min manat, digərinin tikintisinə isə 48 min manat (hər ikisi 2015-ci ilin noyabr-dekabr məzənnəsi ilə) xərclədilər.Sonrada başa bəla prorektor V.İsmayılov 2015-ci ilin moyabrında kafedra müdirləri ilə keçirdiyi toplantıların birində buyurdu ki, "kim yeni tualeti görməyibsə bizimlə deyil”. Nurçularla birgə olmağın simvolu sayılan "tualet-məbəd” hələ işləmir, çünki pulu paranı dağıdıblar, əlavə yeni xərclər tələb olunur. Universitetdə qalan pul isə nurçuların maaşına ancaq çatar. Belə informasiya yayılmıdır ki, ATU-nun nurçuları dəstə-dəstə dəfələrlə Türkiyə uuniversitetlərində olublar... Düzdür. 2015-2016-cı tədris ilində FETÖ-çuların Türkiyədə 15 iyul Dövlət çevrilişinə cəhdinə qədər ATU-dakı nurçular dəfələrlə qardaş ölkədə qrup halında ezamiyyətdə olublar. Rektor A. Süleymanov, onun nurçu ətrafı-V. İsmayılov, S. Yusifov, P. Axundov və başqaları ayrı-ayrı qruplarda Yıldız Texniki Universitetində, İstanbul Universitetində, Orta Doğu Texniki Universitetində, Yıldırım Bəyazid Universitetində, Bilikənt Universitetində, Hacəttəpə Universitetində rəsmi işgüzargörüşlər keçiriblər. Hal-hazırda bu universitetlərdən onlarla FETÖ-çu xaric olunub, həbs olunanların olduğu Türkiyə KİV-dən məlumdur. Hətta ATU-un nurçu dəstəsinin universitetdə hamının beynini xarab etdiyi Yıldız Texniki Universitetinin görüşündə olduğu rektoru FETÖ-çu imiş və 100-dən çox professor –müəllim heyəti ilə birlikdə işdən kənarlaşdırılıb. Sıralarında həbs olunalar da var. Yəni "şahqulu gedib, bayquş gətirib”. Əslində ATU-dan Türkiyə ali məktəblərinə gerçəkləşdirilən ezamiyyətlərin arxasında FETÖ-çularla görüşün detalları hələ gizlidir, yəqin ki, əlaqədar təşkilatlar bu sirri çözərlər. İnşallah. Çox maraqlıdır ki, ATU-nun nurçu dəstəsi daha Türkiyəyə getmir, "əlaqə yaratdıqları” universitetlərin adlarını belə çəkmirlər. Hələ 14 noyabr 2015-ci il tarixdə universitetin 45 illiyinə həsr edilmiş konfransa dəvət olunanlar arasında Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Fətullah Gülənə aid Gürcüstan Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniçin xüsusi ilə diqqət mərkəzində olması çox şey deyirdi. Fətullah Gülənə bağlı nurçular əslində konfransda iştirak etməklə ATU-dakı nurçuları dəstəkləyib, onların arxasında olduqlarını nümayiş etdirirdilər. Maliyyəsi talan edilmiş universitetdə nurçulara əlavə 2-3 min manat maaş təyin etməklə kifayətlənməyən rektorun şou-konfrans keçirib, Ahmet Saniçə və digər ali nurçulara ATU-ya bəxş etdikləri "kadrlar ” üçün minnətdarlıq ziyafəti verməsinin izahı yoxdur. Hal-hazıra ATU-da onların əsas fəaliyyəti nədən ibarətdir? Onlar nurçuların şəbəkələşməsini davam etdirirlər.Ən düşündürücü məqamlardan biri odur ki, Təhsil Naziri cənab Mikayıl Cabbarovla prorektorlar V.İsmayılov və S.Yusifov arasında bağlanan bir illik müqavilənin vaxtı çoxdan bitib. 6 avqust 2016-cı il tarixdən prorektorlarla müvafiq müqavilə bağlanmayıb, onlar hal-hazırda müqaviləsiz işləyirlər (!?). "Zaman qılınc kimidir,biz kəsməsək o bizi kəsər”şüarı ilə işləyən nurçular universitetdə indi texniki heyətin –laborantların, xadimələrin və s. bu kimi işçilərin əmək haqlarını azaldaraq özlərinin və onlara bəh-bəh deyənlərin maaşlarını qaldırmaqla məşğuldular. Hələlik, Təhsil Nazirliyi və digər əlaqədar təşkilatlar ATU-da nurçuluğun inkişafına, maliyyə israfçılığna, təhsilin və elmin tənəzzülünə göz yumurlar. İnanıram ki, çox çəkməz, nurçular tam ifşa olunarlar və öz layiqli cəzalarını alarlar. İnşallah. Xeberinfo.com

23 Fevral 2017 12:56

Rüşvət alan kollec direktorunun görüntüləri yayıldı – VİDEO

Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında tutulub.  Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” mərkəzinə daxil olan müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar. Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.

18 Fevral 2017 12:44

Bu da Goranboy təhsili : saxta diplom, qadınlar, rüşvət…

Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun fəaliyyətilə bağlı şikayət daxil olub. Şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov Goranboyda təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin səbəbi kimi, şöbə müdirinin fəaliyyətindəki ciddi pozuntuları göstərir. İ.Əsədovun bildirdiyinə görə, Goranboy rayon təhsil şöbəsinin müdiri Ağababa İbrahimov Gürcüstanda təhsil alıb: "Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var". Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin adı zaman-zaman qalmaqallı olaylarda hallanıb. Belə ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ,Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb. Təhsil Şöbəsinin o zamankı müdirinin seyfindən nə az-nə çox 2 milyon manata yaxın pul aşkarlanmışdı. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səxavət Məmmədovla bağlı da yazılar dərc olunub. Məmmədovun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Yazılanlara görə, direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra icra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır. Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur. Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır.

3 Fevral 2017 19:44

Mikayıl Cabbarov təhsil nazirliyində qoruqçuluq və “JEK” təfəkkürü: təhsil necə iflic edilir

Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib ki, bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Belə ki, cumhuriyyet.az olaraq təhsil nazirliyində aparılan kadr islahatları üzərində apardığımız araşdırmalar onu ggöstərir ki, həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur. Əvvəldən müşavirlik institutuna böyük əhəmiyyət verən gənc nazir sonradan bununla bağlı çeşidli problemlərlə üzləşir. Necə deyərlər, etdiyi səhvləri düzəltməyə başlayır. Bu da münasibətlərə xələl gətirməklə yanaşı, həm də nazirlikdəki işgüzar mühiti pozur. Nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirdi. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Təhsillə “JEK” bir-birinə əks olan sahələrdir. Buna baxmayaraq, nazir köhnə “JEK” rəisini idarədə belə məsul vəzifəyə gətirib. Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur. Təhsil naziri Mikayıl Cabbarov hələlik Təhsil Nazirliyinin oturşmuş, çevik idarəetmə funksiyasına xas aparatını qura bilmir. Qurumdakı mötəbər mənbədən əldə etdiyimiz informasiyada belə deyilir: Məsələn, nazir vaxtilə adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014 – cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi. Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər. İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz – səmirsiz vəzifəsindən uzaqlaşdırıldı… Ən maraqlısı isə Samir Vəliyevlə bağlıdır. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014 – cü ildə özünə müşavir təyin etdi. Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Cabbarovun bu hərəkətlərindən inciyən Samir Vəliyev acıq edib işə getmir. Nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir. Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub. Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan “yeniliyə” imza atıb. Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib. Məlumat üçün qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır. Bəzi ekspertlər nazir müavininin fəaliyyətini bir neçə dəfə tənqid edib və onun bu sahəyə yad birisi olduğunu vurğulayıblar: “Təhsil nazirinin qeyri-ixtisas sahibi olması yolveriləndir. Çünki burda idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Mən başa düşürəm ki, hər bir adam vəzifəyə təyin olunduqdan sonra öz komandasını yaratmaq istəyir. Ancaq bu o demək deyil ki, bütün kadrlar kənardan gəlməlidir. Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmasının nə dərəcədə effektli olacağını demək çətindir. Bunu gələcək göstərəcək”. Özəl mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində yüksək vəzifəyə gətirilməsi Mikayıl Cabbarovla Azər Bayramovun planı olub: “Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə bu şəxsin təhsil məsələləriylə deyil, bu sahəyə ayrılan vəsaitlərə nəzarəti həyata keçirmək olub. Bütün dünyada büdcə vəsaitlərinin xərclənməsi yerli orqanlara ötürüldüyü halda, yəni bu sahədə əks-mərkəzləşmə olduğu halda, Azər və Ceyhun Bayramovlar ayrılan vəsaitləri mərkəzləşdirilmiş qaydada, özü də özlərinin bildiyi şəkildə sərf edirlər. Maliyyə nazirinin müavininin özbaşına əməllərinin əsas hissəsi Təhsil Nazirliyi ilə bağlıdır. Belə ki, onun dəstəyi ilə qardaşı Ceyhun müəllim təhsil şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Başqa sözlə deyilsə, ayrılan vəsaitlərin böyük hissəsi məlum şəxslərin büdcəsinə yönəldilir. Bu vəziyyət ali məktəblərdə və orta ixtisas təhsili müəssisələrində də özünü göstərməkdədir. Hər il ali və orta ixtisas məktəblərinə ayrılan vəsaitlərin böyük qismi havaya sovrulur ki, bunu da həmin təhsil ocaqlarının təchizatına və binaların vəziyyətinə baxanda təxmin etmək mümkündür”. Təhsil nazirinin müavininin fəaliyyətsizliyi bəzi sahibkarların da etirazı ilə qarşılanıb. Bir müddət öncə mediaya üz tutan iş adamlarından biri cumhuriyyet.az-a maraqlı faktları açıqlayıb: “Mən orta sahibkarlıqla məşğul olan bir iş adamıyam, məktəblər üçün mebel inventarı və avadanlıq istehaslı ilə məşğulam, həmçinin məktəblərin təmiri üzrə təmir sexlərim də vardır. Gündəlik dövlət qəzetlərini alıram və ordakı tender elanları ilə tanış oluram. Təhsil Nazirliyindən başqa demek olar ki, bütün nazirliklərin və ayrı-ayrı büdcə müəssisə və təşkilatların malların alınması və xidmətlərin göstərilməsi məqsədi ilə açıq tender elanlarını verdiklərini görürəm. Lakin 3 ilə yaxındır ki, Təhsil Nazirliyinin satınalma prosedurları ilə bağlı bir dənə də olsun tender elanına rast gəlmirəm. Bildiyiniz kimi, hər il dövlət büdcəsindən Təhsil Nazirliyinə malların alınması, xidmətlərin göstərilməsi, məktəblərin əsaslı və cari təmir olunması məqsədi ilə on milyonlarla manat dövlət vəsaiti ayrılır. O da məlumdur ki, dövlət vəsaitləri satınalma prosedurları keçirilmədən xərclənə bilməz. Lakin Mikayıl Cabbarov nazir təyin olunandan sonra bir dəfə də olsun dövlətin Təhsil Nazirliyinə ayrılan vəsaitlərin şəffaf xərclənməsini təmin etmək məqsədi ilə açıq satınalma proseduru keçirmir. Nazirin bu sahədə məsləhətçiləri Azər və Ceyhun Bayramovlardır. Harda görülüb ki, bir qardaş pul ayırsın, o biri qardaş xərcləsin? Dövlətin büdcəsindən təhsilə ayrılan vəsaitlər nazirə yaxın bəzi şəxslərin yardımı ilə heç yerdə adı, maddi- texniki bazası, dövriyyə vəsaitləri, həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə dağıdılır. Azər Bayramovun göstərişi ilə ötən illərdə Mikayıl Cabbarov tərəfindən açıq tender proseduru keçirilmədən xərclənən vəsaitlər ört-basdır edilir”. Bütün bunlar onu göstərir ki, nazirin yaxın dostu olan Ceyhun Bayramov təhsil sistemində ancaq problem yaratmaq və şəxsi maraqlarını təmin etməklə məşğuldur. Yəni onun ölkə təhsilinin inkişafına heç bir faydası dəymir. Bunlar, nazir müavininin fəaliyyətindəki boşluqların hələ cüzi hissəsidir. Qeyd edək ki, Bayramov qardaşlarının nəhəng biznes şəbəkəsi və təhsilə ayrılan pulların hansı işlərə yatırılması barədə tükürpədən faktlar da var. Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc edə bilərik.

1 Fevral 2017 12:31