Məzarlıqlarla bağlı yeni qaydalar –VİDEO

qebir

29 Dekabr 2016 10:00

Xəbər 52 dəfə oxunub

Qəbiristanlıqlarda qaydasızlıq müşahidə edilir. Dəbdəbəli qəbir yerləri götürülür, bir sıra vətəndaşlar sağ olarkən yer zəbt edirlər. Bütün bunların qarşısını almaq üçün məzarlıqlar haqqında qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib. Yeni qaylarda əsaslı dəyişikliklər var.

Xəzər Xəbər-in məlumatına görə, qəbiristanlıqlarda qayda-qanun olacaq, hətta məzarlar nömrələnəcək.

Qaydalar yeni salınacaq qəbiristanlıqlara aiddir. Qanunun geriyə qüvvəsi olmadığından mövcud məzarlıqlarda onların tətbiqi mümkün olmayacaq. Yeni qaydalara əsasən, başdaşı və qəbir yerləri də standart olacaq.Bu qaydaların tətbiqinə bələdiyyələrin nəzdində yaradılacaq dini idarələr nəzarət edəcək. Mərhumun nəşi basdırılarkən onların yaxınları məhz bu idarəyə müraciət edəcəklər. İsrafçılığın və dəbdəbənin qarşısını almaq üçün dəfn xərcləri də diqqətdə saxlanılacaq.Qanun Milli Məclisdə müzakirə edildikdən sonra qüvvəyə minəcək.

‘Nisyə alıcıların sayı iki dəfə artıb’ – Bazarda real mənzərə

1487315093_0001

Astaranın mərkəzi bazarında əvvəlki qələbəlik yoxdur. Bazarda alıcıdan daha çox satıcı gözə dəyir. Elə satıcı var ki, yoldan keçənin də qarşısını kəsir, malını təklif edir... Kənd təsərrüfatı məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan bir sahibkar deyir ki, adamların alıcılıq qabiliyyəti aşağı düşüb: «Kartof İranındır. Yerli məhsul daha gətirilmir. Bir kiloqramı 70 qəpiyədir. Arpanın bir kiloqramı 42, buğda isə 40 qəpiyədir. Arpa yoxdur. Dedilər Rusiyadan gələcək, hələ ki, yoxdur. Kəpək ötən ilə nisbətən bahadır, kisəsi 5 manata. İçində 20 kiloqram kəpək var. Qoz, fındıq özümüzündür, kilosu 7 manatadır. Kələm, çuğundur, yerkökü müxtəlif rayonlardan gətirilir. Almanın qiyməti bir qədər qalxıb - 20-30 qəpik. Kələm ötən ilə nisbətən bahadır, kilosu 1 manatadır. Ötən ilə nisbətən qazanc azdır...». O deyir ki, soğanın qiyməti dəyişməyib: «Soğanın bir kisəsi 5 manatdır. Kisədə 35 kiloqram soğan var. Bu məhsulu Ağdamdan gətirirlər. Soğanı gətirən adam şikayət edirdi ki, yolpulunu belə çıxarda bilmir. Soğanı xaricə buraxmadılar, bu məhsulu əkənlərin beli qırıldı. Bu il çətin ki, bu qədər soğan əksinlər. Bu ilin sonunda soğanın qiyməti kəlləçarxa çıxacaq». Alıcılardan biri deyir ki, göyərti istəyir, gücü buna çatır: «Yaşım 70-i ötüb. Həyat yoldaşımla yaşayıram. İkimiz də pensiya alırıq. İşığı, qazı bahalaşdırdılar, pulun yarısı ora gedir. Yaşlı adamlarıq. Bizə istilik yemək qədər vacibdir. Gecə-gündüz soba yanır. Dərman alırıq. Bir övladımız Rusiyadadır. O olmasa, vəziyyətimiz daha da pis olar. Yediyimiz elə şorbadır. Tərəvəz tökürəm üstünə, bir təhər dolanırıq. Əsas odur ki, sakitlik olsun...». Akif adlı satıcı deyir ki, əvvəlki qazancı yoxdur: «Nə qazanc? Rəhmətliyin oğlu, söhbət çörəkpulundan gedir. İşsizlikdəndir. İş olsa, gedib işləyərəm də. 6-7 saat ayaq üstə, soyuq havada, adam istəyərəm dözsün». Bunu isə qəssab deyir. Onun deməsinə görə, ətlik mal-qaranın da sayı azalıb: «Ötən ilin payızında xəstəlikdən xeyli mal-qara öldü. Ətlik maldan ötrü dağa qalxıram, 24 kilometr yol gedirəm, Sım kəndinə. Orda da mal-qara azalıb. Bazarda 7 yerdə ət satırdılar, indi 4-ü qalıb. Ət alan da azdır. 200 qram ət alırlar. İlin bu vaxtları balıq ovu aktivləşir. Balıq olur, ətdən də ucuz. Toyuq əti də ətdən ucuzdur». Supermarketlərdə vəziyyət bir qədər fərqlidir. Burda satılan istehlak malların çoxu xaricdən gətirilib. Ona görə də qiymətlər daim yüksələn xətlə dəyişir. Mağaza sahibinin deməsinə görə, qiymət artımına öyrəşiblər: «Şəkər, qənd özümüzündür. Qəndin bir kiloqramı 1 manat 90 qəpik, şəkər tozu isə 1 manat 30 qəpiyə satılır. Quş əti 4 manat 30 qəpiyədir, 5 manata gətirmişdilər, götürmədim. Yağlar hər ay 5-10 faiz qalxır. Bu ayda ən çox düyü qalxıb, 5 kiloqramlıq düyü 15 manat 50 qəpik olub. Əvvəllər 11 manata idi. 50 kiloqramlıq un 28 manatdır. Nisyə alıcıların sayı iki dəfə artıb. İndi çörəyi də nisyə alırlar. Əvvəllər belə şey yox idi. İndi mağazaya gələnlər uzaqbaşı 4-5 manat xərc çəkirlər, o da zəruri ərzaq məhsulları alırlar. Çox çətindir. Dərdini kimə deyəsən?». Astara rayonunun Ərçivan kənd sakini, işadamı Fayıq Cəfərzadə isə deyir ki, ticarət obyektləri bağlanır: «İki mağazanı bağladım. Xərci qazancından çox çıxırdı. Gündə ərzaq məhsulların qiyməti dəyişir. Bezdim. Bu qovhaqovda monopolistlər qazanır. Halalıq itib. İndi çəltik əkini ilə məşğulam. Obyektlərimi icarəyə vermək istəyirəm». Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalı istehlak mallarının qiymətlərin dəyişməsini təbii sayır: «İdxaldan asılıyıq. Xaricdən gələn məhsullar dollarla alınır, dollar da manata nisbətən bahalaşır. İstehlak məhsullarının çoxu xaricdən dollarla alınır, ölkədə isə manatla satılır. Bu nisbətə görə xaricdən gələn malların qiyməti dəyişir». İqtisadçının dediyinə görə, bahalaşma kənd təsərrüfatına da təsir edəcək: «Toxumluq kartofu Rusiyadan gətirirlər. Rusiya kartofu manatla satmaz ki? Eşitdiyimə görə, Astarda toxumluq çəltiyi İrandan gətirirlər. Yəqin ki, İran da bu toxumluğu dollarla satar. Bu baxımdan, alınan toxumlar baha başa gələcək. Hər kəs üçün əlçatan olmayacaq. Bahalaşma üzü yuxarı gedir...».

17 Fevral 2017 12:58

Yenə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

1487147224_0001

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  məlumatına  görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək. Xəbərdarlıq Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Xəbərdarlıq Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Faktinfo.az    

15 Fevral 2017 13:36

Rayonlara qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

images

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Faktinfo.az-a verilən məlumata görə, fevralın 11-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Xəbərdarlıq Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

10 Fevral 2017 13:26

Yağış, sulu qar, qar yağacaq –Sabahın hava proqnozu açıqlandı

hava

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.  Faktinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz   5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.  Fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

7 Fevral 2017 14:01

Dollar, avro və qızıl kəskin endi –Mərkəzi Bank + CƏDVƏL

dollar-avro

Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə kəskin enib. Belə ki, dünən 1,9111 manata satılan dollar bu gün 1.8769 manata satılacaq. Bu gün avronun rəsmi məzənnəsi də xeyli düşüb. Belə ki, avro bu gün  2.0102 manata dəyişdiriləcək. Halbuki dünən bu məzənnə  2,0593 manat idi. Qızıl da bu gün avro və dollar kimi xeyli  ucuzlaşıb. Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 07.02.2017 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.8769 1 Avro EUR 2.0102 1 Avstraliya dolları AUD 1.4396 1 Argentina pesosu ARS 0.119 1 Belarus rublu BYN 0.9814 1 Braziliya rialı BRL 0.6023 1 BƏƏ dirhəmi AED 0.511 1 Cənubi Afrika randı ZAR 0.1408 100 Cənubi Korea vonu KRW 0.1639 1 Çexiya kronu CZK 0.0744 100 Çili pesosu CLP 0.2929 1 Çin yuanı CNY 0.273 1 Danimarka kronu DKK 0.2703 1 Gürcü larisi GEL 0.7036 1 Honq Konq dolları HKD 0.2419 1 Hindistan rupisi INR 0.0279 1 İngilis funt sterlinqi GBP 2.3392 100 İndoneziya rupiası IDR 0.0141 100 İran rialı IRR 0.0048 1 İsveç kronu SEK 0.2121 1 İsveçrə frankı CHF 1.8878 1 İsrail şekeli ILS 0.5014 1 Kanada dolları CAD 1.4319 1 Küveyt dinarı KWD 6.1598 1 Qazaxıstan tengəsi KZT 0.0058 1 Qırğız somu KGS 0.0271 100 Livan funtu LBP 0.1244 1 Malayziya rinqqiti MYR 0.4231 1 Meksika pesosu MXN 0.0913 1 Moldova leyi MDL 0.0947 1 Misir funtu EGP 0.1017 1 Norveç kronu NOK 0.2268 100 Özbək somu UZS 0.057 1 Polşa zlotası PLN 0.4682 1 Rusiya rublu RUB 0.0319 1 Sinqapur dolları SGD 1.3269 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.5005 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.5529 1 Türk lirəsi TRY 0.5071 1 Tayvan dolları TWD 0.0605 1 Tacik somonisi TJS 0.2375 1 Yeni türkmən manatı TMT 0.537 1 Ukrayna qrivnası UAH 0.0691 100 Yapon yeni JPY 1.6769 1 Yeni Zelandiya dolları NZD 1.3805 Qızıl XAU 2302.4871 Gümüş XAG 33.1273 Platin XPT 1899.4228 Palladium XPD 1441.4592

7 Fevral 2017 10:41

Nazirlə xidmət rəisi arasında ziddiyət yaşanır-İddia

1486187288_0001

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər şəxslər arasında gərginlik yaranıb. Əsas gərginlik nazir Səlim Müslümovla nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov arasında hökm sürür. Bildirilir ki, İ.Qurbanov nazirin demək olar ki, heç bir sözünü eşitmir, tapşırıqlarına əhəmiyyət vermir. Buna görə də S.Müslümov sözügedən sahəyə nəzarəti demək olar ki, itirmək üzrədir. Nazir vəziyyətdən çıxış yolu kimi həmin xidmətin əhatə dairəsini daraltmaqla İ.Qurbanovun səlahiyyətlərinin azaldılmasına çalışır. Bu barədə məlumatı Bakıpost.az yayıb. Müslümovun həmin sahəylə bağlı son vaxtlar bir sıra dəyişikliklər etməsinin də məhz sözügedən planla bağlı olduğu söylənilir. Daxil olan məlumatlarda xidmət rəisinin tabeliyində olduğu nazirə qarşı çıxa bilməsinin səbəbləri də açıqlanır. Bildirilir ki, nazirin söz keçirə bilmədiyi bu rəis "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun doğma qardaşıdır. 2015-ci ildən bu postu tutan İ.Qurbanov rəhbərlik etdiyi qurumu tam müstəqil şəkildə idarə etməyə çalışır. Bu isə onu tabeliyindəki bütün sahələrdə yenilik etməyə çalışan, buna görə də nazirliyin ən xırda işlərinə belə müdaxilə edən nazir üçün arzuolunmaz adama çevirib. Bildirilir ki, hazırda nazirlə tabeliyində olan xidmət rəisi arasında gərginlik o həddə çatıb ki, S.Müslümov öz işçisindən yuxarı instansiyalara dəfələrlə şikayət edib. Faktinfo.az

4 Fevral 2017 12:12

Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi dəfələrlə azalıb

images (2)

Bakı şəhəri ərazisində 2013-2016-cı illər ərzində təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı qiymət fərqi təxminən 5 dəfə azalaraq 3%-ə düşüb. Fins.az xəbər verir ki, bu, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Məlumata görə, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır: "Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – “stalinka”, “xruşovka”, “brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır". Biriliyin məlumatında deyilir ki, ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı qiymət fərqi 15-20% təşkil edib. “Hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilin sonuna kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman, tələbatın qlobal dəyişməsinə səbəb ola bilər. Yəni, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”, - deyə hesabatda qeyd olunub.

2 Fevral 2017 14:29

Azərbaycanda istehsal olunan benzinin də qiyməti qalxacaq – Ekspert

ilahm 2

İlham Şaban: “Benzinin qiymətinin 2-ci dəfə artırılmasının əsas səbəbi məhz yanvar ayında manatın məznnəsinin həddən çox aşağı düşməsi ilə bağlıdır” “Əgər 1 həftə ərzində 1 dollar 2 manat olsa, Azərbaycana idxal olunan benzinin qiyməti yenə dəyişəcək”. Bu fikirləri enerji məsələləri üzrə eskpertİlham Şaban Azərbaycana idxal olunan benzinin qiymətinin yenidən artma səbəbin PİA.AZ-a şərh edərkən deyib. Xəbər verdiyimiz kimi Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. Artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub. Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib. Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Xatırladaq ki, qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Onu da qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi. Bəs dünya bazarında neftin qiymətində elə artım müşahidə olunmadığı halda 20 gün əzində ölkədə benzinin qiymətininiki dəfə artırılması nəylə bağlıdır? Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib. İlham Şaban: “ Manatın öz dəyərin itirməsi dollarla alının hər malın qiymətinin qalxaması ilə müşahidə olunacaq”. Enerji məsələləri üzrə eskpert qeyd edib ki, Azərbaycanda benzinin qiymətinin ikinci dəfə qalxması dünya bazarı ilə bağlı deyil. Benzinin qiyməti qalxması Azərbaycan manatının məzənnəsi ilə bağlıdır: “Azərbaycanda benzinin qiymətinin ikinci dəfə qalxması dünya bazarı ilə bağlı deyil. Benzinin qiyməti qalxması Azərbaycan manatının məzənnəsi ilə bağlıdır. Azərbaycan manatının məzənnəsi hazırda 1.92-dir. Ancaq bundan öncəki artımda Dövlət Neft Şirkəti manatın məzənnəsin 2016-cı ilin orta kursu ilə, yəni 1.60-la götürmüşdür. O artım məhz bu addımın kompensasiya edilməsi üçün idi. Benzinin qiymətinin 2-ci dəfə artırılmasının əsas səbəbi məhz yanvar ayında manatın məznnəsinin həddən çox aşağı düşməsi ilə bağlıdır. Yəni Dövlət Neft Şirkəti bu idxalı kompensasiya etmək fikrində deyil. İkinci bir tərəfdən də 2014-cü ilin 1 yanvar tarixindən Tarif Şurası artıq idxal edilən benzini sırf bazarın öhtəsinə buraxıb. Yəni istehlakçılar özlərini kökləməlidirlər ki, benzinin qiyməti həftəlik də dəyişə bilər. Bu asılı olacaq Azərbaycandakı iqtisadi sitiuasiyadan. Əgər 1 həftə ərzində 1 dollar 2 manat olsa, Azərbaycana idxal olunan benzinin qiyməti yenə dəyişəcək. Və manat yenə dəyərin itirərək 2.20-i olsa, yenə benzinin qiyməti dəyişəcək. Çünki manatın öz dəyərin itirməsi dollarla alının hər malın qiymətinin qalxaması ilə müşahidə olunacaq.

1 Fevral 2017 16:13