Mayli Sayrusun qeyri-adi toyu – foto

7 Yanvar 2017 14:31

Xəbər 40 dəfə oxunub

Müğənni Mayli Sayrus aktyor sevgilisi Liam Hemsvortun ilə gizlin ailə həyatı qurub.

Faktinfo.az  xarici KİV-ə istinadən məlumatına görə, onların toyu Kaliforniyada Maylinin evində baş tutub.

Cütlüyün yaxın dostları bildiriblər ki, mərasim toydan çox partiyə bənzəyib. Bu da həmişə öz qeyri-adiliyi ilə seçilən Sayrusun fikri olub.

Səs-küylü gecənin yarısında cütlük kədərli və sevincli günlərdə bir yerdə olacaqlarına söz verərək, evləndiklərini  elan ediblər.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı müğənni avstraliyalı sevgilisinin ailəsi ilə tanış olub.

Röya ilə bağlı gizlinlər: “O, təkcə Hüseyni doğmayıb…” -İddia

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib. Yeniçağ-a açıqlama verən bəstəkar, Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib: “Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki… O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki… Hələ yenə doğacaq, doğmasa, tükənəcək”. “Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə “SOY” prodakşın mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün “SOY”un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır”. Faktinfo.az

18 Mart 2017 14:18

“Şəbnəm Tovuzlunun lüt şəkilləri var, əsəblərimlə oynamasın, yayaram” – Təranə Qumral

Prodüser Tolik və müğənni Şəbnəm Əsədovanın ötən gün canlı yayımda Təranə Qumralı 720 manatlıq alçaya görə tənqid etməsinə qarşı tərəfdən cavab gecikməyib. Faktinfo.az xəbər verir ki, Mətbuat.az-a açıqlama verən Təranə Qumral həmkarını qadın alverində günahlandırıb: “Çoxları özlərini Təranə və Musayla reklam edir. Tolikə demək lazımdır ki, Musa Musayev Azərbaycanda, Rusiyada toylara gedəndə, sən harada idin? Tolik bizim yaşayış tərzimizi də, ətrafımızı da yaxşı bilir. Mən icazə vermirəm ki, heç bir prodüser, müğənni hansısa məsələyə görə adımı çəksin. Mən nə Şəbnəmdən, nə də Tolikdən qorxmuram. O özü hansı səviyyədədir ki, mənim haqqımda danışsın?" Təranə Qumral Şəbnəm Tovuzlu ilə bağlı bunları deyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayram günü qanımı qaraltmaq fikrim yoxdur. Getsin özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”.  

14 Mart 2017 20:39