Mehriban Əliyeva Fransa nümayəndə heyəti ilə görüşüb

mehri

11 Yanvar 2017 17:57

Xəbər 21 dəfə oxunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Faktinfo.az -ın məlumatına görə, M. Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib, bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib.

 

Azərbaycanın birinci xanımı deyib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.

 

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd edib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin – UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən M. Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirib.

 

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib. M. Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

 

Jan-Mari Le Guen isə Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.

Aqrar Universitetin rektoru İbrahim Cəfərov ilin rektoru oldu

16805501_1144377565661562_1727122682_o

Aqrar Universitet ailəsinin qapısını daha bir şad xəbər döyüb. Təhsilin uğurlu inkişafına, güclü maddi-texniki bazanın mövcudluğuna, tələbə müəllim münasibətlərinin şəffaflığına və digər vacib amillərə görə çoxsaylı mükafatlara sahiblənən universitet daha bir qələbəyə imza atıb. Demək yerinə düşər ki, bu gün sosial şəbəkələrdə bütün sahələr üzrə bir-birindən maraqlı və zamanın tələbindən yaranan yarışmalar keçirilir və nəticə geniş izləyici auditoriyası tərəfindən qiymətləndirilir. Yəni, bu yarışmalarda insanlara təzyiq etmə, eləcə də saxta səs toplama imkanı olmur. Qalib yalnız ədalətli formada toplan səsin sayı ilə müəyyən edilir. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bir neçə gündür daha bir sorğu sosial şəbəkədə böyük rezonas yaradıb. Instagram sosial şəbəkəsində "Azerbaijani.studentss" səhifəsi tərəfindən keçirilən "ilin ən fəal və ən yaxşı rektoru" seçimi müsabiqəsi keçirilib. Şərtlərə görə müsabiqə-yarışmaya 13 rektor qatılıb. Yəni, 13 rektorun şəkili paylanılıb və nəticə bu şəkillərdən hansına bəyənilmənin daha çox verilməsi ilə qiymətləndirilib. Finala isə ən çox bəyən əldə edən iki rektor çıxıb və yarışma bu iki nəfərin arasında davam edib. Final yarışmasında təmsil olunan Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin rektoru Mustafa Babanlı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov arasında gedən yarışma isə gərginliyi ilə bərabər həm də çox maraqlı olub. Azərbaycanın ali təhsil məkanında kifayət qədər çəkisi olan hər iki universitet rektoru da nüfuzuna və idarəetmə qabiliyyətinə görə həmişə hörmətlə xatırlanıb.Səsvermə isə ADAU-nun rektoru. AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun xeyrinə yekunlaşıb. İbrahim Cəfərov 2.495 bəyənmə toplayaraq ilin rektoru secilib. Bu qədər səs isə ilk olaraq işə olduqca ciddi yanaşmanın, zəif bənd olan tələbənin həqiqi mənada dostu olmasından, rəhbərlik etdiyi təhsil müəssisəsində tələbənin mənafeyini bütün məqamlardan üstün tutmasından, ən başlıcası gələcək kadrların daha mükəmməl yetişməsinə imkanların birmənalı şəkildə səfərbər edilməsindən qazanılıb. Deməli, harda halallıq, vicdan və sabahın qurucularına diqqət, qayğı varsa orda tələbənin rəhbərinə sevgisi, ona dəstəyi də var. İbrahim Cəfərovun ilin rektoru seçilməsinin sirri də elə budur. Ötən il də  Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsində “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” nominasiyası üzrə sosial yarışmada, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 60,8 faiz səs toplayıb və tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb.  

18 Fevral 2017 16:02

Heyvanlar arasında dəhşətli yoluxucu xəstəlik- İnsanlara da keçə bilər

qoyun

Azərbaycanda toyuq-cücə, iri və xırda buynuzlu heyvanlar arasında dəhşətli yoluxucu xəstəlik yayılıb. Bu barədə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə məhsul olanların qeyri-peşəkarlığı nəticəsində xəstəliyin adı hələ də müəyyən edilməyib: “Ümumiyyətlə, məlum olmayan xəstəlik yoxdur. Yəni, bütün xəstəliklərin adı var. Ölkədə kifayət qədər baytar həkimlər yoxdur. Bundan əlavə, uzun müddətdir ki, baytar həkimlər hazırlanmır. Ən dəhşətlisi bu xəstəlikləri müəyyən edən müasir dövrün tələblərinə cavab verən laboratoriyalar və orada çalışan peşəkarların olmamasıdır. Bütün bunlar kütləvi şəkildə heyvanların tələfinə səbəb olur.” Vahid Məhərrəmovun fikrincə, əgər xəstəlik vaxtında aşkar edilərsə, heyvanların tələf olma ehtimalı azalır: “Əgər vaxtında lazımı tədbirlər görülsə, heyvanları müalicə edərlərsə, xəstəlik bu şəkildə yayılmaz. Məsələn, Şəmkirdə bir fermerin xəstəlikdən 180 baş qoyunu tələf olub. Bu acınacaqlı bir vəziyyətdir.” Ekspert hesab edir ki, ölkədə ət istehsalı kifayət etmədiyi bir vaxtda xəstəlikdən tələf olan heyvanların əti asanlıqla paytaxta gətirilə bilər: “Biz xarici ölkələrdən daha çox ət alırıq. Birinci ayda xaricdən gətirilən ət idxalı 3 dəfəyə yaxın artıb. Ölkədə bu sahəyə ciddi nəzarət olmadığından tələf olan heyvanların əti satışa buraxıla bilər. Xəstəliyin sindiromu müəyyən edilməlidir. Yoxsa bu dəhşətli bir xəstəlik insanalara da keçə bilər.”

17 Fevral 2017 15:04

“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz” –Milli Məclisin Aparat rəhbəri

sefa-mirzeyev

"Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz. Bunun üçün parlamentdə İntizam Komissiyası var. Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə müzakirə olunan məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyiləmsə dostcasına ona yaxınlaşıb fikir bildirmək olar”. Bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev KİV nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda informasiya qıtlığı var: "Lakin bu onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş verimir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donal Trampın sevimli sözü olan "feyklər” yazaraq ictiamiyyətə buraxılır. Əslində, bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır. Milli Məclisdə baş verənlər qurumun saytında dərc olunur. Ona görə də, KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”.

17 Fevral 2017 14:29