Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin“tupoy” övladları ilə doldur…

1484195587_0001

12 Yanvar 2017 10:47

Xəbər 77 dəfə oxunub

“Bugünlərdə parlamentə, millət vəkillərindən biri ilə (o, həm də parlamentin müvafiq komitələrindən birinin sədr müavinir) müsahibəyə getmişdim. Müsahibə zamanı birdən həmin millət vəkilinin yadına nəsə düşdü, daha doğrusu, ona nəsə lazım oldu və daxili telefonla komitənin işçilərindən birinə onun yanına gəlməsini xahiş etdi”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış jurnalistlərdən biri deyib.
Onun sözlərinə görə, bir necə dəqiqədən sonra deputatın aradığı işçi-komitənin əməkdaşı qapını döymədən, salam-kəlamsız içəri daxil olub və sadəcə, “məni çağırmısınız, eşidirəm…”, deyib.
“Onun bu hərəkətindən, saymazyana davranışından da deputat “rəng verib, rəng aldı”, nə qədər büruzə verməməyə çalışsa da, alınmadı. Sonra isə “zəhmət olmasa, filan sənədi mənə gətirin”-dedi. Həmin şəxs yenə qapını açıq qoyaraq kabinetdən çıxdı. Bu isə deputatı əməlli-başlı özündən çıxardı.
“Görürsünüz də…Nə etikası, nə mədəniyyəti var…Salamsız-kəlamsız içəri girdi, qapını açıq qoydu, gedəndə yenə qapını örtmədi…Mənə hörmət etmir, sizə hörmət qoysun, sizə hörmət qoymur, heç olmasa, mənə hörmət qoysun?! Hamısı belədir… Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, digər vəzifəlilərin “tupoy” övladları ilə doldur…Bunlara söz də demək olmur…
O saat aləmi qatıb-qarşıdırırlar… Bu da filankəsin oğludur…Özündən də o qədər razıdır ki…Amma mədəniyyət, etika deyilən şey yoxdur…Hamı deputatlara bəxtəvərlik verir, amma bilmirlər ki, biz belələrinin əlindən nələr çəkirik…”-dedi.
Bir az sonra həmin işçi deputata lazım olan sənədi gətirib verib, heç nə olmamış kimi də otağı tərk etdi…Eyni hərəkətlərini də təkrarlamaqla, davam etdirməklə…”- deyə, o, daha sonra sözlərinə əlavə edib.
Gununsesi.info
P.S. Saytımıza açıqlama verən jurnalistin, adıçəkilən deputatın kimliyi bizə bəlli olsa da, bəzi səbəblərdən onların adlarını açıqlamırıq. Amma deyilən faktın da doğruluğuna yüzdəyüz əminik. Amma parlamentdən bu məlumatla bağlı kimin sözü olsa, onu da işıqlandırmağa hazırıq.

“Təfəkkür” Universiteti fəaliyyətini dayandırdı

1427653713_tefekkur

Elm və TəEhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Təhsil Nazirliyinin  məlumatına görə, götərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur. Faktinfo.az

16 Yanvar 2017 16:13