MN: “Əsgər Çingiz Qurbanovun meyitinin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib”

mudafi%c9%99-nazirliyi

30 Dekabr 2016 11:37

Xəbər 38 dəfə oxunub

 

Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılması ilə bağlı açıqlama yayıb.

Faktinfo.az Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, açıqlamada deyilir: “Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.

Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.

Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir”.

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

teyyare_herbi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24