MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları – Bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar…

30 Dekabr 2016 23:19

Xəbər 94 dəfə oxunub

Ləğv edilmiş MTN-nin həbsdə olan generallarının və digər vəzifəli şəxslərinin əmlaklarının siyahısı məlum olub.

Faktinfo.az Musavat.com-a istinadən xəbər verir ki, “MTN işi” üzrə həbs edilən sabiq idarə rəislərinin və digər vəzifəli şəxslərin məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulmuş əmlaklarının siyahısını əldə edib.

Həbs edilən MTN əməkdaşlarının üzərinə həbs qoyulan əmlaklarının siyahısı aşağıdakı kimidir:

MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna məxsus əmlaklar:

1. 4.120.000 manat dəyərində Nəsimi rayonu, Mərdənov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası

2. 384.000 manat dəyərində Nəsimi rayonu, Səməd Vurğun küçəsi 88, giriş 2 ünvanında yerləşən 34 №-li mənzil

3. 32.450 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

4. 63.000 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

5. 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən 11 №-li mənzil

6. 60.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 10 №-li mənzil

7. 282.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi

8. 48 000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi

9. 87.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi

10. 130.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi

11. 392.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər

12. 1.200.000 manat dəyərində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi

13. 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi

14. 37.000 manat dəyərində Səbayel rayonu, R.Behbudov küçəsi 8 ünvanında qaraj

İstintaq zamanı bu əmlakların ümumi dəyəri 6.998.450 manat hesablanıb.

Bundan əlavə, Sübahir Qurbanova məxsus mənzillərdə, evlərdə axtarış zamanı aşkar edilən 54.779 manat dəyərində qiymətli əşyalara, 38.150 manat, 11650 dollar, 5000 avro pul əskinazlarına, özünün, ailə üzvlərinin bank hesablarında olan pullara da həbs qoyulub.

Həmin idarənin rəis müavini Əliyev Fizuli Zülfüqar oğlunun əmlakları:

1. Özünün və qohumlarının adlarına sənədləşdirilmiş 306.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi 23«a» ünvanda daşınmaz əmlak

2. 568.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 22 ünvanda yerləşən danışmaz əmlak

3. Dəyəri 371.000 manat olan Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 34 ünvanında olan daşınmaz əmlak

4. Dəyəri 121.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti, “Xalça” mağazasının qarşısındakı aptekin şərq hissəsində yerləşən qeyri-yaşayış binası

5. Dəyəri 40.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi 65 ünvanında yerləşən qeyri-yaşayış binası

6. Dəyəri 1.110.000 manat olan Suraxanı rayonu, General Mehmandarov küçəsi ev 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

7. Dəyəri 72.000 manat olan Nizami rayonu, Şərifli küçəsi ev 25 ünvanında yerləşən 198 nömrəli mənzil

8. Dəyəri 22.500 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə 46 ünvanında yerləşən 0,08 ha sahədən ibarət torpaq sahəsi

9. Dəyəri 71.000 manat olan Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507-511-ci məhəllə, ev 16 «b» ünvanında yerləşən 43 nömrəli mənzil

10. Dəyəri 463.500 manat olan Yasamal rayonu, İzmir küçəsi 7 «b» ünvanında yerləşən qeyri-yaşayış sahəsi

11. Dəyəri 198.000 manat olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evi torpaq sahəsi ilə birlikdə

12. Dəyəri 281.500 manat olan Yasamal rayonu, Mətbuat prospekti ev 35 ünvanında yerləşən 30 nömrəli mənzil

13. Dəyəri 63.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının qarşısındakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi

14. Dəyəri 180.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası

15. Dəyəri 478.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi 59 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

16. Dəyəri 90.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayın binası

17. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak

18. Dəyəri 742.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən 0,061 ha torpaq sahəsində yerləşən mülk

19. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi

20. Dəyəri 4.400 manat olan Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi

21. Dəyəri 60.500 manat olan  Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ev 8 ünvanında yerləşən ev

22. Dəyəri 41.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsi 205 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi

23. Dəyəri 20.500 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikili

24. Dəyəri 8.800 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 75,6 kv m ümumi sahədən ibarət tikili

25. Dəyəri 451.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 15 ünvanında yerləşən daşınmaz əmlak

26. Dəyəri 784.000 manat olan Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər

27. Dəyəri 1.873.000 manat olan Gəncə şəhəri, Cavadxan küçəsi ev 58 “a” ünvanında yerləşən əmlak kompleksi

28. Dəyəri 275.000 manat olan Gəncə şəhəri, Nizami küçəsi ev 30 ünvanında yerləşən ev

29. Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi 38 ünvanında yerləşən ev

30. Dəyəri 498.000 manat olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binası

31. Dəyəri 144.000 manat olan  Mingəçevir şəhəri, Gəncə şosesi 8 ünvanında yerləşən qeyri-yaşayış binası

32. Dəyəri 65.000 manat olan Gəncə şəhəri,  Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən qeyri-yaşayış sahəsi

33. Dəyəri 106.000 manat olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 84 ünvanında yerləşən ev

34. Dəyəri 86.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 4-cü döngə 102 ünvanında yerləşən ev

35. Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələr i- dəyərləri müvafiq olaraq 1 630, 1 890, 1 680, 930, 660 manat

Daşınmaz əmlakların cəmi dəyəri 9.513.490 manat.

Xidməti otaqlarından və evindən 16.130 manat dəyərində qiymətli əşyalar, 12.123 manat və 35.100 dollar, dəyəri 40.000 manat olan “Jeep Qrand Cherokee” markalı 90 RE 505 dövlət qeydiyyat nişanlı avtomaşın, “Şah” MMC-nin adına sənədləşdirilmiş 93.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10 AZ 603 dövlət qeydiyyat nişanlı avtomaşın, 35.500 manat dəyərində “Toyota Camry” markalı 90 AA 576 dövlət qeydiyyat nişanlı avtomaşına da həbs qoyulub.

Həmin şöbənin əməkdaşı Alıyev Natiq Allahverdi oğluna məxsus əmlaklar:

1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 49.500 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 30 ünvanında yerləşən 4 saylı mənzil

2. Dəyəri 55.000 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi 25 ünvanında yerləşən 1 saylı mənzil

3. Dəyəri 270.000 manat olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “Kapital qrup” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 56-57 nömrəli mənzil

4. Dəyəri 1.216.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində olan tikililər

5. Dəyəri 784.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər

Daşınmaz əmlakların cəmi 2.374.000 manat dəyərində hesablanıb. Onun 54.000 manat dəyərində “Audi Q7” markalı 10 OM 008 dövlət qeydiyyat nişanlı avtomaşınına da həbs qoyulub.

Həmin şöbənin digər əməkdaşı Məmmədov Zaur İbiş oğlunun əmlakı:

1. Dəyəri 150.000 manat olan Nizami rayonu, Şərifli küçəsi, 25-24-cü məhəllədə “Qarant 21 əsr” MTK tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasında 6 nömrəli mənzil

2. 50.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Toyota Prado” markalı 99 HL 223 dövlət qeydiyyat nişanlı avtomaşın

Baş İdarələrinin sabiq rəisi Quliyev Teymur Rəcəb oğlunun əmlakı:

1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 1.279.000 manat olan Nərimanov rayonu, Etibar Qocayev küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evi

2. dəyəri 21.100 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 3-cü küçə 39 ünvanında yerləşən 0,08 ha sahəsi

3. Dəyəri 95.000 manat olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evləri

Atayev Fərhad Tofiq oğlunun əmlakı:

1. Dəyəri 95.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 45, mənzil 15 ünvanında yerləşən mənzil

2. 18.000 manat dəyərində “Hyundai İX35” markalı avtomobil

3. 3.000 manat dəyərində “VAZ-21074” markalı avtomobil

Şirəliyev Anar Hacıçoban oğlunun əmlakı:

1. Dəyəri 40.000 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi 50B ünvanında yerləşən fərdi yaşayış evi

2. 7.500 manat dəyərində “Mercedes C220 CDİ” markalı avtomobil

3. 29.900 manat dəyərində “Mercedes E270 CDİ” markalı avtomobil

4. 1.500 manat olan “QAZ-2417” markalı avtomobil

Əliyev Eşqin Dünyamalı oğlunun əmlakı: 

1. 300 manat dəyərində “Mini dron hubsan” markalı kiçik ölçülü kameralı dron

2. 180 manat dəyərində 1 ədəd boyunbağı

3. 60 manat dəyərində 1 ədəd kulon

4. 30 manat dəyərində 1 ədəd qara rəngli rezin tip və qılınc formalı kulon.

“MTN işi”ndə MSK-nın sədr müavini Natiq Məmmədovun da adı hallanır

«MTN işi»ndəki zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Onlar bununla əlaqədar Prezidentə və birinci vitse-prezidentə məktub yazıblar. N.Məmmədovun qardaşı Yasin Məmmədov MTN-də İstintaq Baş İdarəsinin şöbə rəisi işləyib. Nazirlik ləğv olunub, bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılandan sonra ona dəyib-dolaşan olmayıb, hazırda da bu qurumda fəaliyyətini davam etdirir. Baxmayaraq ki, MTN generalları ilə bağlı cinayət işində bir neçə epizodda onun adı hallanır, zərərçəkənlər ondan şikayətlənir, pullarının qaytarılmasını tələb edirlər. 600 MİNDƏN 300 MİNƏ DÜŞÜB MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işində zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodu var. Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan R.Həsənov deyir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, onu saxlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da F.Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib. Zərərçəkən istintaqa ifadəsində deyib ki, Y.Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Y.Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: «Yasin Məmmədov dedi ki, evimizdə axtarış aparılmalıdır. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Y.Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım». Dollar «YASİN MƏMMƏDOV DEDİ Kİ, 300 MİNDƏN 200 DOLLAR ƏSKİKDİR» Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Y.Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Y.Məmmədov və F.Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən F.Əliyevin özünə verib: «Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim». Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib. ***Buna da bax-‘MTN işi’ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, … MTN generallarının martın 28-də keçiriləcək məhkəməsində R.Həsənovla bağlı məsələnin araşdırılacağı bildirilir. Məlumata görə, MTN işi üzrə istintaqda R.Həsənovla Y.Məmmədov üzləşdirilib. Zərərçəkən ifadəsində söylədiklərini onun üzünə də deyib. Y.Məmmədov isə deyilənləri təkzib edib. Haqqında söylənilən fikirlərin yalan olduğunu deyən Məmmədov kimsədən nə pul tələb etdiyini, nə də aldığını bildirib. «DEYİRLƏR, QARDAŞI MSK-NIN SƏDR MÜAVİNİ OLDUĞUNA GÖRƏ ONA TOXUNMURLAR» «MTN işi»ndəki zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda AzadlıqRadiosu məlumat vermişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, beş aydan sonra 80 min verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını deyir. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən C.Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü beşinci mərtəbədən atıb. MTN işi. Foto illüstrasiya C.Məmmədovun anası, 85 yaşlı Nərgiz Məmmədova Prezident Əliyev və xanımına, eləcə də DTX rəisi Mədət Quliyevə məktublarında yazır ki, oğlunu şərləyib həbs eləmişdilər. İstintaqı da Yasin Məmmədov aparırdı: «Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 80 min pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi». C.Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan üç ay əvvəl intihar edib. Onun qardaşı Arif Məmmədovu istintaq zərərçəkmiş qismində tanıyıb. Amma hələ konkret bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan yoxdur. İndi ailənin tələbi odur ki, həm C.Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın, həm də 80 min manat geri qaytarılsın: «MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 80 min alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar. Heç olmasa, pulumuzu qaytarsın… Mehriban xanımdan bir ana kimi xahiş edirəm, ədalətin bərqərar olmasına göstəriş versin. İnanıram ki, əlindən gələni eləyəcək». Qardaşının həbsdən buraxılması üçün 80 min manatı aparıb verdiyini iddia edən Məzahir Məmmədovla Yasin Məmmədov arasında da üzləşmə keçirilib. Üzləşmədə M.Məmmədov pulu şəxsən ona verdiyini bildirib. Amma Y.Məmmədov deyilənləri təkzib edib. «MƏN DAHA NEÇƏ İL GÖZLƏMƏLİYƏM?!» Cahangir Məmmədovla birlikdə həbs olunan və beş ay həbsdə saxlandıqdan sonra azad edilən Sərdar İsmayılov da iddia edir ki, Y.Məmmədov ondan 53 min dollar pul alıb. «Əgər MTN əməkdaşı Yasin Məmmədovun məndən aldığı 53 min dollar qaytarılmırsa, bu adam hələ də vəzifəsində çalışırsa, mən hansı günün zərərçəkəniyəm? Zərərçəkən kimi, mənim hüquqlarım necə qorunur? Əgər istintaq orqanı mənə dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmırsa, mən daha neçə il gözləməliyəm?!», – Sərdar İsmayılov prezidentə məktubunda belə yazır.Gününsesi.info

27 Mart 2017 15:48

Azərbaycanda oğurluq niyə artıb…

Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı kriminal xronikada oğurluq hallarının artdığı müşahidə edilir. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə çörəkdən tutmuş, mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri və s. kimi oğurluq növlərinə rast gəlinir.   “3-4 manata görə su sayğacları oğurlanır”   Kriminalist Mahmud Hacıyev mətbuata açıqlamasında ölkədə oğurluq hallarının artma səbəblərinə aydınlıq gətirib:   “Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, hamı “vorzakon”dur, “maloletka”da yatıb, çıxıb, deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarının tərkibində qiyməti 3 manat olan ağ maddəyə görə oğurluq edənlər var. Bakının Nizami rayonunda belə faktlar qeydə alınıb”. “Sosial vəziyyət pisləşdikcə oğurluq da artır” Əvvəllər məhkumluq həyatı yaşamayan insanlar bir neçə il həbs cəzası alacağını bilə-bilə 5-10 manatdan, ərzaq məhsullarından ötrü niyə oğurluğa əl atırlar? M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır: “Bu, 2 vur 2-nin 4-ə bərabər olması qədər konkretdir. Biz deyə bilmərik ki, 2 vur 2  5-ə bərabərdir. Bu, Avropa ölkələri, Afrika ölkələri, həmçinin, Azərbaycan üçün də belədir. Müəyyən obyektiv və subyektiv səbəblərə görə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunanlar bunu etiraf etməsə də, fakt göz qabağındadır. Milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, çox sayda iş yerləri bağlanıb, əhalinin kredit borcları artıb və s. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu qismində oğurluq faktları daha çox artır. Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.   “Həbs çıxış yolu deyil”   Kriminalist bildirir ki, oğurluq etmiş şəxslərin həbs edilməsi vəziyyətdən çıxış yolu deyil: “Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması məsələnin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib həbsə qayıdır. Bunun müsbət nəticəsi yoxdur. Ona görə də, iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyatı qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu hökumət səviyyəsində həll edilməlidir”Modern.az

14 Mart 2017 17:58

Böyük müharibə mütləq baş verəcək – Qarabağda

Cəbhədə atəşkəsin pozulması intensivliyi hər keçən gün artmaqdadır. Belə çıxır ki, bu mövqe döyüşüdür, iri ərazi dəyişiklikləri yoxdur. Bunu Şərq.az-a son günlər cəbhədə yaşanan gərginliyin daha da şiddətlənməsindən danışarkən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, illərlə cəbhə xəttində Ermənistan və Azərbaycan bir-birinə atəş açası deyil: "Böyük müharibə mütləq baş verəcək. Toqquşma qaçılmazdır. Təkcə kəşfiyyat məlumatları ilə deyil, hadisələrin ümumi ictimai müşahidəsi ilə bu qənaətə gəlmək mümkündür ki, real toqquşma baş verəcək. Dağlıq Qarabağın ümumi hissəsi 4,38 min kv.km olduğu halda, həmin 7 rayon ərazisi bundan 2 dəfə böyükdür. Ermənistan tərəfinin Qarabağətrafı rayonlara beynəlxalq arenada hər hansı tarixi, siyasi iddia etməyə əsası yoxdur. Nə desinlər? Cəbrayıl, Füzuli, Kəlbəcər adlarını necə erməniləşdirsinlər? Ancaq onu bufer zona, təhlükəsizlik qovşağı və s. kimi adlandırırlar. Mənə elə gəlir ki, Azərbaycan mühüm hissələrdən onlara zərbəni vuran kimi həmin təhlükəsizlik ərazisi daralacaq və bu Qarabağda konkret olaraq, Şuşada, Xankəndində öz nəticələrini verəcək”. Son olaraq Z.Oruc əlavə edib ki, regional güc mərkəzlərinin, beynəlxalq dövlətlərin müdaxilə etmədiyi şərait yarana bilər: "Bununla Şuşada, Xankəndində bir güllə atmadan, taktika və hərbi tədbirlər yerinə yetirilməklə Qarabağ savaşını uğurla başa vurmaq mümkün olar. Çünki ermənilərin canı və qüvvəsi konkret həmin ərazilərdədir. FAKTİNFO.AZ

10 Mart 2017 18:34

Bu akademik adlanan nadan məxluq… – Millət vəkili

Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Faktinfo.az xəbər verir ki,bu sözləri millət vəkili Fazil Mustafa akademik Çingiz QacarınPublika.az saytında dərc olunan müsahibəsində işlətdiyi fikirlərinə cavab olaraq qeyd edib. F.Mustafa bildirib: "Akademik Çingiz Qacar müsahibəsində deyir: "Ümumiyyətlə, mən "türk" sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə "tatar", rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub". Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Rusdilli ola bilər, ancaq təfəkkürün ifadəsinin rusdilli olmağa nə dəxli? Deyir ki, "mən türk sözünün əleyhinəyəm". Təsəvvür edin, mən deyirəm ki, "ABŞ sözünün əleyhinəyəm". Nə olsun? Mən əleyhinə olsam "ABŞ" sözü olmayacaq? Deyir, mənim üçün ən əziz dil Azərbaycan dilidir. Adamdan soruşarlar ki, bu dil sənə bu qədər əzizdirsə, işlətdyin 15 cümlədə nədən bu dilin anasını bu sayaq ağlatmısan? Sonra deyr ki, "gürcü bizə tatar, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib". Akademik titulu daşıyan bu şəxsin ard-arda düzdüyü bu iki cümlənin bir-biri ilə məna əlaqəsini tapana həqiqətən böyük mükafat düşür. Gürcünün bizə tatar, rusun da ayrı söz deməsinə görə türklərin bizə gətirdyi çox ziyan görəsən nədən ibarətdir? Yaxud da: "Misal üçün, türklərə görə Azərbaycan musiqisi yoxa çıxıb..." Allah-Allah, bu boyda fars gəlib işğal edb, rus gəlib işğal edib, amma Azərbaycan musiqisi əsrlərdir yaşayıb, özü də təpədən-dırnağa, özbəöz türk musiqisinin özüdür, əcaba. hansı türk musiqisidir ki, bizim "Qarabağ şikəstəsini" və ya 2Qaytağını" məhv edib?" Millət vəkili ermənilərə uduzmağımızın səbəbi sırasında bu kimi düşüncəni əsas göstərib: "İndi təsəvvür edin ki, Azərbaycanı təmsil edən bu akademik bir erməni akademiki ilə üz-üzə gəlir, debat aparır, müzakirələrə qoşulur. Ermənilərə uduzduğumuz nöqtəni dağda, təpədə, çöllüklərdə axtarmayın, akademik səviyyənin fərqində axtarın, təfəkkürdə, zəkada axtarın! "Keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub!" Bunu söyləyən bir erməni akademik deyil, türkün qurduğu dövlətin titullarını daşıyan və türkə nifrət bəsləyən bir Azərbaycan akademiki olan Çingiz Qacar deyir. Və bu "keçmiş tarix" deyəndə həm də 1918-ci ili nəzərdə tutur. Məhz həmin ildə Azərbaycanı erməni-rus-ingilis işğalından qurtarmış, minlərlə qətlə yetirilmiş, təcavüzə uğramış soydaşımızın qisasın almış türk əsgərini düşmən kimi görür. Və bir gerçəyi unudur ki, o nifrətlə andığın türklər Azərbaycanı ermənlərdən təmizləməsəydi, ən azı siz düşüncədə olanların bu ölkənin akademiki adını daşımaq şansı olmayacaqdı... Adamın müsahibəsində açıqca milli hisslərimizi təhqir etməsini hələ bir tərəfə buraxıram, ən çox üzüldüyüm isə bir Azərbaycan akademikinin bəsit, səviyyəsiz, nadan mühakimə tərzi oldu".

10 Mart 2017 11:19

Mövlud Çavuşoğludan sərt xəbərdarlıq:”Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq”

Rəsmi Ankara Menbiç şəhərinin PKK-ın Suriya qolu olan YPG/PYD-dən təmizləməkdə qərarlıdır. Türkiyə mətbuatı  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amıqlama verib. O, Türkiyənin hədəfinin Əl Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb:"Menbiçə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq.  Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik". Çavuşoğlu Rakka əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: "Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur". Xatırladaq ki, YPG/PYD Menbiçə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar. Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün "qırmızı xətt" olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin buna rəğmən, YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbr kasası artıq daşmaq üzrədir…

9 Mart 2017 15:34

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb –SİYAHI

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb. Orta ixtisas təhsili müəssisələr tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təshil) səviyyəsinə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyən edilib./Faktinfo.az/

6 Mart 2017 20:10

Ermənilər öz əsgərlərinə müraciət etdi: “Qarabağdan qaçın!” (VİDEO)

CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyan fikirləri yer alıb. Videoda erməni xalqına və əsgərlərinə müraciət edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar. Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni etdiyi bildirir. "Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə orda Köçəryanın, Sarkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün əllərində bir vasitəsir. Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm ki, siz də istəməyəsiniz. Hüquq mühafizəçisi Vaan Martirosyan: "Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan heç bir insan Qarabağda xidmət etmir. Erməni gəcləri və onların valideynləri ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas günahkarı Sarkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə varmadan həlak olurlar.” –deyə bildirib. Ermənistan vətəndaşı Sergey Culakyan: "Yad torpaqlarda qan tökmək nəyə lazımdır. Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm. Silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin.” (Faktinfo.az) (daha&helliip;)

4 Mart 2017 15:30

Palmira yenidən terrorçulardan azad edilib

Faktinfo.az xəbər verir ki, Bəşər Əsəd rejiminə tabe ordu birlikləri antik şəhər olan Palmiranı növbəti dəfə terror təşkilatı IŞİD-dən geri alıblar. Rəsmi xəbər agentliyi Sananın görüntülərini paylaşdığı əməliyyata Rusiya da hava hücumu vastəsilə  dəstək verib. Rus döyüş təyyarələrinin və helikopterlerinin aktiv rol oynadığı əməliyyat nəticəsində İŞİD terrorçularının qaçdığı bildirilir. Xatırladaq ki, Palmira son bir il ərzində iki dəfə ələ keçirilib. İŞİD ilk olaraq 20 May 2015-ci ildə qarşıdurmaların ardınca Palmira şəhərini ələ keçirmişdi. Təxminən bir il sonra, 2016-cı ilin mart ayında rejim qüvvələri şəhəri geri almışdı. Ancaq 2016-cı ilin dekabrında Suriya hərbi  birliklər  Hələb şəhərinə yönləndirildiyindən   İŞİD terror təşkilatı  11 dekabrda Palmiranı yenidən ələ keçirmişdi. Qeyd edək ki, Palmira 2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl ölkənin ən məşhur turizm mərkəzlərindən biri olub. YUNESKO-nun Dünya İrs Siyahısında yer alan bu şəhər hər il on milyon turist qəbul edib. Daha əvvəl "bütpərəstlik" rəmzi olaraq gördükləri Bel məbədi və Zəfər Tağını partladan terror təşkilatı İŞİD, son işğal zamanı teatr və məşhur Tetrapylon abidəsini də məhv etmişdi. Palmiranınn tarixi e.ə. 19. əsrə qədər gedib çıxır. Yunan və Roma mənbələrində isə 1. əsrdən etibarən qeydlərdə iştirak edir.

3 Mart 2017 19:34