MTN generalları Eldar Mahmudovu ələ verir: “Qanunsuz göstərişləri o verirdi…”

30 Dekabr 2016 12:33

Xəbər 21 dəfə oxunub

Xəbər verildiyi kimi MTN-də fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın-poqonlu əcinnələrin daha bir qrupunun işi baxılmaq üçün məhkəməyə göndərilib. Bunlar nazirliyin keçmiş baş idarə və idarə rəisləri generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, habelə nazirliyin digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovdur.

Həmin poqonlu əcinnələrə qarşı irəli sürülmüş ittiham aktından məlum olur ki, mütəşəkkil qruplaşmanın bu üzvlərinin törətdikləri cinayət əməlləri öz ağırlığına görə indiyədək MTN-nin ən məşhur personası olan general Akif Çovdarovun əməlləri ilə müqayisədə heç də yüngül deyil, hətta sayca daha çoxdur.

Cinayət işinin materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və digərləri onlarla iş adamının telefonlarını şantaj, hədə-qorxu məqsədi ilə qanunsuz dinləntdiriblər. Habelə qrupun üzvləri sahibkarları, o cümlədən qızıl-zinət alverçilərini təhdid edərək onlardan milyonlarla manat talayıblar. İsttintaqa verdikləri ifadələrdə onlar bu əməllərin çoxunu təbii ki, inkar ediblər, ancaq telefonların qanunsuz dinlənilməsi faktlarını təsdiq ediblər və bütün hallarda bu əməlləri nazir Eldar Mahmudovun tapşırığı, yaxud şifahi razılığı ilə həyata keçirdiklərini deyiblər.

Məsələn, MTN-nin Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev ifadəsində deyib ki, mərkəzin əsas vəzifəsi telefon danışıqlarının dinlənilməsi və statistik məlumatların toplanması olub. Və bütün hallarda telefonların dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudovdan alıblar. T.Quliyevin bildirdiyinə görə, Eldar Mahmudovun göstərişləri yazılı və ya şifahi formada olurdu.

Telefonları dinlənilənlərdən biri də xəbər verildiyi kimi, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur. T.Quliyev deyib ki, Tağı Əhmədovun telefonlarının dinlənilməsi barədə təşəbbüsü Akif Çovdarovun idarəsinin əməkdaşı Tural Rzayev qaldırmışdı. Çovdarov isə Eldar Mahmudovdan bu barədə razılıq alıb, nazir T.Əhmədovun telefonlarının dinlənilməsi üçün Mərkəzə göstəriş verib. Telefon danışıqlarının dinlənilməsi nəticəsində əldə olunan məlumatlar Çovdarovun idarəsinə göndərilib.

MTN-nin Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, general-mayor Natəvan Mürvətova da qanunsuz dinləmələrin nazir Eldar Mahmudovun göstərişləri əsasında həyata keçirildiyini bildirib. N.Mürvətova təsdiq edib ki, telefonların dinlənilməsinə dair göstərişlər əksər hallarda məhkəmə qərarları ilə müşaiyət olunmurdu. Belə hallarda general Mürvətova özünün dediyi kimi dinləmə barədə tələbin göndərildiyi idarələrin rəisləri ilə əlaqə saxlayıb məhkəmə qərarı istəyirmiş. Lakin ona deyiblər ki, qərar daha sonra olacaq, ancaq sonda heç bir məhkəmə qərarı verilməyib.

N.Mürvətova deyir ki, dinləmələrə dair göstərişlərdə nazirin imzası olduğuna görə onları icra etməməkdən qorxurdu.

N. Mirvətova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da təsdiq edib.(APA və Report-un materialları əsasında)

Zeynəb Xanlarovadan müharibə çağırışı

Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Özümüz deyib, özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problemi həll edən yoxdur. Elə müharibə edib torpağımızı geri alaq. Öz torpağımızı alırıq da. Bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib. Z.Xanlarova qeyd edib ki, son 25 ildə kifayət qədər qədər şəhidlər vermişik: “Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözləri deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

24 Fevral 2017 14:47

Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub (FOTO)

Pakistanın “Election Times” qəzetində və elektron portalında “Xocalı soyqırımı və Dağlıq-Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə dərc olunub. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Xocalı soyqırımının XX əsrin ən qanlı və mənfur hadisələrindən biri olduğu qeyd olunur və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır. Müəllif həmçinin, cari il fevralın 20-də işğal olunmuş ərazilərdə keçirilmiş qeyri-qanuni referendumun Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pisləndiyini bildirir, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazinin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğunu, bu ölkənin münaqişənin həllində maraqlı olmadığını və status-kvonu möhkəmləndirməyə çalışdığını vurğulayır. Eyni zamanda, BMT-nin qurumları tərəfindən Ermənistanın təcavüzünü pisləyən və işğalçı qoşunların Azərbaycan ərazilərini tərk etməsini tələb edən müvafiq qətnamələrin qəbul olunduğunu xatırladır. Məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndi zayarət etdikləri qeyd olunur. Müəllif münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir. O, ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın münaqişənin həllinə öz töhfəsini verə biləcəyini və bunun üçün Rusiya prezidenti ilə sıx işləməli olduğunu diqqətə çatdırır. Sonda, Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır. (daha&helliip;)

21 Fevral 2017 22:23

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24