Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında əksini tapıb

nazirler-kabineti

7 Yanvar 2017 01:11

Xəbər 11 dəfə oxunub

Azərbaycanda iri dövlət şirkətlərinin hər növbəti ilin gəlirlər və xərclər smetalarını hazırlaması, həmin smetaların icrası üzrə monitorinq aparılması ilə əlaqədar yeni dövlət nəzarəti mexanizmi yaradılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında əksini tapıb.

 

Bu qərar iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə qəbul edilib. Qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Komissiyanın üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı təyin edilib.

 

Qərarda qeyd edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilsin. İri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək Komissiyanın Katibliyinə təqdim etməlidir. Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirməli və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarılmalıdır.  İri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzəlişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissiyanın Katibliyinə təqdim etməlidir.  Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq etməlidir. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim etməlidir.  Komissiya altı ay müddətində təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini,qiymətləndirilməsini və monitorinqini aparmalı, bu barədə arayış hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Gəlirlər və xərclər smetaları təsdiq edildikdən sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Komissiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

 

Yeni qərarın qəbulu ilə əlaqədar “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilib.

 

Xatırladaq ki, 2005-ci ildən indiyə qədər “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” qərara əsasən iri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin ilkin variantını hər il iyulun 1-dək  Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyaya təqdim ediblər. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlir və xərclər smetalarını və müvafiq investisiya proqramlarını razılaşdırmaq üçün hər il dekabrın 1-dək aidiyyəti sahə nazirliyinə, habelə Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim ediblər. İri dövlət vergi ödəyiciləri öz gəlirlər və xərclər smetalarını aidiyyəti sahə nazirliyi, habelə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla hər il fevralın 25-dək təsdiq ediblər. Hər il gəlirlər və xərclər smetaları müəyyən olunmuş müddətdə təsdiq edilməyəcəyi təqdirdə, həmin vaxtdan (fevralın 25-dən) təsdiq olunan dövrə qədər iri dövlət vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlər, əməkhaqqı fondundan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, bank kreditləri, vergi və digər icbari ödənişlər istisna olmaqla, digər xərclər əvvəlki ilin müvafiq dövrü ərzində faktiki istifadə olunmuş xərclərin 50 faizindən çox ödənişlərə yol verməyib. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 45 günədək Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və aidiyyəti üzrə Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim ediblər. Təsdiq olunmuş smetaların icrası barədə rüblük hesabatlarda iri dövlət vergi ödəyicisinin daxilolmaları həmin dövr üçün təsdiq edilmiş proqnoz göstəricilərindən 20 faiz (və ya ondan yuxarı) az və ya çox olduqda, bu barədə hesabatla birlikdə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, aidiyyəti üzrə Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə əsaslandırılmış məlumatlar təqdim edilib. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, aidiyyəti üzrə Energetika NazirliyiNəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə ildə 1 dəfə martın 15-dək Nazirlər Kabinetinə birgə məlumat təqdim ediblər.

Faktinfo.az

Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – MÜSAHİBƏ + VİDEO

elxan

Faktinfo.az xəbər verir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi haqqında sualları “SOCAR Capital” şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavablandırıb. - Elxan müəllim, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə, hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək?  - Bildiyiniz kimi, SOCAR istiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 milyon 250 min dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək banklardan çəkə biləcəklər. - Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki?  - Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər. - Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə hər hansı vergi tutula bilərmi? - Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün hər hansı bir vergi ödəməyəcəklər. - SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər? - İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alqı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub. Son 3 ayda istiqrazlara, xüsusən, fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanır və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər. - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq? - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaq.  

13 Yanvar 2017 10:31

Banklar dollar satmırsa, demək dollar yoxdur

457781484035280

Hazırda Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. “Qara bazar”ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək,  “qara bazar”da dollar satışı həyata keçirənləri saxlayırlar. Kommersiya bankları dollar satmır, “qara bazar” məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər? Ümumiyyətlə, proses nə vaxtadək davam edəcək? Modern.az-ın bu qəbildən olan sualına Azərbaycanın maliyyə sisteminə cavabdeh olan iki qurum “səlahiyyətimiz xaricindədir” deməklə yaxa qurtarıb...   “Dollar alıb-satmaq Mərkəzi Bankın səlahiyyəti xaricindədir”   Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-a açıqlamasında deyib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil: “Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.   “Banklar dollar satmırsa, demək dollar yoxdur”   Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov Modern.az-a deyib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir: “Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”. R.Abbasov “çox qəribədir maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir” fikirlərini belə şərh edib: “Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirimirik. Ümumiyyətlə valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

10 Yanvar 2017 12:13