"5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

"5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur.

Bu günün qeyd olunma­sında məqsəd əlillərin və sağlamlıq im­kanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiya­sını gücləndirməkdir.

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

1998-ci il iyunun 18-də “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorun­masına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hü­quqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.

2006-cı il de­kabrın 28-də “Azərbaycan Respubli­kasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də “Azərbaycan Res­publikasında insan hüquq və azadlıq­larının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub, əlilliyi olan şəxslər üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edən yeni norma­tiv aktlar qəbul edilib.

31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Milli Kitabxanada bu günlə əlaqədar  “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az


"5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub"5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub"5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər