Hündürmərtəbəli binaların yüksək mərtəbəsində yaşamaq məqsədə uygun sayılmır-Səbəb
Aparılan elmi araşdırmalardan aydın olub ki, hündür mərtəbəli ümumi yaşayış binalarında yaşamaq insan orqanizmi üçün ciddi xəstəliklərə yol aça bilir.
Faktinfo.az xəbər verir ki, alman alimlərinin gəldiyi qənaətə görə, hündür mərtəbəli binaların 6-cı mərtəbəsindən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır. Bu vəziyyət isə ürək, damar, sinir və digər xəstəlikləri olanlara yaxşı təsir göstərmir, immun sisteminə ciddi şəkildə mənfi təsir göstərir,müəyyən xəstəliklərə tutulma ehtimalını artırır.
İnsan orqanizmi üçün vacib olan yerin maqnit sahəsinin zəif olmasına əlavə olaraq, atmosfer təzyiqinin yüksək olması, nisbi rütubətin miqdarının normanı keçməsi, geomaqnit qasırğası kimi amillərlə üst-üstə düşdüyü günlərdə arterial təzyiqli xəstələrdə daha ağırlaşdırıcı vəziyyət yaradır, insanın halı xeyli pisləşir,sinir sistemi gərgin olur.
Qeyd edək ki,almanlar hündür mərtəbəli evlərdə yaşamağa üstünlük vermirlər,təzyiqlər fərqini nəzərə alıb çalışan qədər hündür mərtəbəli evlərdən ev almağa maraq göstərmirlər.Qardaş türkiyə dövlətində isə qanun qəbul olunub ki, yeni tikililər altı mərtəbədən yüksək olmamalıdır.
Lətafət Orucqızı
Faktinfo.az
Bu xəbər üçün şərh yazın