Düyü alarkən ehtiyatlı olun!

Düyü alarkən ehtiyatlı olun! 

Tibb işçiləri isə bunun çox dəhşətli nəticələr doğuracağını iddia edirlər.

Çin dünyada ucuz plastik əşyalardan tutmuş, müasir texnikaya qədər hər şeyi istehsal edə bilən ölkədir. Bu ölkənin ucuz mallar hazırlaması onun beynəlxalq aləmdə hörmətdən salır.Azərbaycan daxil olmaqla, bir çox ölkələrdə insanlar üzərində “made in China” yazılan mallardan qaçır. Çünki, onların ucuz qiymətə istehsal etdiyi məhsullar birbaşa insan sağlamlığına təhlükədir. Buna rəğmən sözügedən ölkə öz əməlindən əl çəkmir, əksinə, prosesi davam etdirir. Hətta, son illərdə məlum olub ki, Çində plastik düyülər də istehsal olunur. Ucuz məhsul əldə etmək istəyən istehsalçılar, düyünü əkməyə ehtiyac görmür, onu sexlərdə fabrik üsulu ilə əldə edirlər. 

Xarici mütəxəssislərin söylədiyinə görə, plastik düyülər tam sintetik olmur. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunur. Bununla belə, yeni məhsulu istifadə edən aşbazlar bildirirlər ki, bu cür düyüdən hazırlanan bir boşqab sıyığı yemək, polietilen paketi udmağa bərabərdir. Tibb işçiləri də bunun çox dəhşətli nəticələr doğuracağını iddia edirlər. Ona görə də, plastik Çin düyüsünün Azərbaycanın ərzaq bazarına ayaq açması ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olsa da, bəzən istehlakçılar yerli və ya digər ölkənin etiketi altında satılan bu saxta düyüləri alaraq aldanırlar. Tibb işçiləri isə bunun çox dəhşətli nəticələr doğuracağını iddia edirlər.

Faktinfo.az saytına daxil olan məlumatlarda bildirilir ki, dünya bazarlarında dolların bahalaşması biznes adamları üçün ölkəmizə təbii düyülərin gətirilib satılmasında çətinliklər yaradır. Daha doğrusu, təbii düyülər indiki qiymət artımı ilə əhaliyə baha başa gəldiyindən istehlakçıların 80%-i təbii düyüləri ala bilmir. Bu səbəbdən sintetik ucuz Çin düyülərinin ölkəmizə gətirilməsi mümkünləşir. Bundan məlumatsız əhali isə belə saxta düyüləri istifadə edərkən ağlına gəlmir ki, bir neçə il sonra müəyyən xəstəliklərlə qarşılaşa bilərlər. 

Tövsiyyə edirik ki, əhali digər ərzaq məhsulları kimi düyünü də alarkən bu məhsulun hansı ölkəyə aid olduğuna fikir versinlər.

Rizvan Əhmədli

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər