Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar -Deputat "Azərittifaq"ASC-nin balansında olan əmlakın aqibətindən niyə danışmır?

Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar -Deputat "Azərittifaq"ASC-nin balansında olan əmlakın aqibətindən niyə danışmır? 

Bəzi millət vəkilləri gündəmdə qalmaq naminə yeri gəldi-gəlmədi danışır, səsləndirdiyi fikirlərin hansı reaksiya yaradacağının fərqinə vara bilmir.Belə deputatlardan biri də Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdir. Onun dekabırın ilk günü KİV-ə açıqlaması da birmənalı qarşılanmayıb.

Deputat deyib ki,qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv edilməlidir. Aparılan monitorinqlər davamlı olmalıdır. Sitat: "Bu gün Azərbaycanda 30 min hektar əkinə yararlı torpaq çatışmazlığı var. Kənd təsərrüfatı çox sürətlə inkişaf edir. Biz kənd təsərrüfatı dedikdə ilk növbədə torpağı nəzərdə tuturuq. Əkin-biçin, mal-qaranın yemlənməsi torpaq hesabına həyata keçirilir. Elə torpaqlar var ki, əkinə yararlı olsa da, təəssüf ki, çəpərlənib, villalar ucaldılıb”.

E.Quliyev əkinə yararlı torpaqlarda ucaldılan villalara görə İcra hakimiyyətlərini ittiham edib:
“Bu gün söhbət villanın, evin sökülməsindən getmir. Söhbət min hektarlarla torpaqdan gedir. Villa o hektarların bir küncündə qalır. 400-500 kvadratmetrlik sahədə ev tikibsənsə, heç olmasa həyətində ək-biç. Mən yerli İcra hakimiyyətlərini günahlandırıram. Əkinə yararlı torpaqları hissə-hissə satıb qurtarıblar.
 O,hətta, dövlət orqanlarına, nazirliklərə, İcra hakimiyyətlərinə bir daha səslənərək bu məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb". 

Hesab edirik ki,millət vəkilinin dedikləri dəyərli fikirlərdir və bu barədə düşünmək vacibdir.Ancaq həmin iradların məhz Eldar Quliyev tərəfindən təkrar-təkrar səsləndirilməsi heç yerinə düşmür.Çünki,uzun illərdən bəri "Azərittifaq"ASC-nin sədri olan deputat sözügedən məsələlərdə heç də icra başçılarından geri qalmayıb.

Faktinfo.az-a verilən məlumata görə,vaxtilə "Azərittifaq"ASC-nin balansında olan  ərazilərin,kooperativ mağazaların ,maşın və mexanizmlərin  özəlləşdirilməsi zamanı  payçıların hüquqları kobud şəkilində pozuldu.Halbuki,payçılar əsaslandırırdılar ki,ASC-ni özəlləşdirmədən qurumu idarə etmək,iş yerlərini saxlamaq olardı.Ancaq "Azərittifaq"ASC özəlləşdirilmədi,özününküləşdirildi.Bu böyük narazılığa səbəb olsa da,E.Quliyev payçıların vəziyyətini nəzərə almadı."Azərittifaq" onun istədiyi kimi talan edildi.

Sayta verilən məlumatı tam şəkildə təqdim etməsək də,təkcə onu deyə bilərik ki, E.Quliyev "Azərittifaq"ın payçılarının narazılıqlarından,məhkəmə çəkişmələrindən qalib çıxa bildi.Baxmayaraq ki,hüquqları pozulmuş payçılar ölkənin dörd bir tərəfinə şikayət etmişdilər.Payçılara məxsus əmlakın süni şəkildə qalıq qiymətinə qədər endirilməsinə,pay-püş edilib satılmasına görə E.Quliyevin məsuliyyətə cəlb edilməsini istəmişdilər.Amma,E. Quliyev hansısa səbəbdən bu prosesdən də qalib çıxdı.O,"Azərittifaq"ASC-də payçılara məxsus əmlakların əsas hissəsinə aid vəsaiti  qalıq dəyərindən hesablanılmaqla apardı. Nəticədə 5-10 il müddətinə qalıq dəyəri qalmayan binaları baza qiymətləri ilə götürdü.Bununla da bazar qiymətləndirilməsi adı altında "şapka"müqabilində əmlakları ucuz qiymətləndirməklə satdı.Beləcə payçılar küçələrdə "əsir-yesir" qaldılar,iş yerlərini itirdilər.Azərbaycan Koorperasiya Universitetinin bu günkü vəziyyətindən isə danışmağa dəyməz.

Bu kimi "proses"lərdə iştirak edən deputatın indi torpaqların zəbt edilməsindən  danışması yersizdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi