Ət yendiən bahalaşdı- Ərəb ölkələrinə satılır

Ət yendiən bahalaşdı- Ərəb ölkələrinə satılır 

Təxminən 2 ay əvvəl 1 manat – 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb.

Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti  hazırda 12 manat 50 qəpiyə  təklif edilir.

Ekspertlər isə ətin bahalaşmasını  ərəb ölkələrinə satılması ilə izah edirlər. 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açıqlama verib. Nazirlik rəsmisi deyib ki, təkcə ərəblər yox, ölkəmizə gələn bütün qonaqlar Azərbaycan ətinin dadını bəyənir: “Amma qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir və rentabellik baxımından da əlverişlidir. Hazırda ola bilsin ki, qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.
Qoyun ətinin bahalaşmasına gəlincə, nazirlik rəsmisi deyib ki, payızdan bəri qoyun ətinin qiyməti eyni tempdədir:
“Hazırda körpə quzu əti satışa çıxarılıb. Onların əti də həmişə digər yaşlı qoyunların ətindən 1-1,5 manat fərqli olur. Hesab edin ki, fevral ayında doğulmuş quzu artıq kəsilmək üçün istifadə olunur. Onun da qiyməti normal olaraq bahadır. Bu hər zaman belə olub”. 

Faktinfo.az
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi