İddia - Nazir 91-lərə minnətdar olmalıdır

İddia - Nazir 91-lərə minnətdar olmalıdır 

Mikayıl Cabbarov təhsil naziri ola bilir, mən Heydər Hüseynov kollec direktoru işləyə bilmirəm?!

Faktinfo.az saytının elektron poçtuna məşhur 91-lərdən olan Heydər Hüseynov tərəfindən məktub göndərilib. Sayta göndərilən məktubdan çıxarış edərək oxucuların diqqətinə çatdırırıq ki, Heydər Hüseynov Dövlət Balıq Sənayesi Kollecinin direktoru vəzifəsindən çıxarılmasını qəbul etmir, bunun qanunsuz olduğunu təhsil naziri Mikayıl Cabbarovun diqqətinə çatdırır. Həmçinin, ölkə prezidenti İlham Əliyevdən işinə bərpa olunması üçün kömək istəyir, ona teleqramlar vurduğunu, məktublar ünvanladığını ölkə ictimaiyyətinin də bilməsini istəyir, hətta qabağa gedərək deyir: “Təhsil naziri Mikayıl Cabbarov oturduğu kresloya görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bərabər 91-lərə, o cümlədən, ona minnətdar olmalıdır. Mikayıl Cabbarov təhsil naziri ola bilir, mən Heydər Hüseynov kollec direktoru işləyə bilmirəm?! Məgər, mənim müstəqil Azərbaycan Respublikası qarşısında Mikayıl Cabbarovdan az xidmətlərim olub?!”

Qeyd edək  ki, Heydər Hüseynov 15 İyun 2015-ci ildə işdən çıxarılıb. Həmin tarix onun ad gününə, həm də 15 İyun Qurtuluş gününə təsadüf edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi