Milli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

Bu gün Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.

1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən, təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.

Azərbaycan xalqının dövlətçilik tarixində, ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşübdür.

1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.

Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

 Ulu Öndərin doğum günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev” adlı virtual “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Faktinfo.az

 



Milli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi