Qazax, Ağstafa, Tovuz rayonlarında araqdan zəhərlənmələr artıb
Qazax, Ağstafa, Tovuz rayonlarında içilən araqlardan sonra əksər vətəndaşlarda allergiya halları müşahidə edilir, bəzi hallarda zəhərlənmələrdən xəstəxanalara müraciət edənlər də olur.
Bu barədə Faktinfo.az saytına Tovuz rayonundan məlumat verilib. Sayta verilən məlumata görə, əvvəllər də araqdan zəhərlənmələr olub. Amma hazırda bu vəziyyət həyəcan təbili çalınmaq səviyyəsinə çatıb. Hər üç rayonda digər rayonlarla müqayisədə daha çox araq içilir. Elə buna görə bu sahəyə gəlir mənbəyi kimi maraq göstərənlər kifayət qədərdir.
O səbəbdəndir ki, kənardan hər üç rayona satış məqsədilə daxil olan spirtli içki məhsullarından əlavə, Qazax, Ağstafa, Tovuz rayonlarında ay ərzində 30 min şüşədən artıq mənşəyi bəlli olmayan sipirtdən saxta araq da istehsal olunur,müxtəlif təyinatlı vergi ödəmələrindən yayınılır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın