Rusiyadakı rəy sorğusunda Stalin birinci yerə çıxıb : Ruslar “xalqlar atası”ına hələ də inanırlar

Rusiyadakı rəy sorğusunda Stalin birinci yerə çıxıb : Ruslar “xalqlar atası”ına hələ də inanırlar 

Rusiyada keçirilən rəy sorğusunun nəticələrinə görə, ruslar İosif Stalini dünya tarixinin ən görkəmli şəxsiyyəti sayırlar.

Faktinfo.az Strateq.az-a istinadən  bildirir ki, “Levada-Sentr”  Mərkəzinin bu mövzuda keçirdiyi sorğuda ikinci yeri Vladimir Putin, üçüncü yeri Aleksandr Puşkin tutub.

Sosioloqlar rusların görkəmli şəxsiyyət hesab etdikləri "beşliyin" siyahısını tərtib ediblər; İosif Stalin (38 faiz), Putin və Puşkin (34 faiz), Lenin (32 faiz) və 1-ci Pyotr (29 faiz)   

“Onluğa” isə həmçinin Yuri Qaqarin (20 faiz), Tolstoy (12 faiz), Georgi Jukov (12 faiz), 2-ci Yekatrina və Mixail Lermontov (11 faiz) daxil edilib.

Rəyi soruşulanların hamısı bu adları özləri göstəriblər. 7-10 aprel tarixlərində keçirilmiş sorğuda Rusiyanın 48 regionlarındakı 137 yaşayış məntəqəsinin 18 yaş və ondan yuxarı 1600 nəfər sakini iştirak edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi