Siqaret satışı, yoxsa narkotik maddə alveri?..

Siqaret satışı, yoxsa narkotik maddə alveri?.. 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna edilən əlavələrdən sonra ictimai yerlərdə siqaret çəkmək məhdudlaşdırılacaq. Təqdirə layiq bu qanunun qəbulu ilə bərabər, küçələrdə,digər açıq yerlərdə də siqaret satışı məhdudlaşdırılmalıdır. Çünki, küçə və yollarda siqaret satılmasına mağaza və marketlər olduğu təqdirdə nə ehtiyac var.

Ümumiyyətlə, Bakı və rayonlarda səyyari siqaret satışı qadağan edilməlidir.Çünki küçədə siqaret satanların narkotik maddələr satma ehtimalı da böyükdür. Bakı şəhərində elə küçələr var ki,bir saat müddətində o küçələrdən  beş-üç insan keçə, ya keçməyə.Belə yerlərdə də pərakəndə siqaret satılması hansı məntiqə əsaslanır. Demək, bu işi həyata keçirənlərin narkotik  maddə satma ehtimalı daha çoxdur. Digər tərəfdən küçədə toz- torpağa bulaşmış siqareti alıb onu istifadə etmək  də düzgün deyil.

Firidun Oruc

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər