Tələbədən rektora irad: “Bilik tələb etməyin... dörd il əvvəl gələydiniz”

Tələbədən rektora irad: “Bilik tələb etməyin... dörd il əvvəl gələydiniz” 

Ötən həftə Bakı Slavyan Universitetində (BSU) maraqlı situasiya yaşanıb.Belə ki, bir qrup 4-cü kurs tələbəsi rektor Nurlana Əliyevadan onlara təkrar imtahan vermələri üçün icazə verilməsini xahiş ediblər.Rektor isə tələbələrə bu şəraiti yaratmaq istəməyib,onlara vaxtında oxuyub imtahan suallarına cavab vermələri olduqlarını bildirilib.

Faktinfo.az xəbər verir ki, rektora cavab olaraq BMF(Regionşünaslıq) fakultəsinin tələbəsi Məmmədqulu Şərifov “artıq gecdir,bizi əvvəldən bu günə salıblar”, deyə vurğulayıb. Yunan dili üzrə tərcümə fakultəsinin 4-cü kurs 402-ci qrup tələbəsi Vaqif  Qədirovun  isə cavabı xüsusi maraq doğurub. O, rektor xanıma açıqca irad bildirərək belə deyib:”Bizdən bilik tələb etməyin,çünki əvvəl belə olmayıb,”vermişik”,qiymət almışıq. Bu qədər bilikli olmağımızı istəyirdinizsə, bura 4 il əvvəl gələydiniz.”

Bundan sonra onlara və digər tələbələrə təkrar imtahan vermələri üçün icazə verilib.

Rizvan Əhmədli

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi