Obama vida nitqində ağladı – video+foto

11 Yanvar 2017 11:05

Xəbər 30 dəfə oxunub

Barak Obama dünən Çikaqoda ABŞ prezidenti kimi son çıxışını edib.

Faktinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, vida nitqində postunu optimist ruhda tərk etdiyini  bildirib. Obama Donald Trampı nəzərdə tutaraq “Gələcək yaxşı əllərdədir” deyib.

O, qeyd edib ki, ABŞ dünyada ən güclü dövlətdir, onun əsas düşmənləri esktremistlər və avtoritar rejimlərdir.

B.Obama daha sonra tribunadan xanımı Mişel Obamaya səslənib:

“Son 25 ildə sən təkcə mənim həyat yoldaşım və uşaqlarımın anası deyildin. Həm də mənim ən yaxın dostum idin. Səninlə fəxr edirəm. Bütün ölkə səninlə fəxr edir”.

Bu sözlərdən sonra siyasətçi kövrəlib və göz yaşlarını tuta bilməyib.