Obamadan Trampa ilk xəbərdarlıq…

9 Yanvar 2017 11:18

Xəbər 41 dəfə oxunub

ABŞ prezidenti Barak Obama deyib ki, o, öz xələfi Donald Trampa Ağ Evi “öz ailə biznesi” kimi idarə etməyə cəhd göstərməməyi tövsiyə edib.

Faktinfo.az Azadlıq radiosuna istinadən bildirir ki, “ABC News”a müsahibəsində Obama deyib ki, cənab Tramp ABŞ-ın təsisatlarına “hörmət” göstərməlidir: “Elə ki, andiçmə mərasimindən keçdin, sən artıq Yer kürəsində ən böyük təşkilatın başçısı olacaqsan” – deyə Barak Obama bildirib.

O xəbərdarlıq edib ki, idarəetmə ilə kampaniya aparmaq arasında fərq var. Cənab Obama əlavə edib ki, Trampın bir sözü ilə dünya paytaxtları, maliyyə bazarları və insanlar təsirlənə bilər.

Prezident həmçinin Rusyanın ABŞ seçkisini təsirləndirmək məqsədilə həyata keçirdiyi iddia edilən haker hücumlarından da söz açıb və etiraf edib ki, bu təhlükəni lazımınca qiymətləndirməyib. Obama bunu da deyib ki, cənab Trampla söhbətində onu ölkənin kəşfiyyat xidmətlərinə etimad göstərməyə çağırıb.

Donald Tramp aylarla Rusiyanın kibermüdaxiləsi barədə məlumatları rədd etsə də, ötən həftə kəşfiyyat agentliklərinin “böyük pərəstişkarı” olduğunu dilə gətirib, lakin əlavə edib ki, haker hücumunu dəf edə bilməməkdə Demokratik Partiyanın özü təqsirkardır.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24