“Onu “Çelsi”dən buraxmaram” – Antonio Konte

Britain Football Soccer - Chelsea v West Ham United - Premier League - Stamford Bridge - 15/8/16
Chelsea manager Antonio Conte celebrates with Diego Costa at the end of the match
Reuters / Eddie Keogh
Livepic
EDITORIAL USE ONLY. No use with unauthorized audio, video, data, fixture lists, club/league logos or "live" services. Online in-match use limited to 45 images, no video emulation. No use in betting, games or single club/league/player publications.  Please contact your account representative for further details.

7 Yanvar 2017 16:14

Xəbər 10 dəfə oxunub

“Çelsi”nin hücumçusu Dieqo Kostanın Çindən təklif alması komandanın baş məşqçisi Antonio Konteni narahat edib. Faktinfo.az saytı xarici mətbuata istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Kostanı buraxmayacağını bildirib.

 

Oskar və Con Obi Mikelin Çin klublarına transferinə toxunan Konte eyni yolu Kostanın da tutmağına qarşıdı: “Ümid edirəm ki, Mikel və Oskardan sonra bu qış “Çelsi”dən ayrılan futbolçu olmayacaq. Əks halda, bizə mənfi təsir edə bilər. “Çelsi” çempionluq uğrunda mübarizə aparır. Buna görə də, mənə çoxlu futbolçu lazımdı. Dieqo Kostanı “Çelsi”dən buraxmaram”.

 

Qeyd edək ki, Konte ötən ilin yayından “Çelsi”nin “sükanı” arxasındadı.