Özcan Dəniz Azərbaycandan üzr istədi: “Sizləri sevirəm”

7 Yanvar 2017 18:57

Xəbər 34 dəfə oxunub

Dünən Azərbaycan mediasında Özcan Dənizin erməni dilində mahnı oxuduğu bir video paylaşılaraq tənqid edilmişdi.

Faktinfo.az məlumatına görə, müğənni bu gün həmin görüntülərlə bağlı açıqlama yayıb:

“Sevgili Azərbaycanlı qardaşlarım, təxminən 10 il əvvəl “Mədəniyyət körpüləri” adlı bir konsert silsiləmiz var idi. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnı oxuduq. Bu video layihənin tanıtımı üçün 8 il əvvəl iştirak etdiyim bir proqramdandır. Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan “Kafa Dengi” proqramına da təminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Mən artıq səhnəyə çıxmıram… Sənətin dili, dini, irqi olmaz. Sizə orada hansı media orqanı necə təqdim edir, bilmirəm, amma təhrif etdikləri dəqiqdir. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu qəsdən edilən davranış məni ən az sizin qədər kədərləndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm.

Allah bilir ki, çəkdiyim seriallarda Azərbaycan xalqını alçaldacaq hər cür ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim münasibətim daha fərqlidir. Türk filmini  Azərbaycana ilk gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinə ilk dəfə konsert təşkil edən də mənəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq dəyəri olan “Koroğlu” dastanını çəkmək üçün görüşlər keçiririk.

Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaq. Buna zərər vermək istəyənlər sadəcə etdikləri pisliklə qalacaqlar. Sizləri sevirəm və pisniyyətli insanlara deyil, qəlbimə inanın. Allaha əmanət olun”.

Röya ilə bağlı gizlinlər: “O, təkcə Hüseyni doğmayıb…” -İddia

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib. Yeniçağ-a açıqlama verən bəstəkar, Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib: “Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki… O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki… Hələ yenə doğacaq, doğmasa, tükənəcək”. “Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə “SOY” prodakşın mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün “SOY”un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır”. Faktinfo.az

18 Mart 2017 14:18

“Şəbnəm Tovuzlunun lüt şəkilləri var, əsəblərimlə oynamasın, yayaram” – Təranə Qumral

Prodüser Tolik və müğənni Şəbnəm Əsədovanın ötən gün canlı yayımda Təranə Qumralı 720 manatlıq alçaya görə tənqid etməsinə qarşı tərəfdən cavab gecikməyib. Faktinfo.az xəbər verir ki, Mətbuat.az-a açıqlama verən Təranə Qumral həmkarını qadın alverində günahlandırıb: “Çoxları özlərini Təranə və Musayla reklam edir. Tolikə demək lazımdır ki, Musa Musayev Azərbaycanda, Rusiyada toylara gedəndə, sən harada idin? Tolik bizim yaşayış tərzimizi də, ətrafımızı da yaxşı bilir. Mən icazə vermirəm ki, heç bir prodüser, müğənni hansısa məsələyə görə adımı çəksin. Mən nə Şəbnəmdən, nə də Tolikdən qorxmuram. O özü hansı səviyyədədir ki, mənim haqqımda danışsın?" Təranə Qumral Şəbnəm Tovuzlu ilə bağlı bunları deyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayram günü qanımı qaraltmaq fikrim yoxdur. Getsin özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”.  

14 Mart 2017 20:39