Pakistan ilkə imza atdı -Raket buraxdı

9 Yanvar 2017 20:09

Xəbər 41 dəfə oxunub

Pakistan ilk dəfə olaraq sualtı qayıqdan nüvə başlığı daşıya bilən qanadlı raket buraxıb.

Faktinfo.az xəbər verir ki, uçuş məsafəsi 450 kilometr olan qanadlı raket Hind okeanında naməlum mövqedən start götürüb.

Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Pakistanın sınaq atışına hələlik şərh verməyib.

Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniyadan ayrılıb müstəqillik əldə etdikdən sonra Pakistan və Hindistan arasında münasibətlər gərgin olaraq qalır. Hər iki dövlət 1998-ci ildə nüvə sınaqları keçirdiyi vaxtdan indiyə qədər müxtəlif diapazonlu raketlər hazırlayır.