Prezident Nazirlər Kabinetinin yekun nitqini söylədi

14840357352992116233_1000x6691484036316

10 Yanvar 2017 12:40

Xəbər 24 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Faktinfo.az-ın məlumatına görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Sonra Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

“Mən Mehdiyəm deyən kəsin ölümlərdən xilas olduğunu sübut edən dəlillər olmalıdır”

112347

Özünü imam Mehdi hesab edən daha bir azərbaycanlı peyda olub. O, da özünə Allahdan vəhy gəldiyini deyərək, hər kəsi ona inanmağa səsləyir. Digər özünü İmam Mehdi hesab edən Kazım Əziz bu adam haqda öz reaksiyasını belə edib: "Elə insanlar 2 cür olur: ya ruhi xəstə olur, ya da bilərəkdən Mehdini qəbul etməsinlər deyə öyrədilmiş adamlar olur. Mən Mehdiyəm deyən kəsin 32 nişanəsi və 300-dən çox əlaməti hədislərdə olduğu kimi olmalı. Bundan əlavə bütün Peyğəmbərlərə oxşarlığını 100-lərlə faktla sübut etməlidir, kəraməti olmalıdır, öncəgörmələrinin həyata keçdiyini sübut edən sənədlər olmalıdır, xəstələrə şəfa verdiyi faktlar olmalıdır. Bədən xəsarətlərin sübut edən əsaslar olmalıdır ki, xəstəxana sənədləri, və şahidləri olmalı ki,  öz təsdiqini tapsın. Ölümlərdən xilas olduğunu sübut edən dəlillər olmalıdır,  bilinsin ki,  bunu Allah saxlayıb fəlakətdən. Faciələrdən qurtarıb. Hz. Mehdinin bütün ləqəblərinin ona aid olduğunu isbat etməlidir. Məsələn Bəqiyətullah, yəni Allahın saxladığı, Hüccətullah yəni Allahın Qalib gələni (qələbə və səltənəti), doğum tarixini və üzə çıxdığı zamandakı yaşını təsdiq edən hədislər olmalı, adı və atasının adı Peyğəmbərin adı və atasının adı ilə oxşar, uyğun gəlməlidir. Hz. Fatiməni nəslindən olub, Ona məxsus evin Beytulhəmd olduğunu sübut etməlidir. Qurani Kərimdə sıx bağlılığı olmalıdır. Yəni bədənindəki nişanələrini Quran ayələrində öz əksini tapdığını sübut etməlidir ki, canlı Quran olduğu təsdiq olunsun(Hz. Əli kimi məcazi mənada). Qeyri adi həyat tərzi olmalı, mürəkkəb taleyi olmalı, çillər çəkməli (ağrı acılar), zühuruna qədər yoxsul olmalıdır ki, kasıbların qədrin bilsin. Mərhəmətli, xeyirxah, ədalətli, imanlı, inamlı, səbirli, şükr edən, ibadət əhli, saf ürəkli, təmiz və kövrək  qəlbli, düz danışan, fitri istedadlı, üzü nurlu qeyri adi bir insan olmalıdır ".

14 Yanvar 2017 19:16

Şəmkirdəki direktor-müəllim qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI

shamkir_0202161484394464

Şəmkir rayonunun Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbindəki qalmaqalla bağlı araşdırmalar hələ də yekunlaşmayıb. Bu haqdaModern.az-a Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib. Xatırladaq ki, Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ədalət Əliyev Modern.az-a verdiyi açıqlamada (13.02.2107) araşdırmaların yekunlaşdığını bildirmiş, Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Xatirə Əliyevanın haqlı olaraq işdən uzaqlaşdırıldığı və direktorun öz vəzifəsində qaldığını demişdi. Qeyd edək ki, Şəmkir Rayon Təhsil Şöbəsindən Modern.az-a verilən rəsmi açıqlamada araşdırma nəticələrinin yanvarın 12-si, günün ikinci yarısında elan olunacağı bildirilirdi. Amma bu gün yanvarın 14-ü olmasına baxmayaraq nəticələr hələ də açıqlanmır.   Modern.az saytının əldə etdiyi məlumata görə, araşdırmaların yekunlaşmamasına səbəb məlum səsyazısıdır. Səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur.Amma təfərrüata varılmır. Modern.az-a verilən məlumatda bildirilib ki, söhbət müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı keçirilən imtahanların birinci mərhələsindən gedir.   Məlum olduğu kimi Təhsil Nazirliyi respublikanın şəhər və rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir. Şəmkirdə keçirilən diaqnostik qiymətləndirmə zamanı Aşağı Seyfəli tam orta məktəbində bir neçə müəllimin diplomlarının saxta olduğuna əsaslar yaranıb. Lakin Təhsil Nazirliyi tərəfindən aparılan obyektiv araşdırmalardan sonra yalnız bir müəllimənin diplomunun saxta olduğu təsdiqlənib.   Bu barədə məktəb direktoru Akif Namazov və laborant Xatirə Əliyeva məlumatlandırılıb. Eyni zamanda Təhsil Nazirliyindən onlara bildirilib ki, müəllimlər nazirliyin saytındakı hesablarına daxil olaraq nəticələr barədə məlumat öyrənə bilərlər. Məktəbdəki müəllimlərin çoxunun kompüterdən istifadə bacarığı, internetə çıxış imkanları olmadığını fürsət bilən direktor Akif Namazov müəlimlərə diplomlarının tanındığı xəbərini verməyib. Əksinə isə “Təhsil Nazirliyində tanışım var, pul müqabilində məsələni həll etməyi üzərinə götürür”,  deyərək köməkçisi Xatirədən müəllimlərə bu barədə məlumat verməsini istəyir. Səsyazısındakı 500 manat da məhz guya Təhsil Nazirliyində işi görəcək şəxsə çatacaq olan puldur. Halbuki Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə apararkən bütün prosedur elektron qaydada həyata keçirilib. Burada məqsəd saxta diplomları aşkarlamaq, müəllimlərin əmək haqqını qaldırmaqdan ibarət olub. Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən nəticələr açıqlanmasa da, ilkin məlumatlara görə, direktorun işdən uzaqlaşdırılacağı və məsuliyyətə cəlb olunacağı bildirir.   Bildirək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif  Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.   Xatırladaq ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib. Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor  barədə nalayiq ifadələr işlədib.

14 Yanvar 2017 16:42

Yeni mənzillərin qiyməti artacaq – PROQNOZ

ipotek

Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1 kv.m sahənin orta qiyməti 1837 manat təşkil edib. Faktinfo.az  Trend-ə istinadən xəbər verir ki, dekabrda paytaxtın daşınmaz əmlak bazarında aparılan araşdırmaya əsaslanaraq, “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzindən məlumat verilib. 4 layihədə qiymət enişi müşahidə olunub. Bu, əsasən, ipoteka proqramının dayandırılması ilə əlaqədardır. Xatırladaq ki, 2016-cı ildə Bakı şəhərində inşa edilən əksər layihələrdə Azərbaycan Beynəlxalq Bankının xətti ilə 20 illik ipoteka təklif olunurdu. Bunun məntiqi nəticəsi olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın tikintisinə və alışına (ipoteka daxil) ayrılan vəsaitin həcmi 181 milyon manat artaraq 1 milyard 695 milyon manat təşkil edib (Mərkəzi Bankın məlumatı). Layihələrdə mənzilin nağd satış qiyməti ilə ipoteka ilə satış qiyməti arasında 10-15% fərq var idi. Hazırda əksər layihələrdə mənzillər yalnız nağd satış qiyməti ilə təklif olunur ki, bu da layihədən asılı olaraq 1m² qiymətində 250 manatadək enişə səbəb olub. Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Ümumilikdə, mərkəzə yaxın yerləşən layihələrdə qiymət artımı 50-300 manat təşkil edib. Strateji araşdırmalar mərkəzinin proqnozuna əsasən, kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meyilli olacaq. Digər tərəfdən, dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır. Proqnoza görə, tikinti şirkətlərinin müştəri uğrunda apardığı mübarizə daha da kəskinləşəcək. Strateji araşdırmalar mərkəzi müştərilərə mənzil alan zaman, xüsusilə indiki zamanda tikinti şirkətini, tikintinin gedişatını, istifadə olunan materialları və təklif edilən xidmətləri dərindən araşdırmağı tövsiyə edir.

14 Yanvar 2017 11:51

“Azərsell”in müştəri məmnunluğu artıb

azercell

Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən “Azərsell” abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb. “Azərsell” abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, “Azərsell”in Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib. Yüksək nəticə özünü Abunəçi Loyalligi İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, “Azərsell” 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki, 2014-cü ildə “Azərsell” Azərbaycanda NPS Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiqi etməklə,”Azərsell” ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi “Azərsell”ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə “Azərsell” eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib. Məlumat üçün bildirək ki, “Azərsell” Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən “Azərsell” bu xidmətin keyfiyyətini yüksəldir. Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına “Azərsell” özü gələrək onlara xidmət göstərir. “Azərsell”in Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində “Azərsell” tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. “Azərsell” öz abunəçilərinə ən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və “Azərsell” Ekspres ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr “Azərsell” abunəçilərinə daim yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

13 Yanvar 2017 20:22

Maaşdan əlavə paket alırdıq – “Rabitə işi”

vidadi-zeynalov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib. Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib. Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib. Proses yanvarın 13-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

11 Yanvar 2017 17:11