Prezidentin qızının 5,5 milyonluq yeni malikanəsi – fotolar

7 Yanvar 2017 01:14

Xəbər 81 dəfə oxunub

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp yeni evə köçəcək.

Faktinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İvanka əri və iki övladı ilə birlikdə Vaşinqtonda, qiyməti 5,5 milyon dollara olan yeni malikanəyə köçməyə hazırlaşır.

Malikanənin 6 yataq otağı var. Evin kirayəyə götürüldüyü və ya alındığı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, İvanka atası prezident seçilənə qədər Nyu-Yorkda yaşayıb.