Putin mətbuat katibini vacib tədbir vaxtı yatdığına görə tənbeh edib

31 Dekabr 2016 11:33

Xəbər 37 dəfə oxunub

Rusiyanın NTV telekanalındakı proqramlardan birində iştirak etmiş Kremlin mətbuat katibi Dmitri Peskov maraqlı açıqlamalar verib.

Virtualaz.org xəbər verir ki, Peskov bu yaxınlarda Vladimir Putinin onu vacib tədbirin gedişində yatdığı üçün tənbeh etdiyini bildirib.

“Bir dəfə prezidentin Federal Məclisə müraciəti vaxtı operator kameranı mənə tuşlayıb, mənim də həmin an gözlərim qapalı olub. Bu görüntü canlı yayıma düşüb. Bundan sonra prezident Putin mənə zəng etdi: “Dmitri Sergeyeviç, çıxışın həmin o hissəsi, sizcə, necə alındı, necə səsləndi?” Mən də cavab verirəm: “Əla, cənab prezident, məncə həmin ifadələr məqsədinə çatdı, auditoriyaya yetişdi”. Bir qədər fasilədən sonra dəstəkdən səs eşidildi: “Bunu siz hardan bilirsiniz, Dmitri Sergeyeviç?” Mən əsəni halda nəsə deməyə çalışdığım vaxt Putin əlavə etdi: “Axı siz bütün tədbiri yatırdınız”, – Dmitri Peskov etiraf edib.

Bu bürclərlə intim münasibət insana DAHA ÇOX HƏZZ VERİR

Bürclər intim münasibətlərdə də böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, ulduzlar hətta yataq otağında həzz almağın yollarından danışa bilər. Əgər fikir vermisinizsə, bəzi zodiakı işarələri bir-biriylə daha tez dil tapır, bəzilərindənsə səbəbsiz yerə xoşumuz gəlmir. Publika.az astroloqların bürclərə görə hazırladığı intim uyğunluq cədvəlini hazırlayıb. Odur ki, ideal sevgili axtarırsınızsa, bu ulduz falı sizə mane olmayacaq. Qoç (21 mart - 19 aprel) Qoç enerjilidir və seksual aktdan həzz alır. Siz təqib edilən tərəf yox, təqib edən tərəfsiniz. Yataqda emosional oyunları sevmirsiniz. Qarşı tərəfin saçınızla oynaması və ya başınızın sığallanması xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Əkizlər, Tərəzi, Əqrəb. Buğa (20 aprel - 20 may) Ehtiraslı adlandırmaq olmaz, daha çox həssasınız. Buğa bürcləri stimullaşdırılmanı çox istəyir. Onun üçün qoxular və səslər çox vacibdir. Siz yataqda artıq enerji xərcləməyə nifrət edirsiniz, bir qayda olaraq, gözləyirsiniz ki, seks özü sizi tapacaq, amma siz onun arxasınca qaçmırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Əqrəb, Xərçəng, Qız, Oğlaq. Əkizlər (21 may - 21 iyun) Əkizlər yataqda rahat və mülayimdir. Onlar gözlənilməz yerlərdə sekslə məşğul olmağa hazırdır və çirkin söhbətlərdən çəkinmirlər. Siz çox gözəl eşqbazlıq edirsiniz və qarşı tərəflə seksual münasibətləri yüksək qiymətləndirirsiniz. Seksdən zövq almaq və müxtəlif eksperimentləri etmək xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Oxatan, Dolça bürcü. Xərçəng (22 iyun - 22 iyul) Sevgi əyləncələrinə yaradıcı və həssas yanaşırsınız, amma yatağa düşməzdən əvvəl sizin qayğınıza qalmaq lazımdır. Xərçəng bürclərinin intuisiyaları yaxşı inkişaf edib, onlar asanlıqla qarşı tərəfin nə istədiyini hiss edə bilər. Sizin üçün seks sevgi və şəhvətdir. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Oğlaq, Şir, Balıq. Şir (23 iyul - 22 avqust) Şir bürcləri seksə çox meyllidir. Tərəfdaşın diqqətini çəkmək üçün gözəlliyinizə və cazibənizə çox güvənirsiniz. Sizinlə birlikdə olmaq zövqdür, elə özünüz də həzz həvəskarısınız. Eyni zamanda qayğıkeş və diqqətcil sevgilisiniz. Sevgi oyunları xoşunuza gəlir, beliniz isə ən həssas nahiyələrdən biridir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Oxatan, Şir, Əqrəb. Qız (23 avqust - 22 sentyabr) Elə düşünməyin ki, Qız utancaq və ismətlidir. Əslində, bu yüksək enerjili bürcün nümayəndələri çox seksual və ehtiraslı ola bilər. Sizi masaj çox həvəsləndirir. Sizə heç bir novator lazım deyil, amma yaxşı düşünülmüş və səmimi cinsi münasibətlərdən həzz alırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Balıq, Tərəzi, Oğlaq. Tərəzi (23 sentyabr - 22 oktyabr) Tərəzi bürcləri incə və hissiyyatlı zodiak işarəsi sayılır. Təəccüblü deyil ki, seks Tərəzilər üçün ruhi həyəcan və ilkin məhəbbət nəvazişləridir. Yaxşı tərəf müqabili sizi işvəylə ehtiraslandıracaq. Siz isə öz növbənizdə musiqi və paltar yardımı ilə seksual şərait yaradacaqsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Şir, Oxatan. Əqrəb (23 oktyabr - 21 noyabr) Əqrəb bürcləri coşqun, ehtiraslı və çox seksual insanlardır. İntim həyatda sizə dram və həyəcan lazımdır. Siz nəzarəti öz əlinə alır və tez-tez sevgi oyunları oynayırsınız. Tez-tez güclü emosiyalar keçirir və cinsi münasibətlərə meyl edirsiniz. Odur ki, öz istəklərinizlə mübarizə aparmalı olursunuz. Ən yaxşı seksual tərəfdaşları: Buğa, Şir, Əqrəb, Balıq. Oxatan (22 noyabr - 21 dekabr) Sərsəri Oxatanlar yataq otağında sevimli, mehriban və diqqətlidir. Amma sizi bir qayda olaraq, hər şey tez yorur. Bu səbəbdən də spontan seksual həyat istəyirsiniz. Əgər siz təksinizsə, onda çox eşqbazlıq edirsiniz və ya münasibətləriniz çox qarışıqdır. Lakin Oxatanlar evli olsa belə yeni tanışlıqlara həmişə hazır və açıqdır. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Qoç, Əkizlər, Dolça bürcü. Oğlaq (22 dekabr - 19 yanvar) Əqrəblər kimi Oğlaqlar da reputasiyası seksual olan bürclərə daxil edilir, eyni zamanda çox həssasdır. Oğlaqları ehtiraslandırmaq asandır, amma diz və ayaqları əksər insanlardan daha həssasdır. Sizin qayğınıza qalanda və cəlb etmək istəyəndə xoşunuza gəlir. Həmçinin digərlərindən fərqli olaraq öz dözümlülüyünüzlə fəxr edirsiniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Xərçəng, Qız, Oğlaq, Buğa. Dolça (20 yanvar - 18 fevral) Hər kəs onları intellektual idealistlər hesab edir, amma Dolçalar yataqda adətən elastik və qeyri-ənənəvidir. Siz cazibədən həzz alırsınız, bununla belə hakimiyyəti tamamilə itirmək istəmirsiniz.Öz seksuallığınızı nümayiş etdirmirsiniz, lakin sevgiliniz səviyyəsi sizi qane edirsə, daxili ruh yüksəkliyi artır və təxəyyülünüz geniş olur. Seks üçün yaxşı tərəfdaşlar: Əkizlər, Qız, Oxatan, Dolça. Balıq (19 fevral - 20 mart) Balıq bürcləri bütün insanlarla yaxşı yola gedir, onlarda da pərəstişkarları ilə problem yoxdur. Yataqda siz romantik, ehtiraslı və ədalısınız. Mənəvi dünyanız isə yaradıcılığı yüksək qiymətləndirir. Siz daha çox qarşı tərəfin şəhvani duyğularını təmin etməyə çalışırsınız, nəinki öz istəkləriniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Əqrəb, Xərçəng, Qız, Tərəzi

18 Mart 2017 18:52

“Yunıy Moryak”dan generala “açılan atəş” – Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

Ötən yazımızda Qəmbər Səfərova məxsus “Yunıy Moryak” gəmisinin oğurlanması haqda ümumi məlumat vermişdik. Bildirmişdik ki, “Yunıy Moryak” Azərbaycan sahillərinə çıxdıqdan sonra gəminin də, onun sahibinin də qara günləri başlayıb. Belə ki, fotosunu təqdim etdiyimiz “Yunıy Moryak” ı Hövsan sahillərindəki limanların birində saxlayan sahibkar müvafiq sənədləşmə işləri üçün fəaliyyətə başlayıb. Lakin günlərin birində gəmini saxladığı sahilə gələndə gözlərinə inanmayıb: Gəmi yoxdur!!! Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir? – “Yunıy Moryak” gəmisindən generala “açılan atəş”Qəmbər Səfərov öncə nə edəcəyini bilməyib, sonra isə Xəzərin Azərbaycan sektoru üzrə sahilboyu gəminin axtarışına başlayır. Gəmi sanki iynə olub, dənizdə itib, onu “gördüm” deyən olmur. Sərhəd xidmətinə rəsmi müraciət ünvanlayır ki, gəminin ölkədən çıxıb-çıxmadığına əmin olsun. Cavab gəminin ölkə sərhədlərini keçmədiyini təsdiqləyir. Bundan sonra iş adamı gəmisini məhz Azərbaycanda axtarmaq lazım olduğunu başa düşür və belə də edir. Uzun axtarışlardan sonra isə bəlli olur ki, “Yunıy Moryak” oğurlanıb... Savash.org-un apardığı jurnalist təhqiqatı zamanı ortaya çıxan faktlar isə sözün həqiqi mənasında şokedicidir. Qəmbər Səfərov əməkdaşımızla söhbəti zamanı bildirib ki, o nəhayət yoxa çıxan gəmisini harada axtarmaq lazım olduğunu öyrənib və Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının “qapısını döyüb”. Orda isə bildiriblər ki, sözügedən gəmi artıq “Mərdakan Broyler” ATSC-nin mülkiyyətindədir və bununla bağlı Dəniz Adminstrasiyası həmin quruma sertifikat belə verib. Amma “bu necə ola bilər?”, “axı həmin gəmini “Mərdəkan Broyler”ə kim və hansı əsasla satıb?” kimi suallara cavab verən tapılmayıb. Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir? – “Yunıy Moryak” gəmisindən generala “açılan atəş”Fotosunu təqdim etdiyimiz və Dövlət Dəniz Adminstrasiyasının verdiyi saxta sertifikatdan da bəlli olduğu kimi gəminin adı dəyişdirilərək “Ramin” olub və ona Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verilib. Gəminin əsl sahibi Qəmbər Səfərov baş verən özbaşınalıqlarla bağlı bir neçə dəfə Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun qəbulunda olduğunu söyləyib: “Mən dəfələrlə öz etirazımı bildirmək üçün Qüdrət Qurbanovun qəbulunda olmuşam. O hər dəfə müxtəlif sözlər deməklə baş qatırdı. Məsələn, mənə bildirdi ki, gəmi Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun sərəncamındadır, odur ki, məsələni qapadım. Amma mən bu iddiaya inanmır və hesab edirəm ki, Qüdrət Qurbanov hörmətli Bəylər Əyyubovun adını qəsdən bu olaya qataraq özünü hədəfdən yayındırmaq niyyəti güdür”. Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir? – “Yunıy Moryak” gəmisindən generala “açılan atəş”Qüdrət Qurbanovla söhbətin faydasızlığına əmin olduqdan sonra isə Qəmbər Səfərov məhkəməyə üz tutmaq zorunda qalır və işə Səbael Rayon Məhkəməsində baxılır. Səbael Rayon Məhkəməsində iş Qəmbər Səfərovun xeyrinə qətnamə çıxardılır və gəminin sahibinıə qaytarılması tələb olunur. Bu qərardan appelyasiya şikayəti verilib və məsələyə Apelyasiyya Məhkəməsində yenidən baxılıb. Bu məhkəmənin yekunu olaraq, Bakı şəhəri, Səbael Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2012-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi qərara alınıb. Həmin qərarda açıq şəkildə bildirilib ki... - İddiaçı Səfərov Qəmbər Səfər oğlunun cavabdeh “Mərdəkan Broyler” Açıq Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası təmin edilsin. Q.Səfərov ilə “Mərdəkan Broyler” ASC arasında “Yunıy Moryak” adlı (hazırki adı: Ramin) daşıntı gəmisinə dair bağlanmış 09.01.2003-cü il tarixli “Alqı – satqı müqaviləsi” etibarsız hesab edilsin. Qeyd edilən 09.01.2003-cü il tarixli “Alqı-satqı müqaviləsi əsasında iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyası tərəfindən mübahisəli gəmiyə dair “Mərdəkan Broyler” ASC-nin adına verilmiş 30.07.2003-cü il tarixli “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir? – “Yunıy Moryak” gəmisindən generala “açılan atəş”Mübahisəli gəmiyə dair iddiaçı Q. Səfərovun adına “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin” və “Azərbaycan Respublikası Dövlət Bayrağı altında üzmək haqqında şəhadətnamənin” verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasının üzərinə qoyulsun. Mübahisəli gəmi cavabdeh “Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q.Səfərova verilsin! Cavabdeh “Mərdəkan Broyler” ASC-nin iddiaçı Səfərov Qənbər Səfər oğluna qarşı mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilsin. Səfərov Qənbər Səfər oğlundan 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pul alınaraq “Mərdəkan Broyler” ASC-yə ödənilsin. Göründüyü kimi, məhkəmə gəminin sahibinə qaytarılması və gəmiyə Dövlət Dəniz Adminstrasiyası tərəfindən şəhadətnamə verilməsi haqda qərar çıxarıb. Amma...Amması odur ki, Qüdrət Qurbanov bundan sonra da geri çəkilməyib və faktiki olaraq məhkəmə qərarı icrasız qalıb. Səbəb kimi isə elə gülməli “arqument” göstərir ki... Həmin “arqument”in gülməli tərəfləri haqda bir qədər sonra...İndilik isə bir məqamı oxucularımız üçün aydınlaşdırmağa çalışaq. Deməli, məhkəmə prosesi zamanı “Mərdəkan Broyler” tərəfi iddia edib ki, bəs gəmini təmir etmişik və bu işə guya 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pul xərcləyiblər. Sözlərinin “mustafası” o olub ki, gəmi sahibi həmin pulu qaytarmalıdır. Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir? – “Yunıy Moryak” gəmisindən generala “açılan atəş”Əvvəla, adama deyərlər ki, səndən xahiş edən olmuşdumu ki, başqasının gəmisini təmir edəsən? İkincisi isə bu məbləği hansı işlərə sərf etmisən? Bu və digər suallar, gəminin təmirindəki şok rüsvayçı faktlarla növbəti yazımızda daha ətraflı tanış olacağınızdan mövzunu burda qapadırıq. Sadəcə, bu məsələni epizodik olaraq ona görə xatırlatdıq ki, Qüdrət Qurbanov indi hər şeyi bir kənara qoyub, yapışıb bu “təmir xərclərindən”. Məhkəmə qərarında açıq şəkildə göstərilib ki, Dövlət Dəniz Adminstrasiyası tərəfindən mübahisəli gəmiyə şəhadətnamə verilsin! İndi kim gəminin təmirinə nə qədər xərcləyib, bir başqası o pulu ona haçan verəcək kimi məsələlər Dövlət Dəniz Adminstrasiyasının işi deyil axı. Sizin işiniz “Yunıy Moryak” (sonradan dəyişdirib adını “”Ramin qoyduğunuz –red) gəmisinin əsl sahibinə müvafiq şəhadətnamə verməkdi ki, onu da verməkdən boyun qaçırırsınız. Gah, Bəylər Əyyubovun adını hallandırmaqla, gah da başqa bəhanələrlə vaxtı nə qədər uzadacağınızı isə proqnozlaşdırmaq asan deyil. Mövzuya qayıdacağıq.

16 Mart 2017 11:25

PKK və İŞİD-ə qarşı Ərəb əşirətinin liderləri birləşdi

Suriyada terror təşkilatları PYD/PKK və İŞİD-in işğal etdiyi bölgələrdən olan 50 Ərəb əşirətinin liderləri Urfada toplantı keçiriblər. Onlar öz  torpaqlarını işğalçı terrorçulardan azad  etmək üçün siyasi və hərbi birlik yaratmaq məqsədi ilə bir araya gəldilər. Harran otelində baş tutan görüşdə  Suriyanın Rakka, Haseke ve Deyr ez-Zor bölgelerinde yaşayan 50 ərəb əşirətinin liderləri  razılığa gəliblər. (Moderator) “Əl Cəzirə və Firat Bölgəsi Suriyalı Əşirətlər və Qəbilələr Genəl Qurultayı” adı altında keçirilən toplantının mövzusu “Birlikdə mübarizəmizi Əsəd-Rus-İran və Hizbullah ilə İŞİD və PKK işğalını bitirmək üçün birləşdirək” – şəklində açıqlandı. Toplantıda “Əl Cəzirə və Firat Əşirətləri ordusu”  adlı hərbi birləşmənin  yaradılması barədə razılıq əldə olunub. Yeni hərbi birləşmənin əsəd rejimi ordusundan ayrılan subaylar və Azad Suriya Ordusu komandirləri tərəfindən idarə olunacağı bildirilib. Konfransda bildirilib ki, ABŞ PKK-ya dəstək verir və bu terror təşkilatının İŞİD-dən heç bir fərqi yoxdur. Onlar ərəbləri yurdlarından qovur və kütləvi şəkildə qətlə yetirirlər. Qurultay iştirakçıları Beynəlxalq təşkilatlara müraciyət qəbul edərək, Suriyanın Firat və Əl Cəzirə bölgəsini İŞİD, PKK və Əsəd terrorçularından təmizləməkdə onlara dəstək olmağa çağırıblar.

14 Mart 2017 21:05

Qurbanovun baş rol aldığı dəniz quldurluğu: – Hövsan sahilindən oğurlanan gəminin izi ilə…

Uzun müddətdir ki, ölkə mətbuatında “Yunıy Moryak” adlı gəminin oğurlanması, sonradan gəmiyə saxta sertifikat verilməsi ilə bağlı olayın təfərrüatları dərc olunur. Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun birbaşa iştirakı ilə həyata keçirilmiş bu ağlagəlməz oğurluq olayının qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Savash.org əməkdaşı “Yunıy Moryak” gəmisinin sahibi Qəmbər Səfərovla görüşüb. Sözlərinə “kaş Azərbaycana gəlməz olaydım” cümləsi ilə başlayan açıqlamasını həyacansız dinləmək olmur. O danışdıqca xəyalən sanki orta əsrlərə, dəniz quldurlarının iştirakı ilə reallaşan əsatirlərə qayıdır adam. Olay isə orta əsrlərdə yox, 21-ci əsrdə baş verib, motiv isə elə orta əsrlərdəki dəniz quldurlarının əməllərinin eynisidir. Beləliklə... İş adamı böyük ümidlərlə Rusiyada aldığı gəmini Azərbaycana gətirir... Qəmbər Səfərov Savash.org əməkdaşına bildirib ki, o uzun illər Rusiya Federasiyasında gəmi və gəmi avadanlıqlarının alqı-satqısı ilə məşğul olub. Hətta bir neçə dəfə Azərbaycanda müxtəlif hüquqi və fiziki şəxslərə gəmi də satıb. Ölkəyə gətirdiyi sonuncu gəmi ilə bağlı başına gələnləri isə yuxusunda da görsə inanmazmış. İş adamının sözlərinə görə, qalmaqallı “Yunıy Moryak” gəmisi gəzinti üçün nəzərdə tutulub, elə həmin gəminin Azərbaycana gətirilmə səbəbi də gəmioni profilinə uyğun işlətmək olub. “Yunıy Moryak” Bakı-Nabran marşrutunda üzməliymiş, amma.. Belə ki, çoxdan tanıdığı bir iş adamı Qəmbər Səfərova təklif edib ki, bir gəzinti gəmisi gətirə bilsə Azərbaycanda ortaq iş qurmaq və qazanmaq imkanı əldə etmək olar. Biznes layihə isə bundan ibarət olub ki, gəzinti gəmisi ilə Bakı-nabran marşrutu üzrə turist gəzintiləri təşkil edilsin. Qəmbər Səfərov deyir ki, bu ideya ona həddən artıq cəlbedici görünüb və o Rusiya Federasiyasında dərhal bu işə yarayacaq gəminin axtarışına başlayıb. Axtarışlar uzun çəkməyib, 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən onun bütün tələblərinə cavab verən gəmi alıb. “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov təxminən 6 ay gəmini təmir etdirib. Bundan sonra isə “Yunıy Moryak” böyük ümidlərlə Xəzərin Azərbaycan sərhədlərinə yan alıb... Qüdrət Qurbanovun baş rol aldığı dəniz quldurluğu: Hövsan sahilindən oğurlanan gəminin izi ilə... – FİLM KİMİ OLAY, birinci hissə...Və ”möcüzə”, gəmi Hövsanda yoxa çıxır... Qəmbər Səfərov Savash.org-a bildirib ki, “Yunıy Moryak” Azərbaycan sahillərinə çıxdıqdan sonra gəminin də, onun da qara günləri başlayıb. Belə ki, fotosunu təqdim etdiyimiz “Yunıy Moryak” ı Hövsan sahillərindəki limanların birində saxlayan sahibkar müvafiq sənədləşmə işləri üçün fəaliyyətə başlayıb. Lakin günlərin birində gəmini saxladığı sahilə gələndə gözlərinə inanmayıb: Gəmi yoxdur!!! Qəmbər Səfərov öncə nə edəcəyini bilmir, sonra isə Xəzərin Azərbaycan sektoru üzrə sahilboyu gəminin axtarışına başlayır. Gəmi sanki iynə olub, dənizdə itib, onu “gördüm” deyən olmur. Sərhəd xidmətinə rəsmi müraciət ünvanlayır ki, gəminin ölkədən çıxıb-çıxmadığına əmin olsun. Cavab gəminin ölkə sərhədlərini keçmədiyini təsdiqləyir. Bundan sonra iş adamı gəmisini məhz Azərbaycanda axtarmaq lazım olduğunu başa düşür və belə də edir. Uzun axtarışlardan sonra isə bəlli olur ki... - “Yunıy Moryak” oğurlanıb... - Gəmini kimlər oğurlayıb və Qüdrət Qurbanov “Yunıy Moryak”a saxta sertifikatı necə verib? - “Yunıy Moryak” “Ramin”ə necə çevrildi? - İş məhkəmədə və məhkəmə qərarları gəminin Qəmbər Səfərova məxsusluğunu təsdiqləyir... - Qüdrət Qurbanov hətta məhkəmə qərarlarından sonra belə gəmini sahibinə qaytarmaq istəmir... - Qüdrət Qurbanov “bu iş mənlik deyil, gəmi “Ağbaş”ın əlindədir açıqlaması ilə kimləri hədəfə gətirmək istəyir? - Sənədlərin saxtalaşdırılmasında şok naşılıq: 24 metr uzunluğunda olan gəmi sonradan 6 metr necə “uzandı”? - Sən demə, Qəmbər Səfərov Rusiyada hələ bu gəmini almamışdan aylar öncə onu Azərbaycanda “satıbmış”...Necə olur? Olayla bağlı bu və digər şok nüanslar, eləcə də gəmi oğurluğunu ifşa edən rəsmi sənədlərlə bağlı bütün təfərrüatlar növbəti yazılarımızda...

14 Mart 2017 17:01