“Qarabağ”ın “Beşiktaş” yalanı

7 Yanvar 2017 14:28

Xəbər 21 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ”ın Türkiyə Superliqasının son qalibi “Beşiktaş”la yoldaşlıq görüşü yaxın aylarda baş tutmayacaq. Faktinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidmətinin rəhbəri Selim Şakarcan məlumat verib.

 

O bildirib ki, yaxın zamanlarda hər hansı oyun nəzərdə tutulmayıb. Şakarcan bunun üçün “Beşiktaş” klubunun vaxtının olmadığını da əlavə edib.

 

Halbuki ötən ay “ağ-qaralar”ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına açıqlamasında klubun adını çəkmədən, Azərbaycanda özəl oyun keçirəcəklərini bildirmişdi. Daha sonra isə “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl “Beşiktaş”ın məhz Ağdam təmsilçisi ilə yoldaşlıq görüşü keçirəcəyini açıqlamışdı. Lakin məlum olub ki, yanvar ayına planlaşdırılan qarşılaşma həm bu, həm də yaxın aylarda baş tutmayacaq.

 

Ötən ilin əvvəlində isə “Qarabağ”ın Türkiyənin digər nəhəng klubu “Qalatasaray”la yoldaşlıq matçı keçirəcəyi haqda xəbərlər yayılmışdı. Ancaq martın 29-na planlaşdırılan həmin oyun da baş tutmamışdı.

“Bavariya” “Arsenal”ı darmadağın etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir. Faktinfo.az -ın məlumatına görə, bu gün daha 2 matç keçiriləcək. “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edəcək. Bu komandalar son 5 ildə 4-cü dəfə pley-offda üz-üzə gəlirlər. Əvvəlki 3 halda mərhələni adlayan tərəf almanlar olub. Digər matç isə Madriddə oynanılacaq. Turnirin son qalibi “Real” “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkəcək. Beyl kimi aparıcı futbolçusunun olmamasına baxmayaraq, görüşün favoriti ispanlardır. 15 fevral Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 23:45. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1 Qol: Aryen Robben, 11 (1:0), Aleksis Sançes, 30 (1:1), Levandovski, 53 (2:1), Alkantara, 56 (3:1), 63 (4:1), tomas Müller, 88 (5:1) 23:45. “Real” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1 Qol: Lorense İnsinye, 8 (0:1), Kərim Benzema, 19 (1:1), Toni Kross, 49 (2:1), Kasemiro, 54 (3:1) 21 fevral “Bayer Leverkuzen” (Almaniya) - “Atletiko” (İspaniya) “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) 22 fevral “Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) “Sevilya” (İspaniya) - “Lester” (İngiltərə) 14 fevral “ Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) 1:0 PSJ (Fransa) - “Barselona” (İspaniya) 4:0 Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7,8, 14 və 15 mart tarixlərində keçiriləcək. (daha&helliip;)

16 Fevral 2017 01:40