Qarlı  və şaxtalı havalardan sonra  allergik və konyuktivit  xəstəliklərinin faizi artıb

gozmuayanesi

21 Dekabr 2016 19:33

Xəbər 260 dəfə oxunub

 

Qarın yağmasının  bir təmizlik rəmzi olması əsrlər boyu təfəkkürümüzə  həkk olunub. Hər tərəf ağ yorğana bürünür, uşaqlar dəstə-dəstə qartopu oynayır, qardan Şaxta Baba düzəldirlər.

Qarın yağması, şaxtalı havaların bir neçə gün davam etməsi zökəm xəstəliyinin kütləvi şəkildə qarşısını alır, havada olan virus və mikrobları öldürür. Hətta, şaxtalı və qarlı hava çəki itirmək istəyən insanlar üçün də önəm daşıyır. Digər tərəfdən kənd təsərrüfatı üçün  əhəmiyyətli hesab edilir, onlarla növ ziyanverici məhv olur,  kənd təsərrüfatı  məhsullarının məsuldarlığı artır.

Bütün bunlarla bərabər, qarlı və şaxtalı günlərdən sonra havada temperatur  bir neçə dərəcə yüksəlirsə, allergik və konyuktivit  kimi xəstəliklərin çoxalmasına  da yol açır. Bu səbəbdən qarın yaratdığı fəsadları aradan qaldırarkən, qara əl vurarkən sonradan əlləri sabunla  yaxşı-yaxşı yumaq məsləhət görülür.

Bu  gigeyinik qaydalara  əməl etmədiyimizdən hazırda allergik və konyuktivit  xəstəliklərinin faizi artıb.

Faktinfo.az

 

Bakı Sağlamlıq Mərkəzində dərman biznesi və…

BSM_31485878597

Bakı Sağlamlıq Mərkəzi barədə Səhiyyə Nazirliyi və media orqanlarına müraciətlər edilib. Faktinfo.az  saytı xəbər verir ki, “BakiPost”un məlumatına görə, müraciətlərdə tibb müəssisəsində həkimlərin xəstələrə qarşı dələduzluq etməsi, müxtəlif yollarla onlardan pul qoparmaları barədə iddialar əks olunur. Bildirilir ki, baş həkimin göstərişi ilə həkimlər xəstələrdən yalnız yaxınlıqdakı iki aptekdən dərman almaları tələb edilir: "Tələb edirlər ki, müalicə üçün yazdıqları dərmanları yalnız "Natura+" və "Oliviya" apteklərindən alaq. Bunu əvvəlcə onlarda dərmanların keyfiyyətli olması ilə əsaslandırırdılar. Sonra məlum oldu ki, həkimlər sadəcə satdıqları dərmanlardan faiz alırlar deyə, pasientlərini həmin aptekə istiqamətləndirirlər”. Şikayətçilər bildirir ki, adları qeyd olunan dərmanlar adları çəkilən apteklərdə başqa yerlərdən baha satılır. İddiaya görə, Tibb Mərkəzində xəstələrə lazım olan dərmanlar bəzən elə oradaca satılır: "Həkimlər telefonla həmin apteklərə dərmanların adlarını verirlər, onlar da xəstəxanaya gətirirlər. Belə halda dərmanların qiyməti daha baha başa gəlir. Həkimdən soruşanda, deyirlər ki, dərmanların çoxu Sumqayıtda istehsal olunur, ona görə də tanış olmayan apteklərdən alınan dərmanların müalicəyə xeyri olmur. Həkimlər xəstələrə inandırır ki, həmin apteklərdən həkimin adını verməklə dərman aldıqda və ya dərmanlar xəstəxanaya gətirildikdə belə bir risklə heç kim üzləşmir. Guya, aptek rəhbərləri həkimlərə yalnız keyfiyyətli dərmanlar verirlər”. Görünür, dərmanların keyfiyyətsizliyi ilə bağlı cəmiyyətdəki xof həkimlərin işinə yarayır. Onlar bu məsələdən istifadə edərək xəstələri dərhal öz toruna salır. Beləklikə, həkimlərin dərman alveri günü-gündən genişlənir. Məlumat üçün bildirək ki, Bakı Sağlamlıq Mərkəzi ilə bağlı dəfələrlə bu tipli şikayətlər olub, orada baş verən qanun pozuntuları ilə bağlı məlumatlar KİV-də dərc olunub. Vəziyyət o həddə çatıb ki, Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bədirov vəzifədən kənarlaşdılıb. Onun vəzifədən uzaqlaşdırılması Mərkəzdə müalicə alanlarda ümid çırağı yandırsa da, görünür, bu çıraq çox tez sönüb. Bu vəzifəyə təyin olunan Hikmət Həsənov (əvvəl Şirvan Diaqnostika Mərkəzinin rəhbəri olub) qanunsuz əməlləri ilə sələfini ötüb keçib. Belə olmasaydı, qeyd etdiyimiz dərman alverindən başqa çarpayıların pulla satılması, ümumiyyətlə ödənişsiz müalicəyə son qoyulması prosesi davam etməzdi. Sayt məlumatlara aydınlıq gətirmək məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinə telefon açıb. Mərkəzin adını açıqlamayan xanım əməkdaşı suallara ancaq direktorun cavab verə biləcəyini, direktorun isə məzuniyyətdə olduğunu bildirib. Faktinfo.az  

31 Yanvar 2017 20:35

Tanınmış həkimlər özəl klinikalarda işləyirlər – səbəblər, problemlər, reallıqlar…

скачанные файлы (3)

Dövlət xəstəxanaları hazırkı reallıqda  müəyyən çağırışlara,dövrün tələblərinə cavab verə bilmir. Bu  kateqoriyadan olan xəstəxanalara artıq etimad itir. Həkimlərin Dövlət Xəstəxanalarında  istədikləri  məvaciblə təmin olunmamaları, göstərdikləri tibbi xidmət qarşılığında pasiyentdən normal vəsait tələb edə bilməmələri savadlı həkimlərin özəl klinikalara üz tutmasına səbəb olub. Artıq özəl klinikalarda  çalışan peşəkar həkimlər vaxt  itkisinə yol verməmək  üçün  işlədikləri dövlət xəstəxanalarından uzaqlaşırlar. Xaricdə təhsil almış  gənc həkim uzmanlar və ya xarici dövlətlərdə  6 ay kurs keçmiş həkimlərin mütləq əksəriyyəti özəl klinikalarda çalışırlar. Bura  kosmetoloq, travmatoloq, nevropataloq, pediatr, ovtommoloq, uroloq, kardioloq  və digər ixtisas sahibləri aiddir. Bu situasiya  isə özəl klinika sahiblərini, həm də orada çalışmaq istəyən həkimləri qane edir. Özəl klinika sahibləri bilir ki, peşəkar həkimlərin hər gün onlarla xəstəsi  olur. Bu səbəbdən də  pasiyentlərə  istədikləri qiyməti  diqtə  edə bilir, bununla əldə etdikləri vəsaitin  bəlli  bir  faizini həmin həkimlərə verirlər . Burada təəccüblü heç nə yoxdur, deyə bilərik ki, kapitalizmin xüsusiyyətlərindən biridir. Lakin təəccüb doğuran  hal ondan ibarətdir ki, pulu olan xəstə və ya xəstənin yaxınlarından  fərqli   əhalinin əksər təbəqəsi  özəl klinikalarda analiz verə, peşəkar həkimlərin qəbuluna tələb olunan 45,50,60 manat ödəniş  edə bilmirlər. Hətta,imkansız xəstələrə məsləhət bilinsə ki, onların  şəfa tapması üçün cərrahi əməliyyata ehtiyac duyulur, onda özəl klinikaya kasıb təbəqənin 1500-2000 AZN  və ya daha artıq pul ödəməyə imkanı  olmur. Belə olan təqdirdə yaranmış vəziyyəti  kim tənzimləyəcək, bilinmir. Hələlik Səhiyyə Nazirliyi bu kimi hallara müdaxilə edə bilmir,bəlkədə etmək istəmir... Əliabbas Hüseynli Faktinfo.az 

26 Yanvar 2017 19:31