“Qorxuram ki, ermənilər gəlib bizi Bakıda öldürsünlər” -Hafiz Hacıyev

30720

11 Yanvar 2017 17:20

Xəbər 34 dəfə oxunub

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ermənilərdə olan hərbiçimizin cəsədini geri qaytarmaması ilə bağlı danışıb.
Xəbər verdiyimiz kimi dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşdü. Sonradan məlum oldu ki, hərbiçimiz həlak olub və ermənilər hərbiçimizin cəsədin götürüblər. Beynəlxalq Qırmızı Xaç Komitəsi də erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.
Hafiz Hacıyev: “ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanın xeyrinə heç bir məsələni həll etməyib və bundan sonra da etməyəcək”.
Mövzu ilə bağlı partiya sədri qeyd edib ki, Ermənistan dünya qanunlarını, ATƏT-in Minsk Qrupun saya salmır və özünü müstəqil, hegemon dövlət kimi aparır. Ermənsitanın özünü bu cür aparmasının axır nəticəsi də bu oldu ki, hərbiçimizin cəsədin qaytarmırlar:
“Həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin geri qaytarılmaması ATƏT-in Minsk Qrupunun bacarıqsızlığıdır. ATƏT-in Minsk Qrupu 24 ildir Azərbaycan hakimiyyətinin başının altına yastıq qoyub, pulların alıb, yeyib-içib gedirlər. Buna görə də ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanı müdafiə etməyib. Əksinə bu qurum həmişə Azərbaycanın başın qatmaqla məşğuldur. Onlar istəyirlər ki, Dağlıq Qarabağda ermənilərin sayı çoxalsın və Qarabağdan departasiya olan insanların yaddaşlarından Qarabağı silsinlər. Onlar məqsədlərinə nail olurlar. Çünki Dağlıq Qarabağı axtarıb-arayan yoxdur. Qarabağlılar da Qarabağı unudurlar. ATƏT-in Minsk Qrupu da bunların hamısın bilir və bildiyi halda da belə bir ögey münasibət bəsləyir.
Bizim əsgərimizin cəsədinin qaytarılması üçün çox ciddi cəhd göstərmək lazımdır. Cəsəd niyə verilmir araşdırlmalıdır. Ermənistan dünya qanunlarını, ATƏT-in Minsk Qrupun saya salmır və özünü müstəqil, hegemon dövlət kimi aparır. Ermənsitanın özünü bu cür aparmasının axır nəticəsi də bu oldu ki, hərbiçimizin cəsədin qaytarmırlar. ATƏT-in Minsk Qrupu da heç vaxt Azərbaycanın xeyrinə heç bir məsələni həll etməyib və bundan sonra da etməyəcək. Biz də bütün bunları deyirik, amma Azərbaycanda ictimai rəy nəzərə alınmır. Əgər biz bir hərbiçimizin cəsədin düşməndən ala bilmiriksə, onda bizim Xarici İşlər Nazirliyimiz və digər güc strukturları nəyə lazımdır?
Hafiz Hacıyev: “Görünən odur ki, Qarabağın qaytarılması hələ ki, hansısa güclərin, qrupların mənafeyinə uyğun deyil”.
Mən düşünürəm ki, biz artıq Dağlıq Qarabağı işğaldan azad etmək üçün nə Minsk Qrupuna, nə də ATƏT-ə baxmalıyıq. Biz gücümüz varsa, gedib Qarabağı almalıyıq, gücümüz yoxdursa da səmimi etiraf etməliyik ki, yalandan özümüzü aldatmayaq. Qarabağ məsələsində biz təkcə öz xalqımıza arxayın olmalıyıq. ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanın məsələlərinə ciddi şəkildə yanaşmayıb və məsələlərə prinsipial mövqe sərgiləməyib. Ermənistanın Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk Qrupunun bu mövqeyin bilir. Buna görə də əsgərimizin cəsədin qaytarmırlar. ATƏT-in Minsk Qrupundan Azərbaycan hökuməti niyə qurtara bilmir bu bizim üçün çox maraqlıdır.
Dağlıq Qarabağın azad olunması üçün milli birlik əldə edib, gücümüzü ortaya qoymalıyıq. Biz Qarabağımızı, İrəvanı, Zəngəzuru da ala bilərik. Sadəcə ciddi iradə və o iradəni ortaya qoyan bir insan lazımdır. Amma bizdə elə bir iradə yoxdur. Görünən odur ki, Qarabağın qaytarılması hələ ki, hansısa güclərin, qrupların mənafeyinə uyğun deyil. Bu yaxınlarda bizim rəhbərliyin biri dedi ki, Dağlıq Qarabağdan ancaq biznes üçün istifadə edirlər. Əgər dövlətdə ən yüksək vəzifə tutan məmur bunu deyirsə, demək ki, hər şey bəllidir. Başqa söz deməyə ehtiyac yoxdur. Nə qədər ki, bizim özümüzdə milli qürur olmayacaq elə belə də davam edəcək. Bir zamanlar ağacın qırılmasına görə milyonlarla insan küçələrə çıxırdı, amma indi hər şey unudulub. Dağlıq Qarabağın açarı islahatlardan keçir. Azərbaycanda siyasi, iqtisadi islahatlar nə qədər ki, keçirilməyib daha pis vəziyyət yaranacaq. Hələ qorxuram ki, ermənilər gəlib bizi Bakıda öldürsünlər”(pia.az)

“Təfəkkür” Universiteti fəaliyyətini dayandırdı

1427653713_tefekkur

Elm və TəEhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Təhsil Nazirliyinin  məlumatına görə, götərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur. Faktinfo.az

16 Yanvar 2017 16:13