Quba rayon Məhkəməsinin sədri: “Qərar könüllü icra olunmadığı üçün məcburi şəkildə icra edilib”

1-3-1

7 Yanvar 2017 13:04

Xəbər 9 dəfə oxunub

Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.

 

F. Pənahov APA-ya açıqlamasında deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.

 

“Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb”, – deyə hakim söyləyib.

80 min nə puldur ki… – “Rabitə işi”

vidadi-zeynalov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Faktinfo.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Faiq Hümbətov ifadə verib. O bildirib ki, "Aztelekom" MMC-nin Şamaxı qovşağında rəis işləyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Görülməli işlər üçün 80 min manat alınıb. Həmin pullar da işlərə sərf olunub. Bu məbləğ nə puldur ki, mənə də qalsın?! Bizə qalan yeyib-içmək olub". Daha sonra onun istintaqa verdiyi ifadəsi elan olunub. F.Hümbətov istintaqa verdiyi ifadəsində bildirib ki, nazir Əli Abbasov rayona gələndə işlər görülüb: "Nazirin göstərişi ilə işlərin görülməsi üçün vəsait ayrılıb. Həmin vəsait işlər görüləndən sonra 3 min manat qalıb. Həmin pulu da xərcləmişəm". Şahid ifadəsini təsdiqləyib. Ədalət Hüseynov isə bildirib ki, Qazax filialınln müdiri vəzifəsində çalışıb. Proses yanvarın 25-də davam etdiriləcək. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

18 Yanvar 2017 13:17

Bakıda dayə 5 yaşlı körpəni tanınmaz hala gətirənəcən döydü – VİDEO

ushaq_doyulub1484672695

Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Faktinfo.az saytı xəbər verir ki, uşağın valideynlərinin “Xəzər xəbər”ə verdiyi məlumata görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.   Qarşı tərəf isə iddiaları inkar edir.   Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.   Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.   Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.   Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.   Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək. VIDEO

17 Yanvar 2017 21:54

Binə Ticarət Mərkəzində etiraz: – “Əlavə işıq pulu yığılır”

1484652499_0001 (1)

Binə Ticarət Mərkəzindəki mağazaların sahibləri və icarədarlar işıq puluna görə əlavə ödənişə vadar edilir. Belə ki, sayğac quraşdırılmadan hər bir mağazadan kvadratmetrinə görə əlavə işıq pulu yığılır. Bu barədə Cebhe.info-ya sahibkarlar məlumat verib. Onların sözlərinə görə, hər bir mağazadan rəhbərliyin müəyyən etdiyi məbləğ tələb edilir: "Məsələn, 40 kvadratmetrlik bir mağaza üçün aylıq 125 manat elektrik pulu müəyyən edilib. Reallıqda ticarət mərkəzində saat 8-dən iş başlayır, axşam saat 4- 5-də başa çatır. Bir ay ərzində həmin saatları hesablasaq, 40 kvadratlıq dükanların 125 manatlıq enerjidən istifadə etməsi mümkün deyil. Təxmini hesablamalara görə, gün ərzində 6-7 saat işləyən bir obyektin ayda 125 manat elektrik enerjisinin istifadə etməsi qeyri-mümkündür. Sayğac yoxdur, amma sahibkardan 125 manat elektrik enerjisinə görə pul alırlar, qəbz də verilmir. Maraqlıdır, onlar hər bir dükan üçün elektrik enerjisi pulunu hansı meyar üzrə, nəyə əsasən müəyyənləşdirirlər? Sadəcə, ticarət mərkəzinin rəhbərliyi öz maraqlarına və istəklərinə uyğun pul yığmaqla məşğuldur. Təxminən 2-3 il əvvəl 40 kvadratmetr mağazaya görə 70 manat elektrik pulu yığılırdı. Sonradan bu məbləği 90 manata, indi də 125 manata qaldırıblar”. Ticarət obyektlərinin sahibləri qeyd ediblər ki, bugünkü iqtisadi böhran şəraitində bazardakı bu vəziyyət sahibkarların ağır durumunu bir az da ağırlaşdırır: "Dövlət səviyyəsində dəfələrlə qeyd olunub ki, sahibkarlara müəyyən güzəştlər tətbiq olunmalıdır. İqtisadi böhran şəraitində sahibkarlara güzəştlər tətbiq olunması əvəzinə gün-gündən qeyri-qanuni yığımların artımı müşahidə edilir. Bir müddət əvvəl sıralara görə rüsumlar artırıldı. Bundan əlavə Binə Ticarət Mərkəzində heç bir mağazada kassa aparatı işləmir. Qiyməti 40-50 manata olan bir kassa aparatını vaxtilə gətirib oradakı sahibkara 350 manata satdılar. Bu aparat camaata "sırınıb”, indi də küncdə toz basıb. Binə bazarının rəhbərliyi illərdir ki, istifadə olunmayan kassa aparatının təmiri üçün hər ay sahibkardan 6 manat, mühafizə adı ilə 10 manat yığır. Təbii ki, burda da heç bir qəbzdən söhbət belə getmir. Sahibkara birinci haqsızlıq orda başlayıb ki, işləyənlərin böyük əksəriyyətinə həmin dükanlar satılıb. Dükanlar satılandan sonra sahibkara alqı-satqı yox, icarə müqaviləsi verilib. Yəni, sahibkar 100 min manat verib obyekt alır, ona mülkiyyəti təsdiq edən sənəd vermək əvəzinə, icarə müqaviləsi verirlər. Həmin obyektlərin kvadratından asılı olaraq 600 manatdan tutmuş, 1500 manatdan da yuxarı aylıq ödəməsi var. Əgər kənardan kimsə gəlib obyekt icarəyə götürübsə, sahibkar həm bazara, həm də dükan sahibinə icarə haqqı ödəməlidir”. Sahibkarlar bildirib ki, Binə Ticarət Mərkəzinə hər gün daxil olan və çıxan avtomobillərdən 50 qəpik haqq yığılır: "Birincisi, bu, kart sistemi ilə olmalıdır. Digər tərəfdən, əgər nağd ödənişdirsə, hər bir nəqliyyat vasitəsinə ödədiyi 50 qəpiyə görə qəbz verilməlidir, amma verilmir. Bu zaman əmin olmaq olar ki, ödənilən məbləğdən dövlət üçün vergi tutulur. Bilirik ki, bütün fəaliyyət növlərindən dövlətin vergi tutmaq haqqı var. Amma konkret olaraq Binə Ticarət Mərkəzində yığılan vəsaitlərin heç bir hüquqi əsası yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu özbaşınalığa, haqsızlığa son qoysunlar”.

17 Yanvar 2017 16:19

“Təfəkkür” Universiteti fəaliyyətini dayandırdı

1427653713_tefekkur

Elm və TəEhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Təhsil Nazirliyinin  məlumatına görə, götərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur. Faktinfo.az

16 Yanvar 2017 16:13