Qurumuş gavalı ağacına görə 2200 manat cərimə yazıldı-Nazirdən kömək istəyir

ilham

13 Dekabr 2016 15:07

Xəbər 372 dəfə oxunub

Faktinfo.az-ın elektron ünvanına Ağstafa rayonunun Həsənsu  kəndində müvəqqəti yaşayan Məmmədov Məqsəd Ələddin oğlu məktub göndərib. M.Məmmədov ona yaradılmış problemin həlli üçün  Ekologiya və Təbii Sərvətlər naziri  Hüseynqulu Bağırovdan kömək istəyir.

Belə ki,12.12.2016-cı il tarixində Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov Ağstafa rayonunun Həsənsu  kəndində, Rusiyada məskunlaşmış həmkəndlisinin evində  müvəqqəti yaşayan Məmmədov Məqsəd Ələddin oğluna, evin yola aid hissəsinə açılan qapıya bitişik, su arxının qırağında qurumuş gavalı ağacını yandırmaq məqsədilə kəsdiyini əsas götürərək 2200 manat cərimə yazmışdır.

Diametri 10 santimetr olan gavalı ağacına görə yazılan 2200 manat cərimənin ödənilməsi isə çox çətin məsələdir.Şikayətçi heç yerdə işləmədiyini ,şəxsi evinin olmadığını  əsas gətirərək ona yazılmış cərimənin ləğv edilməsini Ekologiya və Təbii Sərvətlər naziri Hüseyinqulu Bağırovdan xahiş edir.

Məsələ ilə bağlı  Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru  Xalıqverdi Hüseynovun mövqeyini öyrənmək istəsək də mümkün olmadı.

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

Faktinfo.az

“Təfəkkür” Universiteti fəaliyyətini dayandırdı

1427653713_tefekkur

Elm və TəEhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Təhsil Nazirliyinin  məlumatına görə, götərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur. Faktinfo.az

16 Yanvar 2017 16:13