Rəsmi Ankara ABŞ-ın təklifini rədd edib

11 Yanvar 2017 13:31

Xəbər 42 dəfə oxunub

Ordunun Suriyada hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda rəsmi Ankara ABŞ-ın bölgədə dəstək vermədiyini açıqlayıb.

Türkiyə Vaşinqton rəsmilərinin bir neçə dəfə hərbi dəstək təklif etsə də, ciddi addımlar atmadığını bildirib.

Bu barədə “Vaşinqton Post” ABŞ-ın Türkiyəyə mümkün hərbi yardımını araşdırıb. Qəzetin Ağ Evdəki mənbələrdən əldə etdiyi məlumata görə, hazırda iki ölkə arasında Əl Bab əməliyyatlarında ABŞ-ın hansı yardım göstərə biləcəyi müzakirə edilir.

Yardım çərçivəsində ABŞ təyyarələri bölgədə kəşfiyyat uçuşları keçirəcək və türk hərbçiləri məlumatlarla təmin edəcək.

Pentaqonun dəstəyi təkcə bununla bitməyəcək. Koalisiya tərkibindəki ABŞ reaktivlərinin hava hücumlarında iştirak edəcəyi gözlənilir.

Bununla bərabər bir qrup ABŞ xüsusi təyinatlısı bölgəyə göndəriləcək və türk hərbçilərlə birgə əməliyyatlara qoşulacaq.

Bu arada ABŞ rəsmiləri Əl Bab dəstəyi qarşılığında Türkiyəyə PYD nəzarətindəki Menbicə doğru hərəkət etməməyi təklif edib.

Rəsmi Ankara bu təklifi rədd edib.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24