Ramzan Kadırov Stalini lənətlədi

10 Yanvar 2017 20:17

Xəbər 27 dəfə oxunub

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Stalinin çeçenlərin Qazaxıstana və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırlb.

Virtualaz.org-un məlumatına görə, bu nöqteyi-nəzərini o, çeçen xalqının dövlət quruluşunun bərpası gününə həsr edilmiş yığıncaqda söyləyib.

“İosif Stalin çeçenləri və başqa xalqları uçurumun kənarına gətirdi. Ona əbədi lənət olsun!” – deyə o 1944-cü il hadisələrini – Çeçen-İnquş MSSR-in ləğv olunması və onun əhalisinin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi barədə SSRİ DMK-nın 5073 nömrəli qərarını xatırladaraq bildirib.

Çeçen və inquş xalqlarının kütləvi deportasiyası 23 fevral 1944-cü ildə Stalinin göstərişi ilə həyata keçirilib.

Rəsmi ittiham kimi onların faşist işğalçılarına kömək etdikləri göstərilmişdi. Çeçenlərin və inquşların öz vətənlərinə qayıtmalarına qoyulan qadağa 1957-ci ilin yanvarında götürüldü.

R.Kadırov buna – ədaləti bərpa etdiyinə görə SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşova təşəkkürünü də bildirib.

Onu da qeyd edək ki, R.Kadırov çıxışının videosunu bu gün Instagram-da yerləşdirib.