“Reuters”:ABŞ gəmiləri İran gəmilərinə atəş açıb

9 Yanvar 2017 18:10

Xəbər 32 dəfə oxunub

“Reuters” ABŞ rəsmilərindən birinə istinadla ABŞ donanmasına aid bir gəminin Hürmüz boğazında İran İnqilab Mühafizəçilərinin dörd gəmisinə üç dəfə xəbərdarlıq atəşi açdığını iddia edib.

Adının anonim qalmasını istəyən ABŞ rəsmisi İran gəmilərinin Birləşmiş Ştatların gəmilərinə 800 metr qədər yaxınlaşdığını bildirib.