Rusiyalı hücumçuya “Borussiya”dan 10 milyonluq təklif

ae70f42c433c50b6c630a3fc69e9063a

7 Yanvar 2017 16:51

Xəbər 12 dəfə oxunub

“Krasnodar” klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov karyerasını Almaniyada davam etdirə bilər. Faktinfo.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Borussiya” yaxından maraqlanır.

 

Dortmund təmsilçisi bu keçidin baş tutması üçün 10 milyon avro xərcləməyə hazırdı. Almanlar Smolovu Çindən təklif alan Adrian Ramosun əvəzləyicisi qismində görürlər.

 

Qeyd edək ki, karyerası ərzində Moskva “Dinamo”su, “Feyenord”, “Anji” və “Ural” klublarının da formasını geyinmiş Smolov 2015-ci ildən “Krasnodar”da çıxış edir.