Şəhər qorxuya düşdü: “Küçədə İblis var!” – FOTO

6 Yanvar 2017 00:00

Xəbər 94 dəfə oxunub

ABŞ-ın Arizona ştatındakı şəhərcitklərdən biri ölkədə məşhurlaşıb. Səbəb şəhər küçələrindən birində gecə saatlarında çəkilmiş fotodur.

Faktinfo.az ABC-yə istinadən bildirir ki, şəhər sakini Riçard Kristianssonun çəkdiyi və Facebook-da paylaşdığı fotoya artıq 2 milyona yaxın insan baxıb.
Fotoda qanadlarını yana açmış qorxunc məxluğa bənzəyən kölgə var.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti fotoda səkidəki palmanın əks olunduğunu desələr də, “Şəhərdə İblis var!” yazaraq təlaşa qapılanlar da az olmayıb.