Şəkidə 32 yaşlı kişini maşın vurub

5 Yanvar 2017 23:57

Xəbər 26 dəfə oxunub

Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanvarın 5-i günorta saatlarında rayonun Böyük Dəhnə kənd sakini, 1984-cü il təvəllüdlü Feyruz Faiq oğlu Feyziyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 32 yaşlı F. Feyziyev yolu keçmək istəyən zaman onu maşın vurub. F. Feyziyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, hazırda müalicəsi reanimasiya şöbəsində aparılır.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumatda F. Feyziyevi maşın vurması faktı təsdiqlənib və hadisə barədə araşdırmanın aparıldığı bildirilib.