Sabiq icra başçısının millət vəkilinə irad tutmağa haqqı çatırmı?

estakada

26 Dekabr 2016 14:22

Xəbər 149 dəfə oxunub

Artıq hamı danışır,düzü də, əyrisi də,doğrusu da,yanlışı da.Bu gün heç olmasa sakit dayanmalı şəxslərdən biri  Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev olmalı idi.Amma, o dünən mətbuata elə danışdı ki,guya cəbrayıllıları az incidib,icra başçısı olanda rayon təşkilatlarının talanmasında yaxından iştirakı olmayıb,qəbuluna gələn bütün qaçqınların problemini həll edib.Guya problem-filan altı ay bundan öncəyə qədər icra başçısı olan Mahmud Quliyevin dövründə yox idi.

İndi isə görün o nə deyir,yaranmış situasiyadan şəxsinə necə faydalanmaq istəyir.Və pisi də odur ki,o elə başa düşür ki,danışığındakı ifadələrdə kimlərə, nəyisə çatdırmaq istəməsi sezilmir. M.Quliyev:

“O vaxt mən imkan vermədim ki, qarşıdurma yaransın, sakinlər həbs edilsin. Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə, cəzasını alacaq”

Faktinfo.az bildirir ki, sabiq icra başçısı daha sonra bunları deyib:”İnsanların heysiyyatı ilə oynamaq olmaz,vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın”.

İndi gələk altı ay əvvəl M.Quliyevin icra başçısı oldugu dönəmə .O zaman da bir qrup məcburi köçkün  narazılıq etmişdi.Hadisə yerinə gələn sabiq icra başçısı vətəndaşlara “köpəkoğlu” ifadəsini işlətməklə “nümunə”olmuşdu. Məgər bu ifadə heysiyyata toxunmaq deyildi? O vaxt vəziyyət ciddi fazaya daxil olanda məlum ifadəni “qohumlarıma demişəm” kimi fikirlərə “yozub”vəziyyətdən çıxmağa çalışan M.Quliyev deyildi?İndi adam Astan Şahverdiyevi qınayır,onun   “otxod” ifadəsinə  kəskin reaksiya verir.

Təbii, biz Astan Şahverdiyevin fikirlərinə haqq qazandırmırıq.Ancaq demək istəyirik ki, Astan Şahverdiyevə kim irad tutsa da, M.Quliyev bunu etməməlidir.Ən azından A.Şahverdiyev tanınmış alimdir.

Faktinfo.az

 

 

“Təfəkkür” Universiteti fəaliyyətini dayandırdı

1427653713_tefekkur

Elm və TəEhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Təhsil Nazirliyinin  məlumatına görə, götərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur. Faktinfo.az

16 Yanvar 2017 16:13