“Sarışın, yoxsa əsmər?”

112087

12 Yanvar 2017 14:57

Xəbər 157 dəfə oxunub

Başlayaq dünyaya gəlməyimizdən:
– Gələk ya gəlməyək?
Baxmayaraq ki, bu heç özümüzdən asılı deyil. Ömür boyu seçimin nə olduğunu  anlamağa çalışdıq. Biz seçimi anladığımız kimi də qəbul etdik – bu prosesi xatırlmasaq belə. Və bunun nəticəsində bu dünyadayıq. Dünyaya gəldikdən sonra isə seçimlərin ardı arası kəsilmədi:
1.Cənnət, ya Cəhənnəm?!
2.Atan, yoxsa Anan?
3.Sarışın, yoxsa Əsmər?
4.Pullu, yoxsa Ağıllı?
5.Universtet, yoxsa Əsgərlik?
6.Azərbaycan, yoxsa Digər ölkə?
7.Rahat iş, yoxsa Əziyyət?
8.Sevdiyin, yoxsa Ailən seçdiyi?
9.Qız, yoxsa Oğul?
10.Uşaqların gələcəyi, yoxsa Öz kefin?
12.Qocalar evi, yoxsa Ölüm?
13.Bakı qəbristanlığı, yoxsa doğulduğun yerdə…
Hətta insan öləndən sonra dəfn olacağı yeri bəri başdan seçə bilir.
İnsanın ömrü sual və seçim məngənəsindədir. Sevdiyim şairlərdən birinin, dediyi kimi ilk sual Adəm qadağan olunmuş meyvəyə tamah salanda yaranıb:
-Yeyim yoxsa yeməyim?
Həyatda seçim bircə dəfə verilir, bu bir dəfəlik şansın qədrini bilək. İlişib keçmişdə qalmayaq – keçmişin seçimi də özü kimi çoxdan keçib gedib və bu gün işimizə yaramaz. İnsanın dünəni ilə bugünü eyni deyil. Dünən insanın seçim imkanı daha çox idi, bugün isə seçim imkanı ən çox zamanın əlindədir.
Hə… Bəzən seçimdən yarımayan da əllərimizi göyə qaldırıb şükr eləməkdən başqa heç nəyə gücümüz çatmır.
Bəzən də…Seçimlərin bizə verdiyi imkanlardan harınlaşıb pəndam olanda şükür eləmək üçün göylərə açdığımız əllərimiz yanımıza düşür, nəfsimizin amiranə çığırtısından ləzzət alırıq. Bu ləzzətin-seçimin havasında boğula-boğula bilmirik ki, dünyanın müxtəlif yerindəki körpələrin qarşısında ikicə seçim bədheybət heykəl kimi dayanıb:
-Ya öz vətənində göydən yağan, bombalardan tikə-tikə olamaq, ya da yad sularda boğulmaq…
Bu da seçimdir…
İsmayıl Xanlarzadə,
İ.Yusifov adına Göradil kənd  tam orta məktəbinin 10-cu sinif şagirdi

Ziya Bünyadovun aşkar etdiyi qədim mənbədə milli mənşəyimiz haqqında nə deyilir?

115370

Dilimiz və mənşəyimiz haqqındakı mübahisələrə bu günə qədər nöqtə qoyulmayıb. Milliyyətcə biz kimik - türk, yoxsa azərbaycanlı? Dilimiz türk dilidir, yoxsa Azərbaycan dili? Bu iki mövqe, iki fikir tərzi, iki dünya baxışı arasındakı  barışmaz ziddiyyətlər artıq söz və mübahisə səviyyəsindən çıxıb iki ideoloji cəbhə  təşkil etməkdədir. Bu məsələlərə aydınlıq gətirmək üçün ən müxtəlif sahələrə  qədər baş vurulur. Antropoloji, etnoqrafik, tarixi və linqvistik araşdırmalar  aparılır, arqumentlər əsaslandırılır, lakin yenə də kütləvi-ideoloji təbliğat  əhatəsində ciddi bir nəticə əldə edilmir. Mənşəyəmizin və  dilimizin türk adlanması təkzibedilməz örnəklərlə bu mətnlərdə təsdiq  olunur. Əsrləri dolaşdıqca “azərbaycanlı” adına rast gəlmək mümkün olmadığı halda, türk  adına rast gəlmək adi hala çevrilib. Bəlkə elə məsələnin həlli də buradadır? Bizim  bir millət kimi var olmağımızı istəməyənlər və yanlışlıqla onlara dəstək verənlər  bəlkə elə türk adından buna görə imtina edirlər. Axı “azərbaycanlı” adı mətnlərdə  tapılmadıqca bizim də bir millət olaraq tariximizin olmaması, son illərdə  formalaşan bir toplum kimi meydana gəldiyimiz əsaslandırıla bilər. Türk dili ilə  qədim dövlətçilik ənənəsi olan mədəni-ictimai və siyasi bir toplum üzə  çıxırsa, azərbaycanlı adı ilə tarixi çox da uzağa getməyən müəyyən məhdud əhali anlaşıla  bilər. Təbiidir ki, bu bizə yox, bizi sevməyənlərə lazımdır. Görkəmli şərqşünas alim Z.Bünyadov  “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental tarixi əsərində tariximizi  müasirləşdirmək  cəhdinin fitnəkar məqsədlərdən törədiyini bildiyi üçün bunun  qarşısını almağa  çalışmışdır: “Azərbaycan əhalisinin türkləşməsi məsələsi illər  boyu davam etmiş, bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir  və bu məsələ indiyidək həll edilməmişdir. Bəzi tədqiqaçıların etdiyi  kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri  Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki  onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz  yumulur” Müəllif fikirlərinin doğruluğunu əsaslandırmaq üçün VII əsrdə bu mülahizəni təsdiq edən məxəzi diqqətə çatdırır: “Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarixə  bələd olan Yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə  deməkdir?” Abid cavab verir: “Azərbaycan-qədimdən  türklərin  yaşadığı  ölkədir”. Qeyd edək ki, görkəmli alim bu fikirləri və digər mülahizələri ciddi tarixi qaynaqlarla əsaslandırır.  ATİF İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru

8 Fevral 2017 14:07