Sevənləri Bakıda Murad Boza hücum etdi – fotolar

106073_1mrwdbu5pq

6 Yanvar 2017 11:25

Xəbər 54 dəfə oxunub

Türkiyəli müğənni Murad Boz rol aldığı “Dönerse senindir” filminin qala gecəsində iştirak etmək üçün Bakıya gəlib.

Axşam.az xəbər verir ki, ifaçı film nümayişindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni aktyorluq fəaliyyətindən danışıb:

“Kariyeramda filmin də olmasını istəyirdim. Çünki filmləri çox sevirəm və hər zaman kinoteatrlarda izləyirəm. Bir dəfə filmə çəkildim, beləcə, davamı gəldi. Amma mənim əsl işim mahnı oxumaqdır. Çox vaxt komediya janrında olan filmlərdə çəkilmişəm. Bu dəfə dramatik bir rolu canlandırdım, bir az çətinlik çəkdim”.

“Filmdə öpüşmə səhnələri var idi. Sevgiliniz (Aslı Enver – red.) qısqanmadı” sualına Murad belə cavab verib:

“Biz normal öpüşmürdük (gülür). Yanağımdan öpüb…”.

Sevgidən danışan Boz “Qadınlar qədər kişilər də sevgi acısı çəkir. “Dönerse senindir”də canlandırdığım Mehmet obrazı da onun göstəricisidir. Əgər həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim” deyə, bildirib.

Murad Boz daha sonra qalacağı otelə getmək üçün ayrılan avtomobilə minib. Həmin an sevənləri ifaçıya hücum edib. Mühafizəçilərin köməkliyi ilə sənətçi güclə maşına otura bilib.

FAKTİNFO.AZ

Toydan çıxan tanınmış müğənnilərin qazandığı pullar əllərindən alınıb – Bakıda ŞOK

1484286046_0001

Hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb. Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13 Yanvar 2017 10:57