SOCAR-ın Türkiyədəki törəməsi İstanbul birjasının lideri olub

6 Yanvar 2017 14:16

Xəbər 64 dəfə oxunub

2016-cı ildə İstanbul birjasında xarici investorlar 614 mln. dollarlıq alış gerçəkləşdirib.

 

Faktinfo.az Anadolu” agentliyinə istinadən xəbər verir ki, xarici investorlar ilin 4 ayında satış, 8 ayında isə alış həyata keçirib.

 

2016-cı ilə alışla start verən xarici investorlar may ayınadək ümumilikdə 1,8 mlrd. dollarlıq əməliyyat aparıb. May ayından etibarən isə investorlar ABŞ-ın Federal Ehtiyat Bankı (FED) tərəfindən uçot dərəcəsinin artırılmasını nəzərdən keçirib və sürətli şəkildə satışlara başlayıb. 3 ay davam edən bu proses nəticəsində xarici investorlar ümumilikdə 1,4 mlrd. dollarlıq satış həyata keçirib.

Xarici investorlar dekabr ayında daha çox bank səhmlərinə yatırım edib. Buna paralel olaraq, ilin son ayında xarici investorlar sənaye şirkətlərinin hissələrindən “canını qurtarıb”.

 

Dekabr ayında ən çox maraq göstərilən qiymətli kağızlar “HalkBank”ın səhmləri olub. Eyni zamanda, ən çox satılan SOCAR-ın törəmə müəssisəsi olan “Petkim Petrokimya Holding A.Ş.”-nin (“Petkim”) səhmləri olub. Dekabr ayında “Petkim”in 16,9 mln. dollarlıq səhmi satılıb.

Azərbaycanda neft hasilatı 7,3% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində 6,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 5,1% azalıb. Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,5%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 7,3% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb. Emal sektorunda qida məhsullarının istehsalı 1%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, kağız və karton istehsalı 4,6%, əczaçılıq məhsullarının istehsalı 58,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3%, tikinti materiallarının istehsalı 71,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 23%, kompüter və elektron məhsulların istehsalı 82,8%, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6%, mebel istehsalı 73,2% artıb, tütün məmulatlarının istehsalı 63,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2%, poliqrafiya məhsullarının istehsalı 66,1%, neft məhsullarının istehsalı 6,1%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, hazır metal məmulatlarının istehsalı 11,0%, maşın və avadanlıqların istehsalı 66,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3% azalıb.

14 Mart 2017 18:23